Marinorm Kapsul


Marinorm Kapsul

Tərkibi:


Farmakoloji xüsusiyyətləri:
Konsentrə olunmuş qızılbalıq yağı “MARİNORM”un tərkibi (Omeqa-3) eykozapentaen turşusu (EPT) və dokozaheksaen turşusu (DHT) ilə zəngindir. Omeqa -3 insan orqanizminin doymamış yağ turşularına olan sutkalıq tələbatını ödəyir. Tədqiqatlar göstərir ki, qida rasionuna balıq yağının əlavə olunması ürək – damar sisteminin funksional vəziyyətinə müsbət təsir göstərir. Belə ki, artmış xolesterin və triqliserid səviyyəsinin endirərək,ateroskleroz və infarktın yaranma riskini azaldır. Qan dövranını tənzimləyir. Eyni zamanda Omeqa-3 beynin normal fəaliyyəti üçün çox vacibdir, belə ki, o, sinir impulslarının bir hüceyrədən digərinə ötürülməsini təmin edərək enerjinin qısa müddət ərzində yaranmasini dəstəkləyir. DHT uşaq beyninin, sinir sistemi və görmə qabiliyyətinin inkişafında, koqnitiv funksiyaların formalaşmasında böyük rol oynayır. Hamiləlik zamanı ana və gələcək körpənin sağlamlığına müsbət təsir göstərir, xüsusilə baş beynin və gözün torlu qişasının formalaşmasında əvəzsiz komponentdir. Dermatotrop təsirə malik olaraq dəri problemlərinin və saç tökülməsinin qarşısını alır. Vitamin E (alfa-tokoferol) – güclü antioksidantdır, orqanizm hüceyrə membranını və essensial yağ turşularını sərbəst radikallarla zədələnmədən qoruyur.

İstifadəsinə göstərişlər:

  • Uşaqlarda nitq inkişafının ləngiməsi
  • Diqqət defisiti fonunda hiperaktivlik sindromu
  • Beyin qan dövranının pozulması
  • Görmə itiliyinin zəifləməsi, görmə sahəsinin daralması
  • Diqqət zəifliyi sindromu
  • Ürək qan-damar sistemi xəstəlikləri
  • Hamiləlik
  • Dəri xəstəlikləri
  • Iltihabi xəstəliklər
  • Saç tökülmələri
  • İmmunitet zəifliyi
  • Allergik xəstəliklər
  • Adaptasiya qabiliyyətinin azalması
  • Əqli və fiziki yorğunluq
  • Uşaqlard hiperaktivlik
  • Altsheymer xəstəliyi



Əks göstərişlər:
Omeqa-3 yağ turşularına fərdi dözumsüzlük, hemorragik sindrom.

Xüsusi göstərişlər/ Xəbərdarlıq:
Şəkərli diabetli xəstələr istifadə edə bilərlər.
Мədəaltı vəzı və öd kisəsi xəstəlikləri ilə əlaqədar yağların sorulmasında pozğunluq olduqda xəstələrin vəziyyətini diqqətlə öyrənmək lazımdır. Bu halda “MARİNORM” təyin olunmur
- Qəbulundan əvvəl preparatın “ İstifadəsi üçün təlimatla ” tanış olun!
- Eyni zamanda digər preparatlar qəbul olunarsa həkiminiz və ya əczaçinizla məsləhətləşin!

Yan təsirlər:
Adətən yaxşı keçirilir. Nadir hallarda dəridə qızartı və ya qaşınma ola bilər.
Gözlənilməyən əlavə təsirlər müşahidə olunarsa müalicə həkiminiz və ya əczaçınıza bildirin!


Dərmanlarla qarşılıqlı təsiri:
Antikoaqulyantlarla müalicə alan xəstələrə “MARİNORM” təyin olunarkən qanaxma müddətinin bir qədər uzana bilmə ehtimalını nəzərə alaraq xəstələri müşahidə altında saxlamaq, ehtiyac olarsa – antikoaqulyant preparatın dozasını korreksiya etmək lazımdır.

Dozası və qəbul qaydası:
Qida qəbulu zamanı 1-2 kapsul, sutkada 1 dəfə daxilə qəbul olunur.

Saxlanma şəraiti:
25C-dən aşağı temperaturda, uşaqlar üçün əlçatmaq quru yerdə, öz qutusunda saxlamaq lazımdır.

Buraxılış forması:
MARİNORM yumşaq kapsul 500 mq 60ədəd, blister qablaşdırmada.
Reseptsiz satılır.
Yalnız əczaxanalarda satılır

Istehsalçı :
Aktif Farma Kimya Tic. Ltd. Şti. Şerifali M. Beyit S. No: 26 Ümraniye / İstanbul İşletme Kayıt No: T.C. G.T.H.B TR-34-K-062203

Distribütör:
Solifarma İlaç Ltd.Şti Tığcılar Mh,Kavaklar Cd.1213 nolu sk.Bilgiçler apt.A Blok Kat:1 No:1/SAKARYA TEL: 0264-777 28 82

Sederbin


Sederbin

kapsullar



TƏRKİBİ:

  • Bir kapsulun tərkibində
  • 50 mq maqnezium oksid, 
  • 50 mq L-teanin, 
  • 50 mq 7% hidroksisinamin turşusuna titrlənmiş Melissa (Melissa officinalis) yarpaqları,
  • 50 mq 2% honokiola titrlənmiş Maqnoliya (Magnolia officinalis) ağacının qabığı,
  • 30 mq 0,1% flavonoidlərə titrlənmiş Mayaotu (Humulus lupulus) çiçəkləri,
  • 20 mq 4/1 nisbətində Lavanda (Lavandula officinalis) çiçəkləri var. 


FARMAKOLOЪİ XÜSUSİYYƏTLƏRİ:

Tərkibində maqnezium, təbii L-teanin aminturşusu və bitki ekstraktları olan bioloji aktiv əlavə SEDERBİN relaksasiya (boşalma, dincəlmə, rahatlanma) prosesi və psixofiziki sağlamlıq vəziyyətini, zehni aydınlıq və konsentrasiyanı yaxşılaşdırmaq üçün istifadə olunur. Stresin bir çox əlamətlərini (əsəbilik, münasibət qurma çətinliyi, narahatlıq, həyəcan, yuxusuzluq, oyanıcılıq, halsızlıq, yorğunluq) aradan qaldırır.

SEDERBİN-in tərkibindəki müalicəvi təsir göstərən bitki mənşəli maddələr stres əleyhinə effektiv vasitələr hesab olunur. Bu komponentlər aşağıdakılardır: 

L-teanin yaşıl çay yarpağının tərkibində olan aminturşudur. O, neyrotransmitter kimi təsir göstərərək relaksasiya (boşalma, rahatlıq, dinclik) hissi verir, amma yuxululuğa səbəb olmur. Ənənəvi olaraq bir fincan yaşıl çayın relaksativ effekti məhz L-teaninin təsirindən yaranır.

Melissa (Melissa officinalis, Limon cövhəri) tipik limon ətirli bitkidir. Sakitləşdirici təsir göstərir. Narahatlıq, həyəcan, oyanıcılıq, əsəbilik, gərginlik, emosional qeyri-stabillik kimi halları aradan qaldırır.

Maqnoliya (Magnolia officinalis) ağacının qabığının tərkibində olan bitki mənşəli honokiol narahatlıq, təşviş, həyəcan hissini aradan qaldırır. Bu xüsusiyyətinə görə stres zamanı zehni-psixi konsentrasiyanı və günlük iş keyfiyyətini yaxşılaşdırır. 

Mayaotu (Humulus lupulus) ənənəvi olaraq təbii relaksativ, sakitləşdirici effektinə görə istifadə olunur. Mayaotu mərkəzi sinir sisteminə sedativ təsir göstərir. Yuxunu yaxşılaşdırır.

Lavanda (Lavandula officinalis) çiçəkləri sedativ və relaksativ təsir göstərir. Yüngül yuxusuzluq zamanı istifadə olunur.

