Tərkibi
1 həbin tərkibində
200 mq ənginar( artişok) yarpağının tozu
80 mq 2%-li silimarinə titrlənmiş qanqal
30 mq 1%-li inulinə titrlənmiş zəncirotu
100 mq xolin bitartrat
40 mq inozitol
40 mq metionin D/L
1 mq B6 vitamini (piridoksin)
Farmokoloji xüsusiyyətləri
Hepadaytın tərkibinə daxil olan bitki ekstraktları və digər maddələr qaraciyər və böyrək funksiyalarının pozulmasında, hiperxolesterinemiyada və öd çatışmamazlığında istifadə olunur.
Ənginar yarpağının tozu diuretik, xoleretik, protektiv və işlədici effektə malikdir. Öd ifrazını artırır, xolesterinin, qalıq azotun, sidik cövhərinin miqdarını azaldır, xolesterinli öd daşlarının əmələ gəlməsinin qarşısını alır.
Qanqal qaraciyərin detoksikasion funksiyasını yaxşılaşdırır, hepatositlərin dağılmasının qarşısını alır, qaraciyər toxumasının regenerasiyasına kömək edir( hepatoprotektiv təsir), iltihab əleyhinə və antioksidant təsirə malikdir, öd ifrazını artırır (xoleretik təsir), yağların həzm olunmasını və dəri örtüyünün vəziyyətini yaxşılaşdırır. Qanqalın tərkibində olan təbii maddə- silimarin qlikozidlər qarışığı ( silibinin, silidianin, silixristin ) olub, antioksidant müdafiəni gücləndirərək qaraciyərin detoksikasion funksiyasına kömək edir. Silimarin həmçinin hepatositlərin membranlarını möhkəmləndirir, yeni hüceyrələrin yaranmasını və zülal sintezini stimulə edir. Nəticədə öd ifrazı güclənir. Ödün lazımı miqdarda olması yağların tam həzm olunmasına və yağda həll olan vitaminlərin mənimsənilməsini təmin edir.
Zəncirotu öd kisəsinin funksiyasını yaxşılaşdırır. Zəncirotunun quru ekstraktı öd daşlarının əmələ gəlməsinin qarşısını alır. Güclü diuretik və ödqovucu təsirə malikdir, həzm vəzilərinin fəaliyyətini stimulə edir.
İnozitol, xolin bitartrat və metionin lipotrop amil olub, qaraciyərdə yağların böyük miqdarda
Toplanmasının qarşısını almaq və ya azaltmaqla qanda xolesterinin miqdarını azaldırlar. B6 vitamini karbohidratların, zülalların və lipidlərin metabolizmində iştirak edir.
Göstərişlər
Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
Əlavə təsirlər
Aşkar edilməmişdir
Dozalanma rejimi
Böyüklərdə 1 həb gündə 2-3 dəfə
Buraxılış forması
Hepadayt oval həb № 45
İstehsalçı ölkə
İtaliya, E.S.İ.