logo repharmalogo repharmalogo repharmalogo repharma
  • Ana səhifə
  • Haqqımızda
  • Karyera
  • FAQ
  • Məhsullarımız
    • Kosmetologiya
  • Vakansiya

CC-200

TƏRKİBİ: 

 

10 ml suspenziyanın tərkibi:

    • Kalsium karbonat 300 mq 
    • Maqnezium hidroksid 135 mq

 

  • D3 vitamini (Xolekalsiferol 150 BV) 3,8 mkq
  • Sink sulfat         6 mq

 

  • B2 vitamini (Riboflavin)   0,6 mq
  • B6 vitamini (Piridoksin) 0,73 mq
  • B12 vitamini (Sianokabalamin)   5 mkq 
  • C vitamini (Askorbin turşusu)   20 mq 
  • E vitamini (Alfa-tokoferol)   8,7 mq 

 

CC-200 suspenziyası – kombinəolunmuş vitamin-mineral kompleksidir. Tərkibində olan aktiv komponentlər böyüyən orqanizmin dayaq-hərəkət sistemində gedən maddələr mübadiləsinə tənzimləyici təsir göstərir. Boy artımını, sümüklərin, əzələlərin və dişlərin normal inkişafını təmin edir. Əqli və fiziki inkişafı sürətləndirir. 

Kalsium karbonat – sümük toxumasının sağlam formalaşmasını təmin edir, rezorbsiyasını azaldır və sıxlığını artırır. Sümük hüceyrəsinin struktur vahidi olub, sağlam quruluşunu təmin edir. Dişlərin mineralizasiyasında aktiv iştirak edir. Əzələ toxumasının yığılmasını təmin edir, ürək əzələsinə təsir göstərməklə, ürək döyüntülərini koordinasiya edir. Neyromediatorların sintezində iştirak edən fermentlərin təsirini aktivləşdirərək, sinir impulslarının keçiriciliyini təmin edir. Qanın normal laxtalanmasının əsas faktoru olan K vitamininin təsirini gücləndirir. Kalsium membran keçiriciliyinə təsir edir, qida maddələrinin hüceyrə daxilinə keçməsi üçün  əsas daşıyıcı vasitə rolunu oynayır. Allergiya əleyhinə və qıcolma əleyhinə təsirlərə malikdir. 

Maqnezium hidroksid – sinir reseptorlarının stabilizasiyasında, neyromediatorların sintez və parçalanmasında, sinir və qlial toxumasının bir çox fermentlərinin katalitik mərkəzlərinin formalaşmasında aktiv iştirak edir. Əzələ tonusunu tənzimləyir, beynin koqnitiv funksiyalarını (yaddaş, diqqət, yaddaş) gücləndirir.  

D3 vitamini (Xolekasiferol) – kalsium-fosfor mübadiləsini tənzimləyir, kalsiumun nazik 

bağırsaqdan absorbsiyasını, sümüklərdə depolaşmasını təmin edir, fiziki inkişafı sürətləndirir. 

Sink sulfat – orqanizmdəki hüceyrələrin sağlam bölünməsini təmin edir, membranoprotektor xüsusiyyətə malikdir, immun hüceyrələrinin (neytrofillərin, makrofaqların) aktivliyini artırır. 

B qrup vitaminləri (B2, B6, B12) – inkişaf edən orqanizmdə gedən bir çox reaksiyalarda koferment rolunu oynayıb, maddələrin maksimal mənimsənilməsini təmin edir. Anemiyanı aradan qaldırır, dəri örtüklərinin və selikli qişalarının tamlığını təmin edir, görmə qabiliyyətini yaxşılaşdırır, MBT fəaliyyətini normallaşdırır, qida maddələrinin bağırsaqlardan mənimsənilməsini  sürətlənirir. 

C vitamini (Askorbin turşusu) – orqanizmin ətraf mühitin zərərli amillərinə qarşı müqavimət gücünü artırır, iltihabəleyhinə, immunomodulyator, adaptogen, iştahgətirici təsirlərə malikdir. 

E vitamini (Alfa-tokoferol) – güclü antioksidant təsirə malikdir, qan dövranını yaxşılaşdırır, antihipoksant effektə malikdir, regenerativ prosesləri sürətləndirir, hormonların sintezində iştirak edir, immuniteti möhkəmləndirir. 

 

GÖSTƏRİŞLƏRİ: 

 

 

  • Raxit xəstəliyinin müalicə və profilaktikası 
  • Uşaqlarda kalsium defisiti əlamətləri (əmgəyin bağlanmaması, aşırı tərləmə)
  • Dişçıxartma dövrü (dişlərin çıxmasının ləngiməsi, çoxsaylı karies)
  • Boy artımının ləngiməsi
  • Qıcolma sindromu 
  • Spazmofiliya 
  • Fiziki və əqli inkişafdan geri qalma 
  • Qıcolma əleyhinə preparatlar, diuretik və qlukokortikoidlərin uzunmüddətli istifadəsi 
  • Sınıqlardan sonrakı bərpa dövrü 

 

 

QƏBUL QAYDASI:

6 – 12 aylıq uşaqlar: 2,5 ml gündə 2 dəfə; 

1 – 3 yaşlı uşaqlar: 5 ml gündə 2 dəfə;  

4 – 8 yaşlı uşaqlar: 10 ml gündə 2 dəfə;  

9 – 14 yaşlı uşaqlar: 10 ml gündə 3 dəfə.  

CC – 200 suspenziyası yeməkdən 30 dəqiqə sonra daxilə qəbul edilir. 

İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır. 

BURAXILIŞ FORMASI:

CC-200 suspenziya 200 ml, şüşə flakon, ölçü qapağı ilə birgə, karton qutuya yerləşdirilib. 

İSTEHSALÇI:

HELBA İLAÇ, Türkiyə.

Share
0

Ana səhifə

Repharma