Maqnezium bir çox bədən funksiyalarına nəzarət edən mineraldır. Onun çatışmazlığı nəticəsində çox vaxt narahatlıq, həyəcan halları inkişaf edir ki, bu da özünü yuxu ritminin pozğunluqları ilə göstərə bilər. 

Göstərişlər:

Nevrasteniya
Neyrosirkulyator distoniya
Klimakterik nevroz( sindrom)
Predmenstrual sindrom
Kardionevroz
Aritmik sindrom
Miqren
Xronik yorğunluq sindromu
Mədə - bağırsaq traktının funksional xəstəlikləri


ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın komponentlərinə qarşı yüksəlmiş həssaslıq, hamiləlik, laktasiya dövrü, 3 yaşa qədər uşaqlar.

XÜSUSİ GÖSTƏRİŞLƏR / XƏBƏRDARLIQ:
Preparat etiketdə göstərilən yararlılıq müddəti keçərsə istifadə olunmamalıdır.


ƏLAVƏ TƏSİRLƏR:
Qeydə alınmamışdır.

QƏBUL QAYDASI:
Gündə 2 kapsul, 1 kapsul səhər və 1 kapsul günorta su ilə birlikdə qəbul etmək tövsiyyə olunur.

SAXLANMA ŞƏRTLƏRİ:
Uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.

BURAXILIŞ FORMASI:
SEDERBİN kapsul №20.

İSTEHSALÇI:
İtaliya, ESİ s.p.a. 

 

HepaDiet


HepaDiet

Hepadiet

Tərkibi

1 həbin tərkibində

200 mq ənginar( artişok) yarpağının tozu

80 mq 2%-li silimarinə titrlənmiş qanqal

30 mq 1%-li inulinə titrlənmiş zəncirotu

100 mq xolin bitartrat

40 mq inozitol

40 mq metionin D/L

1 mq B6 vitamini (piridoksin)

Farmokoloji xüsusiyyətləri

Hepadaytın tərkibinə daxil olan bitki ekstraktları və digər maddələr qaraciyər və böyrək funksiyalarının pozulmasında, hiperxolesterinemiyada və öd çatışmamazlığında istifadə olunur.

Ənginar  yarpağının tozu diuretik, xoleretik, protektiv və işlədici effektə malikdir. Öd ifrazını artırır, xolesterinin, qalıq azotun, sidik cövhərinin miqdarını azaldır, xolesterinli öd daşlarının əmələ gəlməsinin qarşısını alır.

Qanqal qaraciyərin detoksikasion funksiyasını yaxşılaşdırır, hepatositlərin dağılmasının qarşısını alır, qaraciyər toxumasının regenerasiyasına kömək edir( hepatoprotektiv təsir), iltihab əleyhinə və antioksidant təsirə malikdir, öd ifrazını artırır (xoleretik təsir), yağların həzm olunmasını və dəri örtüyünün vəziyyətini yaxşılaşdırır. Qanqalın tərkibində olan təbii maddə- silimarin qlikozidlər qarışığı ( silibinin, silidianin, silixristin ) olub, antioksidant müdafiəni gücləndirərək qaraciyərin detoksikasion funksiyasına kömək edir. Silimarin həmçinin hepatositlərin membranlarını möhkəmləndirir, yeni hüceyrələrin yaranmasını və zülal sintezini stimulə edir. Nəticədə öd ifrazı güclənir. Ödün lazımı miqdarda olması yağların tam həzm olunmasına və yağda həll olan vitaminlərin mənimsənilməsini təmin edir.

Zəncirotu öd kisəsinin funksiyasını yaxşılaşdırır. Zəncirotunun quru ekstraktı öd daşlarının əmələ gəlməsinin qarşısını alır. Güclü diuretik və ödqovucu təsirə malikdir, həzm vəzilərinin fəaliyyətini stimulə edir.

İnozitol, xolin bitartrat və metionin lipotrop amil olub, qaraciyərdə yağların böyük miqdarda

Toplanmasının qarşısını almaq və ya azaltmaqla qanda xolesterinin miqdarını azaldırlar. B6  vitamini karbohidratların, zülalların və lipidlərin metabolizmində iştirak edir.

