Tərkibindəki aktiv maddələr:
10 ml nanə məhlulu və etanol.
Buraxılış forması:
10 ml flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilib.
Göstərişlər:
Gərginlik və miqren xarakterli baş ağrılarında xarici dəri səthinə istifadə olunur. •»
İstifadə qaydası:
Maxerin cooler®məhlulunu 6 yaşdan yuxarı uşaqlara və böyüklərə flakonun başlığında olan aplikator vasitəsi ilə gicgah, alın və ənsə nahiyyələrinə sürtmək lazımdır. Məhlul, ağrı başlamazdan öncə və ya ağrı zamanı 15 dəqiqə fasilə ilə 3 dəfə sürtülə bilər. İstifadədən 2 saat sonra ağrı olmadığı halda Maxerin cooler^məhlulunun istifadəsini saxlamaq tövsiyə olunur.
Əks göstərişləri:
Nanə yağına qarşı hiperhəssaslıq və ya allergik reaksiya.
Digər dərmanlarla Maxerin cooler® məhlulunun qarşılıqlı təsiri yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
İstifadədən öncə həkiminizlə məsləhətləşin.
Avtomobil sürərkən istifadəsi:
Hər hansı bir ehtiyat tədbiri tövsiyə olunmur.
Təyin edilmiş istifadə miqdarı səbəbindən həddindən artıq dozanın olması ehtimalı yoxdur.
Maxerin cooler® məhlulu ağız və burun boşluğuna və ya yaralı dəriyə, gözə istifadə olunmamalıdır. Gözə və ya selikli qişaya təmas etdikdə həmin nahiyyə bol və ilıq su ilə yuyulmalıdır.
Maxerin cooler® məhlulunun istifadə müddəti qutu və flakon şüşədə qeyd olunub. İstifadə müddəti bitdikdən sonra flakon istifadə olunmamalıdır.
Saxlanma şəraiti:
Maxerin cooler® məhlulu 20°C-dən aşağı temperaturda, qaranlıq və sərin, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.İstifadədən sonra qapağını sıx bağladığınızdan əmin olun. Flakon şaquli şəkildə saxlanmalıdır.
İstehsalçı: ENA FARMA Sağlık Ürünləri İmalat ve Dış Ticaret A.Ş.Ünvan: Zümrütevler Mah. Baş öğretmen Cad.
No:38 Maltepe İstanbul, TÜRKİYƏ.