LATRİGAL 50 mq
TƏRKİBİ:
LAMOTRİCİN 50 mq
FARMAKOTERAPEVTİK QRUPU:
Epilepsiya əleyhinə preparat.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Lamotricin neyronların presinaptik membranında potensialdan asılı olaraq Na kanallarını blokadaya alır.
Qlutamin turşusunun (qlutamin turşusu- epileptik tutmaların inkişafında mühüm rol oyanayan amin turşusudur) artıq miqdarda ifraz olunmasının qarşısını alır.
Qlutamindən asılı depolarizasiyanı inhibə edir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
EPİLEPSİYA:
BİPOLYAR POZGUNLUQLAR (yaşlılar və 18 yaşdan yuxarı) :
ƏKS GÖSTƏRİŞLƏR:
2 yaşa qədər uşaqlar; bipolyar pozğunluğu olan 18 yaşa qədər xəstələr; lamotricinə qarşı yüksək fərdi həssaslıq; hamiləlik və laktasiya dövrü.
ƏLAVƏ TƏSİRLƏRİ:
Dəri səpgiləri (xüsusi ilə makula – papulyoz tipli),multiformalı eritema (həmçinin ,Stivens – Conson sindromu), toksik epiderma nekroliz ( Layeli sindromu).
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Böyüklərdə sutkalıq doza 400 mq –a qədər artırıla bilər.
1 -ci və 2 -ci həftə | 3-cü və 4-cü həftə | 5 -ci həftə | 6 – cı həftə |
25 mq
X 1 dəfə |
50 mq
X 1 dəfə |
50 -100 mq
X 1 dəfə |
100-200 mq
sabitləşdirici doza |
Uşaqlarda 2- 12 yaş arası sutkalıq doza bədən çəkisinə uyğun təyin olunur.
Maksimal sutkalıq doza 200 mq – a qədər artırıla bilər.
1 -ci və 2 -ci həftə | 3-cü və 4-cü həftə | 5 -ci həftə | 6 – cı həftə |
0,15 mq/kq
X 1 dəfə |
0,3 mq /kq
X 1 dəfə |
0,3-0,6 mq/kq
X 1 dəfə |
1-5 mq/kq
X 1 dəfə |
LATRİGAL- ın çeynənən həblərini çeynəmək, az miqdarda suda həll etmək və bütöv halda su ilə qəbul etmək olar.
LATRİGAL həblərini xırdalamaq məsləhət görülmür
BURAXILIŞ FORMASI: 50 mq həb N30 ; 100 mq həb N30.
İSTEHSALÇI : HELBA , TÜRKİYƏ.