TƏRKİBİ:
Hər flakonda 1 q seftriakson sodium vardır. Hər qutuda: 1 q seftriakson sodium flakonda+ həlledici vardır.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR:
Seftriakson yarımsintetik sefalosporin törəməsidir, III nəsil sefalosporinlərə aiddir. Geniş təsir spektrinə malikdir. Qram “-“ və qram “+”aerob və anaeroblara bakterisid təsir göstərir: Streptococcus group А, В, С, G, Str. pneumoniae, Staphylococcus aureus, St. Epidermidis;Enterobacter spp., Eschenchia coli, Haemophilus influenzae, H. parainfluenzae, Klebsiella spp. (o cümlədən, К. pneumoniae), Moraxella catarrhalis, Morganella morganii, Neisseria gonorrhoeae, N. meningitidis, Proteus mirabilis, Proteus vulgaris, Providencia spp., Salmonella spp. (o cümlədən, S. typni), Serratia spp. (o cümlədən, S. marcescens), Shigella spp., Yersinia spp. (o cümlədən, Y. enterocolitica), Treponema pallidum, Citrobacter spp., Aeromonas spp., Acinetobacter spp.; Actinomyces, Bacteroides spp. (o cümlədən, В. fraqilis), Clostridium spp., Peptococcus spp., Peptostreptococcus spp., Fusobacterium spp. Biomənimsənilməsi 100%-dir. Cmax plazmada – 1,5 saatdır. Plazma zülalları ilə — 85 – 95% birləşir. Orqan və oxumalara, sinovial mayeyə, sümüyə, sinovial, peritoneal, onurğa beyin mayelərinə yaxşı keçir və yüksək konsentrasiya toplayır.Yarımparçalanma dövrü ən uzun olan sefalosporindir. T1/2 8–12 saatadək uzana bilər. Böyrəklər və qaraciyər vasitəsilə orqanizmdən xaric olur.
GÖSTƏRİŞLƏR:
ƏKS GÖSTƏRİŞLƏR:
Sefalosporinlərə qarşı həssaslıq.
İSTİFADƏ QAYDASI:
Böyüklərdə:
v/d və ya ə/d –1 q gündə 1 dəfə təyin olunur.
Uşaqlar və körpələrdə:
venadaxili – 20 – 100 mq/kq/gündə; ə/d – 500 mq gündə 1 dəfə.
Meninqit və sepsis zamanı daha artıq dozada gündə 2 dəfə istifadə edilir. Sutkalıq maksimal doza 4 q.
BURAXILIŞ FORMASI:
İnyeksiya üçün toz 1 q №1 flakonda. İnyeksiya üçün toz 1 q №1 flakonda+ həlledici (1% lidokain hidroxlorid).
İSTEHSALÇİ: MediCHemie, Kİpr