logo repharmalogo repharmalogo repharmalogo repharma
  • Ana səhifə
  • Haqqımızda
  • Karyera
  • FAQ
  • Məhsullarımız
    • Kosmetologiya
  • Vakansiya

Melva

Tərkibi:

Hər tabletin tərkibində 15mq meloksikam var.

Təsviri:

Sarı rəngli,dairəvi,yastı və bir üzündə bölmə xətti olan tabletlər

Farmakoloji qrupu:

Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP)

Farmakoloji xüsusiyyətləri:

Farmakoloji təsiri:

  • İltihabəleyhinə
  • Qızdırmasalıcı
  • Ağrıkəsici

Farmakodinamika:

Melva oksikamlar qrupuna aid olan qeyri-steroid iltihabəleyhinə(QSİƏP )preparatdır.İltihabəleyhinə təsiri iltihab nahiyəsində prostoqlandinlərin sintezində iştirak edən siklooksigenaza-2 fermentinin fermentativ aktivliyini tormozlaması ilə əlaqədardır.Qida ilə eyni zamanda qəbulu həzm traktından absorbsiya dərəcəsinə təsir etmir.

Farmakokinetika:

Daxilə qəbul olunduqda mədə-bağırsaq traktından yaxşı sorulur.Preparatın biomənimsənilməsi 89%-dir. Histohematoloji baryeri keçir. Plazma zülalları ilə birləşməsi 99%-dir. Sinovial mayedə konsentrasiyası plazmadakı konsentrasiyasının 50%-ni təşkil edir. Qaraciyərdə metabolizmə uğrayır.Metabolizmə uğradıqdan sonra qeyri-aktiv metabolitlər şəklində bağırsaq və böyrəklər vasitəsilə orqanizmdən xaric olur.Qəbul olunan dozanın 5%-i isə dəyişilməmiş  şəkildə böyrəklər vasitəsilə orqanizmdən xaric olur.Yarımxaricolunma dövrü 20 saatdır.

Göstərişlər:

  • Artritlər(revmatoid artrit,osteoartrit)
  • Osteoartroz,radikulit
  • Alqodismenoreya
  • Posttravmatik ağrılar
  • Postoperasyon ağrılar
  • Müxtəlif növ ağrılarda(mialgiya,dorsalgiya,lyumboişalgiya)

Əks-göstərişlər:

Preparata qarşı yüksək həssaslıq,hamiləlik və laktasiya dövrü,15 yaşa kimi uşaqlar.

 

İstifadə qaydası və dozalanma:

Yemək zamanı 1 tablet gündə bir dəfə daxilə qəbul olunur.

Tövsiyə olunan dozalanma rejimi:

Revmatoid artrit :15mq/gün-dür.Müalicənin effektivliyindən asılı olaraq gündəlik doza7,5 mq.-a qədər azaldıla bilər.

Osteoartroz:7,5 mq/gün.Effekt olmadıqda 15mq/gün-ə kimi artırıla bilər.

Ankilozlaşdırıcı spondiloartrit:15 mq/gün-dür.

Maksimal gündəlik doza 15mq-ı keçməməlidir.

 

Buraxılış forması:

15mq tabletlər №10,blisterdə.

 

İstehsalçı ölkə:

Chanelle Medical, İrlandiya .

 

Share
0

Ana səhifə

Repharma