Beynəlxalq patentləşdirilməmiş adı: Ketorolac TROMETHAMINE
Tərkibi
Təsiredici maddə: 2 ml məhlulun tərkibində 30 mq ketorolak trometamin vardır.
Köməkçi maddələr: susuz natrium sülfit , natrium xlorid, benzil spirti, etil spirti 96%,
inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz və ya cüzi sarımtıl rəngli mayedir.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparat olub, fenilsirkə turşusunun törəməsidir.
ATC kodu: M01AB15.
Farmakoloji xüsusiyyətləri
Ağrıkəsici,iltihabəleyhinə,hərarətsalıcı və antiaqreqant təsir göstərir. Adolor -un təsir mexanizmi siklooksigenaza fermentini blokadaya alması ilə izah olunur.Belə ki,bu ferment iltihabın ,ağrının və qızdırmanın patogenezində əsas rol oynayan prostoqlandinlərin sələfi hesab olunan araxidon turşusunun metabolizmində başlıca rol oynayır. Adolor -un agrıkəsici effekti onun mərkəzi və periferik sinir sistemində olan prostoqlandinlərin sintezini inhibə etməsi ilə əlaqədardır. Maksimal analgetik təsiri 2-3 saat ərzində başlayır. Parenteral yeridildikdən sonra plazmada maksimum konsentrasiyaya 30-50 dəq. ərzində çatır.
Plazma zülalları ilə 99 % birləşir. T1/2 plazmada 4-6 saatdır, yaşlı şəxslərdə, böyrək və qaraciyər disfunksiyaları olan xəstələrdə yarımparçalanma dövrü uzanır. 61%-i böyrəklərlə, qalan hissəsi isə ödlə xaric olur.
İstifadəsinə göstərişlər
Onurğanin və oynaqların iltihabi-degenerativ xəstəlikləri (o cümlədən revmatik və revmatoid artrit, ankilozlaşdırıcı spondilit, osteoartroz), kəskin podaqra tutması, psoriatik artrit, tendinit, bursit, radikulit, yumşaq toxumaların və dayaq-hərəkət aparatının travmatik iltihabı, onkoloji agrılar, nevralgiya, mialgiya, LOR orqanların infeksion-iltihabi xəstəliklərində olan ağrılarda, adneksit, alqodismenoreya, baş və diş ağrıları, infeksion –iltihabi xəstəliklər zamani yüksək hərarət, cərrahi əməliyyatlardan sonra ağrıkəsici məqsədlə.
Əks göstərişlər Ketorolaka qarşı yüksək həssaslıq, mədə və 12-barmaq bağırsagın xorası, qanyaranmanın pozgunluqları.
Xüsusi göstərişlər və ehtiyat tədbirləriQaraciyər, böyrək, xroniki ürək çatışmazlıği, arterial hipertoniya və bronxial astması olan xəstələr ehtiyyatla istifadə etməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Adolor metotreksat,litium və aminoqlükozidlərin toksik təsirini artırır,diuretiklərin və hipotenziv preparatların təsirini zəiflədə bilər, kaliumqoruyucu diuretiklərlə birlikdə istifadəsi hiperkaliemiyaya səbəb ola bilər. Antikoaqulyantların təsirini gücləndirir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Adolorun hamiləliyin III trimestrində və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabliyyətinə təsiri
Təsir göstərmir.
İstifadə qaydası və dozası
Adolor 65 yaşa qədər 6 saatdan bir 15-30 mq, maksimum doza 120 mq, 65 yaşdan yuxarı və ya çəkisi 50 kq-dan az olan böyüklərə 6 saatdan bir 15 mq dozada təyin olunur, sutkalıq doza 60 mq-dır.
Ə/d iri əzələlərə daha dərin və yavaş yeritmək lazımdır. V/d 15 dəq. ərzində tədricən yeridilir.
Əlavə təsirləri
Yadda saxlamaq lazımdır ki, dərmanın əlavə təsiri dərmanın dozasından və fərdi həssaslıqdan asılıdır. Laxtalanma vaxtını uzadır, ödem və allergik reaksiya, başagrısı,başgicəllənmə, ürəkbulanma, qusma, mədə bagırsaq qanaxmasına səbəb ola bilər.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı müalicə həkiminə müraciət edilməli və zəhərlənməyə qarşı müvafiq tədbirlər görülməlidir.
Buraxılış forması
2 ml məhlul, ampulda. 3 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºС-dən yüksək olmayan temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitkidən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı/Ünvan
Pharco B International.
New Borg El Arab City -3 rd .Industrial Zone , Alexandria –Egypt.