Orofaringeal sprey 20 ml
TƏRKİBİ:
1 püskürtmə (0,5ml) spreyin təkibində var;
TƏSİR XÜSUSİYYƏTLƏRİ:
PropolGola spreyi iltihabəleyhi, antibakterial, antivirus, analgetik, bürüyücü təsir göstərən spreydir. Tənəffüs sistemi xəstəlikləri zamanı yüksək dəstəkləyici effekt göstərir. Təbii tərkibli və müalicəvi dərman bitkilərinin kombinasiyasından toplanmış PropolGola spreyi selikli qişaya təsir göstərərək tez bir zamanda iltihabın, ağrının, qıcıqlanmanın aradan götürülməsinə kömək edir.
Propolis təbii antibiotik hesab edilir, sintetik antibiotiklərdən fərqli olaraq bakteriyalara qarşı rezistentlik yaratmır. Propolisin sulu spirtli məhlulu və ekstraktı antibakterial, iltihabəleyhi, antiseptik, antivirus, göbələk əleyhinə, immunostimulyator, regenerasiyaedici, analgetik təsirlərə malikdir. Propolisin antibakterial təsiri müxtəlif mexanizmlərlə baş verir: bakteriya hüceyrəsinin bölünməsini inhibə edir; bakteriya hüceyrəsinin hüceyrə membranını parçalamaqla bakteriolizisə səbəb olur; protein sintezini inhibə edir. Komponentin tərkibinə daxil olan fenol damar divarını möhkəmləndirir, damar keçiriciliyini azaldır, ödem əleyhinə təsir edir. Fenol, həmçinin antioksidant təsir edərək toxumaları sərbəst radikalların zərərli təsirindən qoruyur. Propolisin tərkibi qətran, vitaminlər, aminturşular, mineral duzlar, bioflavonoidlər, xüsusi ilə ən əhəmiyyətlisi qalanginlə zəngindir.
Qalagin antibakterial, antitoksik, antioksidant, təsir xüsusiyyətinə malikdir.
Nanənin efir yağı selikli qişa reseptorlarını qıcıqlandıraraq opioid peptidlərin (endorfin, dinorfin ) azad olunmasına səbəb olur ki, nəticədə analgetik təsir göstərir. Nanənin efir yağı eyni zamanda antimikrob, antifunqal, antioksidant təsirlərə də malikdir.
İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏLƏR:
Ağız boşluğunun iltihabi xəstəlikləri;
İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:
7 yaşdan aşağı uşaqlara tövsiyə olunmur.
Tövsiyə olunan doza gündə 2-3 dəfə ağız boşluğuna 2 püskürtmə olmaqla istifadə olunur. İltihabi xəstəliklərin kəskin fazasında dozanı gündə 4 dəfə 2-3 püskürtməyə kimi artırmaq olar.
İstifadədən sonra 10 dəqiqə ərzində maye qəbul etmək tövsiyə olunmur.
ƏLAVƏ TƏSİRLƏR:
Müşahidə olunmayıb.
ƏKS GÖSTƏRİŞLƏR:
Spreyin hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.
EHTİYAT TƏDBİRLƏRİ:
Dərman vasitəsi deyildir.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
Tovsiyə edilən sutkalıq dozanı keçməyin.
Uşaqların əli çatmayan yerlərdə saxlayın.
Hamiləlik və laktasiya dovründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
BURAXILIŞ FORMASI:
20 ml məhlul şüşə flakonda, qapağı püskürdücü dozatorla təchiz olunmuşdur.
İçlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilmişdir.
İSTEHSALÇI:
ESİ s.p.a, İtaliya.