logo repharmalogo repharmalogo repharmalogo repharma
  • Ana səhifə
  • Haqqımızda
  • Karyera
  • FAQ
  • Məhsullarımız
    • Kosmetologiya
  • Vakansiya

REKLAR 500 mq klaritromisin № 14

TƏRKİBİ:

1 həbin tərkibində 500 mq klaritromisin vаr.

 

FАRMАKОLОJİ  ХÜSUSİYYƏTLƏRİ:

 

Makrolidlər qrupundan olan, yarımsintetik antibiotikdir. Bakteriyaların 50S adlı ribosomal vahidi ilə birləşərək, mikrob hüceyrədə zülal sintezini ləngidir. Bakterisid təsiri aşağıdakı qrup mikroblara qarşı aktivlik ilə müşahidə olunur: qram müsbət (Streptococcus spp., Staphylococcus spp., Listeria monocytogenes, Corynebacterium spp), qram mənfi (Helicobacter pylori, Haemophilus influenzae, Haemophilus ducreyi, Moraxella catarrhalis, Bordetella pertussis, Neisseria gonorrhoeae, Neisseria meningitidis, Borrelia burgdorferi), anaerob (Eubacterium spp., Peptococcus spp., Propionibacterium spp., Clostridium perfringens, Bacteroides melaninogenicus), hüceyrədaxili mikroblar (Legionella pneumophila, Chlamydia trachomatis, Chlamydophila pneumoniae, Ureaplasma urealyticum, Mycoplasma pneumoniae), Toxoplasma gondii, Mycobacterium spp.

 

GÖSTƏRİŞLƏRİ:

 

  • Yuxarı tənəffüs yollarının infeksiyası (sinusit,farinqit, otit)
  • Aşağı tənəffüs  yollarının   infeksiyası (bronxit, pnevmoniya)
  • Dəri və yumşaq toxumaların infeksiyası
  • On iki barmaq  bağırsaq xorası və Helicobacteri pylori- in eradikasiyası məqsədi ilə

(Proton pomp  ingibitorları ilə kompleks müalicədə).

ƏKS – GÖSTƏRİŞLƏR: Prеpаrаtа qаrşı yüksək həssаslıq, hаmiləlik və lаktаsiyа dövrü.

ƏLАVƏ TƏSİRLƏR: Ürəkbulаnmа, diаrеyа, dəri rеаksiyаlаrı, аllеrgik rеаksiyаlаr, nаdir hаllаrdа – bаşgicəllənmə, bаşаğrısı.

 

DОZАLАR VƏ QƏBUL QАYDАLАRI:

Qida qəbulundan   asılı olmayaraq  daxilə  qəbul  olunur .
Böyüklər və 12 yaşdan yuxarı  uşaqlar  (40 kq dan yuxarı çəkidə): standart doza  250 mq  gündə  2 dəfə, 12 saat fasilə ilə. Sinusit zamanı, Haemophilus influenzae törətdiyi  ağır infeksion xəstəliklərdə , Haemophilus influenzae doza 500 mq  gündə  2 dəfə, 12 saat  interval ilə. Müalicə müddəti 7-14 gün.
Qaraciyər  çatışmazlığı  ilə olan xəstələrdə  məsləhət  görülən doza  – 250 mq  hər 24 saatdan bir.
Böyrək çatışmazlığı  ilə olan xəstələrdə  (kreatinin klirensi 30 ml/dəq. az olarsa) məsləhət  görülən doza   250 mq  hər 24 saatdan bir və ya  ağır infeksiyalar zamanı -250 mq gündə  2 dəfə, 12 saat intervalı ilə.  Mycobacterium avium  complex (MAC) infeksiyaların profilaktikası: Böyüklər  üçün Rekların tövsiyə edilən dozası gündə 2 dəfə 500 mq-dır. Mikobakterial   infeksiyalar zamanı – 500 mq gündə 2 dəfə, 12 saat interval ilə.
Odontogen infeksiyalar zamanı:  Rekların  dozası 250 mq  gündə  2 dəfə 5 gün  ərzində.
Н. Pylori  eradikasiyası zamanı üçlü  preparatla  kombinə olunmuş  müalicə: Reklar  gündə 2 dəfə 500 mq, proton pompası inhibitoru (təsdiq edilmiş  gündəlik dozada)*  və amoksasillin gündə 2 dəfə  400 mq, 7 gün ərzində. İkili  preparatla   kombinə olunmuş   müalicə: Reklar   500 mq  gündə  3 dəfə, proton pomp  inhibitorları  ilə  40 mq/gündə, 14 gün  ərzində, nöbvəti 14 gün ərzində  ppi  – ları   ilə  20-40 mq /gündə   istifadə   olunur.

BURАХILIŞ FОRMАSI: Örtüklü həb 500 mq № 14, blistеr qаblаmаdа

İSTEHSALÇI  ÖLKƏ:  Medochemie Ltd, Limassol, Yunanıstan

Share
0
Repharma