TƏRKİBİ:
Aktiv komponent:
1 ml (40 damcı) məhlulda 8000 BV, 1 damcıda isə 200 BV vitamin D3 (xolekalsiferol) var.
Köməkçi komponentlər: propilenqlikol, makroqolqliserol hidroksistearat, kalium asesulfat, triqliseridlər. dadlandırıcı.
TƏSİR XÜSUSİYYƏTLƏRİ:
D3 vitamini (xolekalsiferol) vitamin D-nin təbii formasıdır, orqanizmdə – dəridə günəş şüalarının təsiri altında əmələ gəlir. Dəridə günəşin ultrabənönşəyi şüaları (UB) vasitəsilə provitamin D3 -dən (7 dehidroxolesterol) previtamin D3, daha sonra vitamin D3 əmələ gəlir. Vitamin D3 “D binding protein” (D birləşdirici zülal) sayəsində qaraciyərə daşınır, orada hidroksilləşhməyə məruz qalır və
25‐hidroksivitaminə (25(OH)D3) çevrilir, sonra böyrəklərə transfer olunur və aktiv formaya – kalsitriol hormonuna (1,25(OH)2D3 ) çevrilir. 1,25(OH)2D3 kalsitriol hormonu bağırsaqda, sümüklərdə, böyrəklərdə, prostat vəzisində, endotel və immun sistem hüceyrələrində, bir sözlə bütün orqan və toxumalarda olan vitamin D reseptorları (VDR) ilə birləşir. Vitamin D3-ün əsas funksiyaları Ca və P mübadiləsinin və sümüklərin mineralizasiyanın tənzimi, əzələ – Ca transportunun və immun sisteminin requlyasiyası, insulin sekresiyasının tənzimi, apoptozun induksiyası, hüceyrə proliferasiyasına və hormonların sintezinə nəzarət hesab olunur.
VİTAMİN D3 DEFİSİTİNİN YARANMASI ÜÇÜN RİSK QRUPLARI:
VİTAMİN D3-ün DİAQNOSTİKASI:
Xəstəliklərin yaranmasının qarşısını almaq üçün orqanizmdə Vitamin D3 defisitini aradan qaldırmaq mütləqdir.
Uşaqlarda və böyüklərdə; qanda 25(OH)D3 səviyyəsinin 30-100 nq/mlol və ya 75-250 nmol/l olmasını təmin etmək vacibdir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
DOZA VƏ QƏBUL QAYDASI:
1000 BV/gün (5 damcı gündə 1 dəfə) 8 həftə ərzində qəbul etməli.
D3 fix drops damcılarının çox az miqdar yağa (zeytun yağı, çörəkotu yağı və s.) əlavə edilərək, günün birinci yarısı qəbul olunması tövsiyə olunur.
Qeyd: D3 fix drops-un qəbul dozası müalicə həkimi tərəfindən dəyişdirilə bilər.
ƏKS GÖSTƏRİŞLƏR:
D3 vitamininə qarşı orqanizmdə hiperhəssaslıq olarsa, D3 fix drops qəbul etməzdən öncə müalicə həkiminizlə məsləhətləşin.
BURAXILIŞ FORMASI:
D3 fix drops 30 ml damcı. Damcılı pipetlə təchiz olunmuş şüşə flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilib.
EHTİYAT TƏDBİRLƏRİ:
Dərman vasitəsi deyildir.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
Tovsiyə edilən sutkalıq dozanı keçməyin.
Uşaqların əli çatmayan yerlərdə saxlayın.
Hamiləlik və laktasiya dovründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
SAXLANMA ŞƏRAİTİ:
Uşaqların əli çatmayan, quru, sərin (15-25OC) və işıq düşməyən yerdə saxlayın.
İSTEHSALÇI:
İntermed S.A. Pharmaceutical Laboratories, Yunanıstan.