logo repharmalogo repharmalogo repharmalogo repharma
  • Ana səhifə
  • Haqqımızda
  • Karyera
  • FAQ
  • Məhsullarımız
    • Kosmetologiya
  • Vakansiya

TRİMETABOL

TƏRKİBİ:

Hər 5 ml hazır məhlulun tərkibi:

  • Siproheptadin (METOPİN)                                  1,75 mq 
  • L- lizin-hidroxlorid                                                250 mq 
  • D, L- karnitin-hidroxlorid                                      375 mq 
  • B1vitamini (tiamin-hidroxlorid)             30 mq  
  • B6 vitamini (piridoksin-hidroxlorid)             30 mq  
  • B12 vitamini (siankobalamin)          1000 mkq 

 

TƏSİR  XÜSUSİYYƏTLƏRİ:

TRİMETABOL – kombinəolunmuş preparat olub, iştahın və orqanizmin harmonik inkişafının stimulyasiyası məqsədilə və allergiyaəleyhinə vasitə kimi istifadə olunur. 

TRİMETABOL iştahsızlığın əsas səbəblərini aradan qaldırır- iştahı, qida həzmini, sorulma və mənimsənilmə proseslərini yaxşılaşdırır. 

Siproheptadin (METOPİN) – antiserotonin aktivliyə malik, histamin H1 – reseptorlarının blokatorudur. Allergik reaksiyaların yaranmasının qarşısını alır və gedişatını yüngülləşdirir. 

Qaşınmaəleyhinə, antiekssudativ, antixolinergik və sedativ effektlərə malikdir. İştahı stimulə edir. 

L- lizin – zülal biosintezinin əsasını təşkil edir və qeyri- hormonal anabolik rolunu oynayır. 

D, L- karnitin-hidroxlorid  – mədə-bağırsaq və mədəaltı vəzi  şirələrinin sekresiyasını stimulə edərək qida həzmini, vitaminlərin və digər qida maddələrinin sorulmasını təmin edir.

B qrup vitaminləri (B1, B6, B12) – zülalların, karbohidratların və yağların mübadiləsində koferment kimi iştirak edərək, sorulmuş qidanın tam mənimsənilməsini təmin edir. 

TRİMETABOL balanslaşdırılmış tərkibi sayəsində orqanizmin harmonik inkişafını təmin edir.

 

GÖSTƏRİŞLƏRİ:  

    • İştah və boy artımını stimulə etmək məqsədilə; 
    • Qeyri – hormonal anabolik qismində təyin olunur ;

 

  • Allergik xəstəliklər:  ;
  • Dəri xəstəlikləri: kontakt dermatitlər, toksidermiyalar, neyrodermit, ekzema; 
  • Damar mənşəli baş ağrıları;
  • Miqren;

 

  • Vazomotor  rinit;
  • Dərman vasitələrinin qəbulu ilə bağlı allergik reaksiyalar; 
  • Qan köçürmə;
  • Anoreksiya 

 

QƏBUL QAYDASI:

  • 3 yaşa qədər uşaqlara:                                   2,5 ml gündə 3 dəfə; 
  • 3- 6 yaşa qədər uşaqlara:                               5 ml gündə 3 dəfə; 
  • 6 yaşından böyük uşaqlara və böyüklərə:     5-10 ml gündə 3 dəfə təyin olunur. 

 

İstifadədən əvvəl saşenin möhtəviyyatı flakona əlavə edilir və qarışdırılır. Saşedə quru toz şəklində vitaminlər vardır. Saşedəki tozu içində maye olan flakona töküb və flakonun qapağını bağlayıb çalxalamaq lazımdır. Hazırlanmış məhlulu 1 ay ərzində otaq temperaturunda saxlamaq olar.

Trimetabol yeməkdən 0,5-1 saat əvvəl daxilə qəbul edilir.

Arzu olunarsa, qəbul olunan dozanı hər hansı maye ilə qarışdırmaq olar.

 

BURAXILIŞ FORMASI:

Flakon 150 ml (saşenin möhtəviyyatını həll etmək üçün məhlul), saşe 3,0 q (vitaminlərin qarışığı), içlik vərəqə ilə birgə karton qutu qablaşmaya yerləşdirilmişdir.

 

İSTEHSALÇI:

  1. URIACH & Cia S.A. Barcelona, İspaniya.

 

Share
0

Ana səhifə

Repharma