Tərkibi:
Hər tabletin tərkibində 15mq meloksikam var.
Təsviri:
Sarı rəngli,dairəvi,yastı və bir üzündə bölmə xətti olan tabletlər
Farmakoloji qrupu:
Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP)
Farmakoloji xüsusiyyətləri:
Farmakoloji təsiri:
Farmakodinamika:
Melva oksikamlar qrupuna aid olan qeyri-steroid iltihabəleyhinə(QSİƏP )preparatdır.İltihabəleyhinə təsiri iltihab nahiyəsində prostoqlandinlərin sintezində iştirak edən siklooksigenaza-2 fermentinin fermentativ aktivliyini tormozlaması ilə əlaqədardır.Qida ilə eyni zamanda qəbulu həzm traktından absorbsiya dərəcəsinə təsir etmir.
Farmakokinetika:
Daxilə qəbul olunduqda mədə-bağırsaq traktından yaxşı sorulur.Preparatın biomənimsənilməsi 89%-dir. Histohematoloji baryeri keçir. Plazma zülalları ilə birləşməsi 99%-dir. Sinovial mayedə konsentrasiyası plazmadakı konsentrasiyasının 50%-ni təşkil edir. Qaraciyərdə metabolizmə uğrayır.Metabolizmə uğradıqdan sonra qeyri-aktiv metabolitlər şəklində bağırsaq və böyrəklər vasitəsilə orqanizmdən xaric olur.Qəbul olunan dozanın 5%-i isə dəyişilməmiş şəkildə böyrəklər vasitəsilə orqanizmdən xaric olur.Yarımxaricolunma dövrü 20 saatdır.
Göstərişlər:
Əks-göstərişlər:
Preparata qarşı yüksək həssaslıq,hamiləlik və laktasiya dövrü,15 yaşa kimi uşaqlar.
İstifadə qaydası və dozalanma:
Yemək zamanı 1 tablet gündə bir dəfə daxilə qəbul olunur.
Tövsiyə olunan dozalanma rejimi:
Revmatoid artrit :15mq/gün-dür.Müalicənin effektivliyindən asılı olaraq gündəlik doza7,5 mq.-a qədər azaldıla bilər.
Osteoartroz:7,5 mq/gün.Effekt olmadıqda 15mq/gün-ə kimi artırıla bilər.
Ankilozlaşdırıcı spondiloartrit:15 mq/gün-dür.
Maksimal gündəlik doza 15mq-ı keçməməlidir.
Buraxılış forması:
15mq tabletlər №10,blisterdə.
İstehsalçı ölkə:
Chanelle Medical, İrlandiya .