logo repharmalogo repharmalogo repharmalogo repharma
  • Ana səhifə
  • Haqqımızda
  • Karyera
  • FAQ
  • Məhsullarımız
    • Kosmetologiya
  • Vakansiya

Rutovasc-C tablet №24

Qan ndamar xəstəlikləri / Rutin, vitamin C

Tərkibi: Hər yumşaq jelatin kapsulun tərkibində

Rutin 50 mq

C vitamini 100 mq var.

 Farmakoloji xüsusiyyətləri: Rutovasc-C tabletlərin tərkibində olan rutin və C vitamini sinergist təsir göstərərək damar divarını möhkəmləndirir (hüceyrəarası maddənin yaranmasını stimulə edir və hialuronidazanın aktivliyini azaldır), kapilyarların keçiriciliyini və kövrəkliyini azaldır, antioksidant təsir göstərir. Askorbin turşusu (C vitamini) oksidləşmə – reduksiya proseslərinin tənzimlənməsində, karbohidrat mübadiləsi, qanın laxtalanması, toxumaların regenerasiyası proseslərində iştirak edir, orqanizmin müqavimətini artırır. Rutin (P vitamini) kapilyarların keçiriciliyini, ödem və iltihabı azaldır, damar divarını möhkəmləndirir. Eritrositlərin aqreqasiyasını tormozlayır və deformasiya səviyyəsini artırır. Antiaqreqant təsir göstərir və mikrosirkulyasiyanı yaxşılaşdırır. Beləliklə, Rutovasc-C damar endotelini qoruyur, kapilyar sistemində hemodinamikanı inkişaf etdirir, toxumaların qanla təchizatını yaxşılaşdırır. Rutovasc-C, həmçinin, kapilyarlardan filtrasiya sürətini azaldaraq interstitsial ödemi aradan qaldırır. Bu hüceyrə səviyyəsində oksigen və d. metabolik mübadilə proseslərinin yaxşılaşmasına səbəb olur. Antioksidant təsirləri nəticəsində hüceyrələrin oksidativ streslə zədələnməsinin qarşısını alaraq sitoprotektiv təsir göstərir. Rutovasc-C kapilyar kövrəkliyinin və keçiriciliyinin artması ilə müşayiət olunan xəstəliklərin müalicəsi zamanı müsbət təsir göstərir.

 Istifadəsinə göstərişlər:

  • Damar keçiriciliyinin pozulması ilə müşayiət olunan xəstəliklərin kompleks müalicəsi: hemorragik diatez, petexial qansızmalar, hematuriya, diabetik retinit, gözün torlu qişasına qansızma, kapilyarotoksikoz, şüa xəstəliyi, septik endokardit, revmatizm, qlomerulonefrit, araxnoidit, trombositopenik purpura
  • Kapilyar keçiriciliyinin artması ilə müşayiət olunan allergik vəziyyətlər, infeksion xəstəliklər (qızılca, skarlatina)
  • Hipertenziya və aterosklerozla müşayiət olunan kapilyarların degenerativ dəyişiklikləri
  • Antikoaqulyantların və salisilatların qəbulu ilə əlaqədar olan kapilyarların zədələnməsinin profilaktikası
  • Qanayan diş əti

Əks göstərişlər: Tərkibindəki komponentlərə qarşı yüksəlmiş həssaslıq.

Xüsusi göstərişlər: Qanın laxtalanma müddətinin qısalması və trombozlara meyllik, tromboflebitlər zamanı ehtiyatla təyin olunmalıdır.

 İstifadə qaydası: 1 tablet  gündə 3 dəfə daxilə qəbul olunur.

Buraxılış forması: Rutovasc-C, 24 tablet qutuda.

Saxlanma qaydası: Soyuq, uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.

 Istehsalçı: Pharco Pharmaceutical, Pharco Corporation, Misir

Share
0
Repharma