logo repharmalogo repharmalogo repharmalogo repharma
  • Ana səhifə
  • Haqqımızda
  • Karyera
  • FAQ
  • Məhsullarımız
    • Kosmetologiya
  • Vakansiya

Fermental

Tərkibi:

Aktiv komponentlər:

1 kapsulun tərkibində 20 milyard mədə turşuluğuna davamlı ştamlar – Bifidobaсterium bifidum, Laсtobaсillus aсidophilus, Streptocoссus thermophilus, Laсtobaсillus bulgariсus, Laсtobaсillus rhamnosus, 1,4 mq  B1vitamini, 1,6 mq   B2 vitamini, 2  mq  B6 vitamini, 1 mkq   B12 vitamini, 20 mq Aloe 200:1 var.

Köməkçi maddələr: qida jelatini, mikrokristallik idrossipropilmetilsellüloza, bitki mənşəli maqnezium stearat və dinatrium silikat, rəngləyici maddə – titan dinatrium

Farmakoloji xüsusiyyətləri:

Fermental – tərkibinə mədə turşuluğuna davamlı süd turşusu bakteriyaları, B qrup vitaminləri və aloe daxil olan kombinə olunmuş preparatdır.

Fermentalın tərkibində olan qastro-rezistent süd turşusu bakteriyaları mədənin turş mühitində parçalanmadan tez bir zamanda bağırsaqlara çataraq, bağırsaq mikroflorasının pozulmuş tarazlığını bərpa edir.

Bifidobacterium bifidum, Lactobaccllus acidophilus, Lactobaccllus bulgaricus bağırsaq mikroflorasının normal nümayəndələridir. Bu bakteriyalar bağırsaq mikroflorasının fizioloji tarazlığını qoruyub saxlayır və tənzimləyir və onun fizioloji funksiyalarını təmin edir – şərti-patogen və patogen mikroorqanizmlərin inkişafının qarşısını alır, bağırsaq peristaltikasını stabilləşdirir, həzmi yaxşılaşdırır, qazyaranmanı azaldır, vitaminlərin sintezində iştirak edir.Lactobaccllus rhamnosus interferon və immunoqlobulinlərin sintezini stimulə edərək orqanizmin infeksion xəstəliklərə qarşı davamlılığını artırır. Lactobaccllus rhamnosus, həmçinin, bağırsaqlarda bədxassəli şişlərin inkişaf etmə ehtimalını azaldır. B qrup vitaminləri bağırsağın fizioloji tarazlığı pozulan zaman yaranan vitamin defisitini aradan qaldırır. Həmçinin, B qrup vitaminləri bağırsaqların bakterial florasının düzgün inkişafını təmin edir. Aloe dispepsik halları aradan qaldıraraq həzmi tənzimləyir, MBT-nın selikli qişasının regenerasiyasını gücləndirir, bağırsaq mikroflorasının inkişafına nəzarət edir, patogen mikroorqanizmlərin və maya göbələklərinin inkişafını ləngidir. Fermentalın tərkibinə daxil olan aloe antrahinon molekulundan – laksativ aloindən təmizləndiyi üçün işlədici effekt vermir.

İstifadəsinə göstərişlər:

Fermental aşağıdaki vəziyyətlərdə istifadə edilir:

  • disbakterioz və onun hər hansı bir təzahürü;
  • antibiotik və kimyəvi preparatlarla müalicədən sonra yaranan disbakterioz;
  • həzm pozğunluqları (dispepsiyalar): qəbizlik, meteorizm, ürəkbulanma, qusma, gəyirmə, qarın nahiyəsində ağrılar;
  • malabsorbsiya sindromu;
  • kəskin bağırsaq infeksiyaları (dizenteriya, salmonellyoz, stafilokokk mənşəli enterokolit, rotavirus infeksiyaları və s.);
  • immunodefisit vəziyyətlər;
  • işlədici preparatların uzunmüddətli istifadəsi.

Əks göstərişlər:

Preparatın komponentlərinə qarşı yüksəlmiş həssaslıq.

Xəbərdarlıq:

Preparat etiketdə göstərilən yararlılıq müddəti keçərsə istifadə olunmamalıdır.

Əlavə təsirləri:

Aşkar olunmayıb.

İstifadə qaydası və dozası:

Böyüklərə və 2 yaşından böyük uşaqlara 1 kapsul gündə 1 dəfə təyin olunur.

2 yaşına qədər uşaqlara 1/2 kapsul gündə 1 dəfə təyin olunur.

Kapsullar açılaraq içindəki toz maye ilə qarışdırıla bilər (su, çay, şirə).

Buraxılış forması:

Fermental kapsullar №15 blister qablaşdırmada.

Saxlanma şərtləri:

Qutuda olmaq şərti ilə 250C-dən aşağı temperaturda, quru şəraitdə saxlanılmalıdır.

İstehsalçı: ESİ s.p.a., Italiya

Eksklüziv distribütor: «REFARMA» şirkəti.

 

Share
0

Ana səhifə

Repharma