Göstərişlər

·      Qaraciyər funksiyasının pozulması ilə müşayiət olunan xəstəliklər

-          Qaraciyər sirrozunda kompleks müalicənin tərkibində

-          Xroniki hepatitlər

-          Piy hepatozu

-          Qaraciyər ensefalopatiyası

-          Qaraciyərin toksiki zədələnmələri

·      Sarılıq

·      Hiperxolesterinemiya

·      Ateroskleroz

·      Öd çatışmazlığı ilə müşayiət olunan MBT xəstəlikləri

·      Xroniki intoksikasiyalar (o cümlədən hepatotoksik maddələr- nitrat birləşmələri, ağır metal duzları)

·      Piylənmə

·      Şəkərli diabet ( kompleks müalicənin tərkibində )

·      Xroniki nefrit

·      Böyrək funksiyasının ağır pozğunluğu

·      Ürək çatışmazlığı və qaraciyər sirrozu zamanı yaranan oliquriyada

·      Ekzema, psoriaz, həzm və hepatobiliar sistemin fəaliyyətinin pozulması ilə əlaqədar olan dəri xəstəlikləri

·      Podaqra

·      Qaraciyər və böyrəklərdə aparılan cərrahi əməliyyatdan sonra

Əks göstərişlər

Preparatın hər hansı  komponentinə qarşı yüksək həssaslıq.

Əlavə təsirlər

Aşkar edilməmişdir

Dozalanma rejimi

Böyüklərdə 1 həb gündə 2-3 dəfə

Buraxılış forması

Hepadayt oval həb № 45

İstehsalçı ölkə

İtaliya, E.S.İ.

 

Cefanorm


Cefanorm

 

CEFANORM

kapsullar

 

Тərkibi:

Təsiredici maddə: hər bərk kapsulda 40 mq bitki preparatına uyğun olan 4 mq Ərküdə meyvələrinin quru ekstraktı (7-13:1) vardır  (Ekstragent  60 həcm %-i etil spirtidir).
Köməkçi maddələr: qlükoza, laktoza monohidrat, talk, qarğıdalı nişastası, maqnezium- stearat, kolloidal susuz silisium 4-oksid, celatin, natrium laurilsulfat (dodesilsulfat), təmizlənmiş su, titan 4-oksid (E171).

Farmakoterapevtik qrupu 
Menstrual tsiklin pozğunluğunda istifadə olunan bitki mənşəli  preparat.

ATC kodu: G02JP01

Farmakoloji xüsusiyyətlər
Sefanormun təsiredici tərkibi olan Ərküdə meyvələrinin quru ekstraktı selektiv olaraq hipofizin laktogen hüceyrələrinin dofamin-2-reseptorlarını stimulə edərək prolaktin ifrazına tormozlayıcı təsir göstərir və qonadotropin ifrazının fizioloci tsiklini və aybaşı tsiklini bərpa edir.
Prolaktinin səviyyəsini tənzimləyir. Bu tənzimləmə başlanğıc vəziyyətdən asılıdır, belə ki, prolaktinin səviyyəsi aşağı olarsa, ifrazı artır, yüksək olarsa  azalır. 

·         İstifadəsinə göstərişlər 
Aybaşı tsiklinin pozğunluqları (amenorreya, polimenorreya, oliqomenorreya, menorragiya, alqodismenorreya)

·         Anovulyasiya

·         Premenstrual sindrom

·         Mаstodiniya

·         Mastopatiya

·         Sarı cısim çatışmazlığı


Əks göstərişlər 
Ərküdə meyvələrinə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq, hipofizin şişləri, süd vəzisinin xərçəngi.

