Haqqımızda

Azərbaycanın ilk əczaçılıq şirkətlərindən biri olan “Repharma” 2001-ci ildə fəaliyyətə başlamışdır. "Repharma"nın əsas məqsədi dərman preparatlarını Azərbaycanın əczaçılıq bazarına təqdim etmək, həkimlərin göstərişi ilə geniş xalq auditoriyasına çatdırmaqdır.

İlk dəfə iyirmi nəfərlik işçi heyəti ilə fəaliyyətə başlayan “Repharma”şirkəti, bu gün bütün Azərbaycan ərazisini əhatə etməkdədir. Mərkəzi ofisi Bakı şəhərində yerləşən “Repharma” şirkətininin, hal-hazırda Azərbaycanın regionlarında filialları fəaliyyət göstərməkdədir.

“Repharma” şirkəti partnyorların seçiminə çiddi yanaşaraq, yalnız istehsal texnologiyası GMP- standartlarına uyğun və öz ölkələrində nüfuz qazanmış zavodlarla əməkdaşlıq edir. “Repharma” şirkəti Türkiyənin - “Solifarma", "Helba", "Lachipharma”, Almaniyanın – “Cefak”, İtaliyanın –“ESİ”, İspaniyanın –“Uriach”, Misirin –“Pharco”, Kiprin "Medohemi" kimi şirkətləri ilə sıx əməkdaşlıq edir. Daimi inkişaf strategiyasına uyğun olaraq, “Repharma” şirkəti partnyorlar sayını artırmaq üçün mütəmadi danışıqlar aparır.

Azərbaycanın əczaçılıq bazarında ilk üçlükdə yer alan “Repharma” şirkəti bütün naliyyətləri, yüksək ixtisaslı və peşəkar personalın səyi nəticəsində əldə etmişdir.

Keyfiyyətli dərman - daha sağlam yaşam!

Əsas devizi- "Keyfiyyətli dərman - daha sağlam yaşam"! olan “Repharma” şirkəti hər zaman preparat seçimində yüksək keyfiyyətə üstünlük verir.

“Repharma” şirkətinin beş əsas dəyəri vardır : HÖRMƏT, BAĞLILIQ, DAIMI INKIŞAF, INTIZAM, FƏRQLILIK. Hər bir “Repharma”çı bu beş dəyər prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərirlər. Öz iş keyfiyyətini hər zaman təkminləşdirən “Repharma” şirkəti 2008-ci ildə İSO- Sertifikatını almışdır. “Repharma” şirkəti dinamik inkişaf edən və bütün növ əməkdaşlığa hazır olan əczaçılıq şirkətidir.

Paylaş:

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası