
Daxilə qəbul üçün damcılar
Tərkibində alkoqol yoxdur!
2 ml (40 damcı) sulu məhlulun tərkibində olan aktiv maddələrin miqdarı:
- Kaliforniya laləsi (California poppy və ya Escholtzia californica) çiçəkləri -104,4 mq,
- Passiflora (Passion flora və ya Passiflora incarnata) çiçəkləri -104,4 mq,
- Yemişan (Hawthorn və ya Crataegus monogyna) çiçəklərinin başcıqları – 32,6 mq,
- Çobanyastığı (Chamomille və ya Matricaria recutita) çiçəklərinin tumurcuqları – 31,2 mq,
- Pişikotu (Valerian və ya Valeriana officinalis) kökləri – 2 mq,
- Cökə (Linden və ya Tilia spp.) hamaşçiçəkləri – 16,8 mq.
Köməkçi maddələr:
Qliserin, təmizlənmiş su; dadlandırıcı: portağal.
Farmakoloji xüsusiyyətləri:
- Kaliforniya laləsi – bu bitkinin tərkibindəki alkaloidlər, xüsusilə də kalifornidin sedativ və yuxugətirici xüsusiyyətlərə malikdir; həm uşaqlarda, həm də yaşlı şəxslərdə müntəzəm olaraq istifadə oluna bilər. Analgetik və spazmolitik xüsusiyyətlərinə görə mədə – bağırsaq problemləri və başağrıları zamanı müsbət təsir göstərir. Sedativ təsiri analgetik xüsusiyyətləri ilə birlikdə yuxunun yaxşılaşmasına səbəb olur.
- Passiflora – uşaqlarda və böyüklərdə əsəbilik hissini aradan qaldırır; həmçinin, yuxu pozğunluqları zamanı və ürəkdöyünməni nəzarət altında saxlamaq üçün istifadə olunur. Mərkəzi sinir sisteminə sedativ təsir göstərir. Heç bir yan təsir (asılılıq və ya öyrəşmə) vermədən yuxusuzluq, əsəbilik, həyəcan və narahatlığın müalicəsi üçün tövsiyyə olunur.
- Yemişan – damarları genəldir, hipotenziv təsir göstərir; ürək ritmini və qüvvəsini nizamlayır, hipertenziyalı şəxslərdə müsbət sedativ təsir göstərir.
- Çobanyastığı – sedativ və hipotenziv təsirləri var. Yuxusuzluq və əsəbiliyin müalıcəsi üçün əla təbii sedativ vasitədir; bitkinin, həmçinin, spazmolitik təsiri var.
- Pişikotu – xalq və rəsmi təbabətdə çox məşhur olan bitkilərdən biridir. Müasir tədqiqatlar sübut edir ki, pişikotunun kökləri sinir xəstəlikləri zamanı sedativ təsir göstərir: isteriya, qıcolmalar, həyəcan və sinir oyanıqlığı, ürəkdöyünmələr, yuxusuzluq, menopauzanın səbəb olduğu disfunksiyalar və spastik abdominal ağrılar. Pişikotunun təbii sakitləşdirici qismində istifadəsi yuxunu yaxşılaşdırır, nevralgiya, miqren və yüngül bağırsaq sancıları zamanı müsbət təsir göstərir.
- Çökə – bu bitkinin fərqli müalicəvi xüsusiyyətləri var: tər ifrazını stimulə edir və yüngül diuretik effekt nümayiş etdirir. Damarları genəldir və hipotenziv təsir göstərir. Təbii yolla sedativ təsir göstərərək yuxunu yaxşılaşdırır.
İstifadəsinə göstərişlər:
SEDİHERBE damcıların tərkibində olan bitkilərin sinergist effekti müxtəlif səviyyələrdə təsir göstərməklə təbii yolla yuxunu yaxşılaşdırır. Bu xüsusiyyətinə görə yuxu problemi olan şəxslərə təyin olunur. Həmçinin, psixomotor oyanıqlıq, həyəcan və stress zamanı təyin olunur; tərkibində spirt olmadığına görə spirtli maddələrə allergiya və ya d. əks göstərişi olan şəxslərə də tövsiyyə oluna bilər.
İstifadə qaydası:
Yuxugətirici məqsədlə SEDİHERBE damcılar aşağıdakı dozalarda axşam yuxusundan qabaq daxilə qəbul olunur:
Böyüklər üçün: 30-40 damcı.
Uşaqlar üçün: 10-15 damcı.
Sakitləşdirici məqsədlə təyin olunarsa SEDİHERBE damcıların dozalanma və verilmə tezliyi fərdi olaraq seçilir: sutkalıq doza 2 və ya 3 dəfəyə bölünərək daxilə qəbul olunur.
Damcıların az miqdarda suda durulaşdırılaraq qəbul olunması məsləhət görülür.
Əks göstərişlər:
Hamiləlik və laktasiya dövründə təyin olunması tövsiyyə olunmur. Artıq dozada istifadə olunarsa işlədici təsir göstərə bilər.
Xüsusi göstərişlər:
Nəqliyyat vasitələrini idarə edən və yüksək diqqət konsentrasiyası tələb edən peşə adamlarına təyin olunarkən yuxugətirici təsirini nəzərə almaq lazımdır.
Saxlanma qaydası:
Qutuda olmaq şərti ilə otaq temperaturunda, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.
Buraxılış forması:
50 ml sulu məhlul, pipetlə birgə
İstehsalçı:
ESİ s.p.a., İtaliya