4%-li hidro-losyon
Tərkibi
Aktiv maddə:
Sidik cövhəri 4%
Hialuron turşusu 0,3 %
Köməkçi maddələr: Distillə edilmiş su, kaprilik/kaprik triqliserid, laktat turşusu, qliserin, akrilamid, maqnezium sulfat heptahidrat, dimetikon, natrium hidroksid 20%, fenoksietanol, ionol, dinatrium EDTA
Təsviri
Su içinde yağ (Y/S) emulsiyası
Farmakoloji xüsusiyyətləri
Uraklin yumşaldıcılar və qoruyucular qrupuna aid dəri üçün gigiyenik vasitədir.
Sidik cövhəri allergik təsirə malik olmayan, antiprüritik, hidratlaşdırıcı, keratolitik, antibakterial, penetrasiyaartırıcı və epidermal yayılması önləyici təsirləri olan bir birləşmədir. O, normada dərinin üst təbəqəsində (stratum corneum) mövcud olan təbii maddədir və dəri səthindən suyun buxarlanmasını azaldaraq, dərinin nəmliyini qoruyur, qurumasının qarşısını alır. Dərinin elastikliyini təmin edir, bərpa olunmasını sürətləndirir.
Hialuron turşusu- polisaxaridlər qrupuna daxil olan təbii maddə olub, əksər canlı orqanizmlərin hüceyrələrində sintez olunur. Dəri, əzələ, sinir və digər toxumaların əsas komponenti hesab olunur. Hialuron turşusu hüceyrəarası maddənin yaranmasında mühüm rol oynayır. Orqanizmdə olan hialuron turşusunun yarısı dəridə toplanmışdır, dərinin kollagen və elastin liflərinin sintezində iştirak edir.
Yüksək hidrofilliyə malik olub, dərinin nəmliyini təmin edir. Hər hialuron turşusu molekulu özünə 500 su molekulunu birləşdirmə qabiliyyətinə malikdir. Hialuron turşusu yaraların regenerasiyasını sürətləndirir, sərbəst radikalların hüceyrələrə zədələyici təsirinin qarşısını alır, dərinin qocalmasını ləngidir.
İstifadəsinə göstərişlər
Dozalanması və istifadə qaydası
Yalnız xaricə istifadə olunur. Lazım olan sahəyə gun ərzində 1-2 dəfə çəkilir. İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.
Əks göstərişlər
Sidik cövhərinə və ya losyonun tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq
Dərinin açıq yaraları
Südəmər körpələr
Xüsusi göstəriş
Göz və göz ətrafına təmas etdirməyin.Təmas halında bol su ilə yuyun.
Sidik cövhəri endogen bədən mayelərində bol miqdarda rast gəlindiyindən, toksik təsirə səbəb ola biləcək miqdarda mənimsənilmə ehtimalı yoxdur.
Əlavə təsirləri
Həssas, iltihablı və ya üzərində çatlar olan dəriyə tətbiq olunduqda qaşınma, yanma, şişkinlik, qızartı və qabıqlanma müşahidə oluna bilər.
Adi hallarda bəzən məhsulun istifadəsindən sonra yüngül qıcıqlanma baş verə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyasi: C.
Sidik cövhərinin hamiləlik və laktasiya dövründə istifadəsi ilə bağlı kifayət qədər məlumat mövcud deyil.
Uraklin (yalnız istifadəsinə vacib göstəriş olduğu hallar istisna olmaqla) hamiləlik dövründə istifadə edilməməlidir.
Sidik cövhərinin insan südü ilə xaric olması barədə məlumat mövcud deyil. Bu qrup xəstələrdə Uraklinlə müalicə zamanı fayda-zərər nisbəti nəzərə alınmalıdır.
Uşaqlarda istifadəsi
Südəmər körpələrdə istifadəsi əks göstərişdir. Uşaqlarda istifadəsinə dair hər hansı klinik məlumat mövcud deyil.
Doza həddinin aşılması
Uraklin lazım olan miqdardan artıq istifadə olunduqda, dəridə qıcıqlanma törədə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bilinən ve ya aşkarlanmış qarşılıqlı təsiri mövcud deyil.
Uraklin dəriyə tətbiq edilən digər dərmanların dəridən nüfuzetməsini artıra bilər.
Ehtiyatlılıq tələb olunan hallar
Uraklin losyon təsadüfən daxilə qəbul edilərsə, mədə-bağırsaq traktını qıcıqlandıraraq ürəkbulanmaya və qusmaya səbəb ola bilər. Bu zaman bol maye (su və ya süd) qəbul etmək lazımdır.
Nəqliyyat vasitələri və potensial təhlükəli mexanizmlərlə iş qabiliyyətinə təsiri
Müəyyən olunmamışdır.
Buraxılış forması
Flakonda 200 ml losyon.
Flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma qaydası
25°C-dən aşağı temperaturda, quru, sərin və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti
24 ay. Açıldıqdan sonra yararlılıq müddəti 4 aydır.
İstehsalçı
Argis Pharmaceuticals Inc.Co.,
Batı Sitesi mah. Gersan Sanayi Sitesi 2307 Sok. No: 80-82-84
Ergazi 06171 Ankara/ Türkiyə
Marketinq səlahiyyətinin sahibi
Helba Pharmaceuticals İnc. Co.
Yenibosna Mah. 29 Ekim Cad. 3/25-26
Bahcelievler-Istanbul/Türkiyə