logo repharmalogo repharmalogo repharmalogo repharma
  • Ana səhifə
  • Haqqımızda
  • Karyera
  • FAQ
  • Məhsullarımız
    • Kosmetologiya
  • Vakansiya

MAXERIN cooler®məhlul

Tərkibindəki aktiv maddələr:

10 ml nanə məhlulu və etanol.

Buraxılış forması:

10 ml flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilib.

Göstərişlər:

Gərginlik və miqren xarakterli baş ağrılarında xarici dəri səthinə istifadə olunur.                      •»

İstifadə qaydası:

Maxerin cooler®məhlulunu 6 yaşdan yuxarı uşaqlara və böyüklərə flakonun başlığında olan aplikator vasitəsi ilə gicgah, alın və ənsə nahiyyələrinə sürtmək lazımdır. Məhlul, ağrı başlamazdan öncə və ya ağrı zamanı 15 dəqiqə fasilə ilə 3 dəfə sürtülə bilər. İstifadədən 2 saat sonra ağrı olmadığı halda Maxerin cooler^məhlulunun istifadəsini saxlamaq tövsiyə olunur.

Əks göstərişləri:

Nanə yağına qarşı  hiperhəssaslıq və ya allergik reaksiya.

Digər dərmanlarla Maxerin cooler® məhlulunun  qarşılıqlı təsiri yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

İstifadədən öncə həkiminizlə məsləhətləşin.

Avtomobil sürərkən istifadəsi:

Hər hansı bir ehtiyat tədbiri tövsiyə olunmur.

Təyin edilmiş istifadə miqdarı səbəbindən həddindən artıq dozanın olması ehtimalı yoxdur.

Maxerin cooler® məhlulu ağız və burun boşluğuna və ya yaralı dəriyə,  gözə istifadə olunmamalıdır. Gözə və ya selikli qişaya təmas etdikdə həmin nahiyyə bol və ilıq su ilə yuyulmalıdır.

Maxerin cooler® məhlulunun istifadə müddəti qutu və flakon şüşədə qeyd olunub. İstifadə müddəti bitdikdən sonra flakon  istifadə olunmamalıdır.

Saxlanma şəraiti:

Maxerin cooler® məhlulu 20°C-dən aşağı temperaturda, qaranlıq və sərin, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.İstifadədən sonra qapağını sıx bağladığınızdan əmin olun. Flakon şaquli şəkildə saxlanmalıdır.

İstehsalçı: ENA FARMA Sağlık Ürünləri İmalat ve Dış Ticaret A.Ş.Ünvan: Zümrütevler Mah. Baş öğretmen Cad.

No:38 Maltepe  İstanbul, TÜRKİYƏ.

Share
0
Repharma