Əlavə təsirləri 
Nadir hallarda dəridə qaşınma və səpgi şəklində allergik reaksiyalar müşahidə oluna bilər. Allergik səpgilərlə yanaşı dəridə qovuqcuqlar yaranarsa preparatın qəbulunu dayandırmaq və həkimlə məsləhətləşmək lazımdır.
Əgər içlikdə qeyd olunmamış əlavə təsirlər müşahidə olunarsa həkimlə məsləhətləşmək lazımdır.
Gözlənilməz effektlər meydana çıxarsa həkimə müraciət edin!
Digər dərman vasitələri ilə qarışılıqlı təsiri 
Məlum deyil.
Heyvanlar üzərində dərmanın dopaminergik təsiri haqda aparılan tədqiqatlarda  dopamin reseptorlarının antaqonistləri ilə eyni zamanda istifadə zamanı effektin zəifləməsi müşahidə olunmuşdur.

İstifadə  qaydası və dozası
Az miqdarda maye ilə daxilə qəbul edilir. Gündə 1 dəfə 1 kapsul təyin edilir. Preparatı günün eyni vaxtında qəbul etmək tövsiyə olunur.  Müalicə ən azı 3 aybaşı tsikli ərzində davam etdirilməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Kifayət qədər tədqiqatlar olmadığı üçün Sefanormu hamiləlik və laktasiya dövründə istifadə etmək məsləhət görülmür. Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı Ərküdə meyvələrinin istifadəsindən sonra süd ifrazının artması müşahidə edilmişdir.

Buraxılış forması 
Sefanorm, bərk kapsullar. 30 kapsul, blisterlərdə.

Saxlanma şəraiti 
Saxlanması üçün xüsusi şərait tələb olunmur. Uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.

Yararlılıq müddəti 
5 il
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti 
Reseptsiz buraxılır.

Lisenziya sahibi 

Cefak KG, Ostbahnhofstr.15,  D-87437 Kempten / Germany

Ginoref


Ginoref

Ginoref

hamilələr üçün vitamin

 

Ginoref – hamiləlik və südvermə dövründə, həmçinin hamiləliyə hazırlıq ərəfəsində qadınların vitamin və minerallara olan təlabatını ödəyən polivitamin kompleksidir.

Tərkib

1 həbin  tərkibində:

Aktiv maddələr:

Vitaminlər:

Vitamin  А (retinol)  4000 BV (1201.2 mkq)

Vitamin D3 (xolekalsiferol)  500 BV (12.5 mkq)

Vitamin Е (α-tokoferol asetat)  15 mq

Vitamin С (askorbin turşusu)  100 mq

Fol turşusu  (vitamin B9)  0,8 mq

Vitamin  В1 (tiamin) 1,6 mq

Vitamin В2 (riboflavin)  1,8 mq

Vitamin В6 (piridoksin)  2,6 mq

Vitamin В12 (sianokobalamin)  4 mkq

Nikotinamid (vitamin РР)  19 mq

Biotin  (vitamin B7)  200 mkq

Kalsium pantotenat (vitamin В5)  10 mq

Mineral maddələr və mikroelementlər:

Kalsium  125 mq

Maqnezium  100 mq

Fosfor  125 mq

Dəmir   60 mq

Sink   7,5 mq

Mis  1 mq

Manqan  1 mq

Köməkçi maddələr:

Laktoza  monohidrat, mannitol (E 421), makroqol 6000, makroqol 400, jelatin, mikrokristallik sellüloza, etilsellüloza, natrium nişasta glikolat, maqnezium stearat, povidon K90, povidon K30, dəmir oksid (E172), talk, titan dioksid (E 171),

Farmakoloji xüsusiyyətləri:

Ginovit hamiləlik planlaması öncəsi, hamiləlik və laktasiya dövründə istifadə olunan vitamin, mineral və mikroelement kompleksidir. Bu komponentlərin miqdarı hamilə və südverən qadınlara tövsiyyə olunan  qida rasionuna uyğundur. Ginovit hamiləliyin normal gedişi üçün lazım olan vitamin və mikroelementlərə olan ehtiyacı ödəyir. Preparatın farmakoloji xüsusiyyətləri tərkibinə daxil olan komponentlərlə bağlıdır. Vitamin və minerallar dölün düzgün inkişafı, mübadilə proseslərinin normal gedişatı üçün lazımdır.

