Oynaq və onurga xəstəliklərinin müalicəsi və profilaktikası üçün krem:
Тərkibi:
Aktiv maddələr:
– qlükozamin sulfat,
– metilsulfonilmetan (MSM),
– «Şeytan caynağı» (Щарпаэопщйтум проcумбенс) bitkisinin quru ekstraktı,
– Ağ söyüd (salih albа),
– Dağlıq öküzotu (Аrnicа мontanа),
– «Аloye» bitkisinin quru ekstraktı (Аlое barbadensis).
Farmakoloji xüsusiyyətləri:
NO DOL – кombinə olunmuş preparat olub, təsiri tərkibinə daxil olan коmponentlərə əsaslanır.
Qlükozamin – amin şəkəri olub, qığırdaqların elastikliyini təmin edən proteoqlikanların və hialuron turşusunun sintezi üçün vacibdir. Xondroitin sulfat turşusunun əmələ gəlməsini stimulə edir, kalsiumun sümük toxumasına çökməsini təmin edir, oynaqlarda degenerativ prosesləri tormozlayır, onların funksiyasını bərpa edir və ağrı simptomunu aradan qaldırır.
Metilsulfonilmetan( MSM ) – kükürdün təbii mənbəyi olub, iltihab və ağrı ilə müşayət olunan bir çox xəstəliklərin müalicəsində istifadə olunur.Üzvü kükürd hüceyrə membranının keçiriciliyini artıraraq toksik maddələrin hüceyrədən xaric olmasına kömək edir.Bunun hesabına MSM oynaqlarda, əzələlərdə və bioloji mayelərdə toksinlərin toplanması ilə əlaqədar yaranan ağrını aradan qaldırır.
Şeytan caynağı ( Harpagophytum procumbens ) bitkisi – aktiv komponentlərinin (arpaqozidlər) hesabına iltihab əleyhinə və ağrıkəsici təsir edir. Tərkibindəki harpaqozid və beta-sitosterin hesabına toxumalarda damar keçiriciliyini normallaşdıraraq yerli mikrosirkulyasiyanı yaxşılaşdırır, iltihab əleyhinə təsir göstərir. Tərkibindəki harpaqozid qlikozidi həm də oynaq qığırdağının degenerasiyasına səbəb olan enzimi blokada edir.Qeyri -steroid iltihab proiltihabi prostoqlandinlərin inhibə olunmasına əsaslanır.
Ağ söyüd ( Salih alba ) bitkisi – aktiv komponenti olan salisinin hesabına antipiretik və iltihab əleyhinə təsiri göstərir.Bu maddə asetilsalisil turşusu ilə identik olub onun göstərdyi əlavə təsirlərə malik deyil.
Dağlıq öküzotu ( Arnica montana ) bitkisi – iltihab əleyhinə və ağrıkəici təsir edir; hematomaların, sıyrıntıların,əzilmələrin,əzələ və oynaq ağrılarının müalicəsində istifadə edilir. Köku və qabığı tərkibcə dimetil timohidroxinon efiri, arnisterin, arnidiol, arnidendiol, xolin, helenin, ksantofil kimi maddələrlə zəngindir. Selikli qişadan və dəridən sürətli sorularaq toxumalara nüfuz etməklə tez bir zamanda öz müalicəvi təsirini göstərmış olur. Tərkibindəki komponentlər hesabına damargenəldici təsir göstərərək mikrosirkulyasiyanı yaxşılaşdırır, iltihab əleyhinə effekti sayəsində isə şişkinliyi aradan qaldıraraq ağrıkəsici təsir göstərir. Bundan başqa regenerator, angioprotektor, antiaqreqant və antioksidant təsirlərə malikdir.
Aloye bitkisinin– tərkibində iltihab əleyhinə təsirə malik çoxlu aktiv maddələr(salisil turşusu,sterollar və s.) var.Ona görə də oynaqların iltihabı zamanı göstərişdir.
Komponentlərin birgə təsirinə əsaslanaraq Nodol oynaq xəstəliklərində iltihab əleyhinə ,analgetik və xondroprotektiv təsir göstərir, həmçinin oynaqların funksiyasının bərpasını, onlarda hərəkətin həcminin artmasını təmin edir və degenerasiyasının qarşısını alır.
GÖSTƏRİŞLƏR:
İltihab, ağrı, oynaqlarda hərəkətin məhdudlaşması və digər simptomlarla gedən oynaq və onurğa xəstəlikıəri (osteoartritlər – həm degenerativ, həm də travmayik; artrozlar, osteoxondroz, spondilioz, revmatoid artrit və s.).
Doza və istifadə qaydaları:
Nodol krem ağrılı nahiyyələrəgündə 2 dəfə, dəriyə tam hopana kimi çəkilir.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın komponentlərinə yüksək həssaslıq.
ƏLAVƏ TƏSİRLƏR:
Müşahidə olunmayıb.
Buraxılış forması:
Nodol krem 100 ml lik tublarda.
Saxlanma qaydası:
Öz qutusunda , quru və uşaqlar üçün əlçatmaz yerdə, 25 dərəcədən aşağıtemperaturda saxlanılmalıdır.
İSTEHSALÇI: E.S.İ. – İTALİYA.