 

Vitamin A (retinol) müxtəlif maddələrin (zülal, lipid, mukopolisaxarid) sintezində iştirak edir və dəri,selikli qişaların və gözün funksiyasını normallaşdırır.

 

Vitamin  В1 (tiamin) karbohidrat və enerji mübadiləsində mühüm rol oynayan fermentlərin dekarboksilləşmə reaksiyalarında iştirak edir, xolinergik sinapslarda sinir keçiriciliyinə təsir göstərir.

 

Vitamin В2 (riboflavin) karbohidrat, zülal və piy mübadiləsində, gözün normal görmə funksiyasında mühüm rol oynayır.

 

Vitamin В5 (pantoten turşusu) yağ, zülal və karbohidrat mübadiləsində iştirak edir.

 

Vitamin  В9 (fol turşusu) eritropoezi stimulə edir.

 

Vitamin В6 (piridoksin) mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün zəruridir.

 

Vitamin  В12 (sianokobalamin) yüksək bioloji aktivliyə malikdir, normal qanyaranmanı və eritrositlərin formalaşmasını təmin edir.

В qrup vitaminlər orqanizmin mübadilə proseslərini tənzimləyən müxtəlif növ fermentlərin yaranmasında iştirak edir, bununla da hamilə qadınlarda toksikoz zamanı ürəkbulanma və qusma əlamətlərini azaldır.

 

Vitamin С (askorbin turşusu) dəmirin sorulmasını, maddələr mübadiləsini, toxumaların regenerasiyasını, kapillyarların keçiriliciyini, sümük və qığırdaq toxumasının əmələ gəlməsini tənzimləyir. Vitamin C orqanizmin infeksiyaya qarşı müqavimətini yüksəldir, iltihab əleyhinə təsir edir.

 

Vitamin D3 (xolekalsiferol) hamilə orqanizmində kalsium və fosfor balansının tənzimlənməsində mühüm rol oynayır. Onun çatışmazlığı zamanı uşaqlarda raxit xəstəliyi, böyüklərdə isə sümük toxumasında kalsiumun miqdarının azalması (osteoporoz) baş verir.

 

Vitamin  Е (tokoferol) təbii antioksidantdır. Qanın laxtalanma qabiliyyətini azaltmaqla periferik qan dövranını yaxşılaşdırır. Zülal və hemoqlobin sintezində, hüceyrə böyüməsində iştirak edir. Hamiləliyin erkən mərhələlərində vitamin E çatışmazlığı düşük təhlükəsinə səbəb ola bilər.

 

Biotin (vitamin Н) mübadilə proseslərində iştirak edir və zülalın mənimsənilməsini yaxşılaşdırır.

 

Nikotinamid (vitamin РР) oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir.

 

Kalsium  sümük və dişlərin möhkəmliyini təmin edən əsas minerallardan biridir və bir çox metabolik proseslərdə iştirak edir. Sinir-əzələ keçiriciliyində mühüm rol oynayır.

 

Maqnezium maddələr mübadiləsində yaxından iştirak edərək həyati vacib proseslərin getməsi üçün energetik mənbə hesab olunur. O, əzələ toxumasının tonusunun nizamlanmasında, sinir-əzələ keçiriciliyinin tənzimlənməsində yaxından iştirak edir.

 

Dəmir  hemoqlobin, mioqlobin və bir çox digər fermentlərin tərkib hissəsidir. Dəmir qırmızı qan hüceyrələrinin oksigenlə zənginləşməsini təmin edir və hamilə qadınlarda anemiyanın yaranma təhlükəsini azaldır.

 

Fosfor, kalsium ilə birlikdə sümük və dişlərin formalaşmasında, həmçinin energetik mübadilə proseslərində iştirak edir.

 

Manqan  sinir və immun sistemini möhkəmləndirir. Antioksidant kimi təsir göstərir. Sümüklərin düzgün minerallaşmasını təmin edir.

 

Mis  insan orqanizmində maddələr mübadiləsində iştirak edir. Qanın normal tərkibinin tənzimlənməsində vacib rol oynayaraq anemiyanın qarşısını alır. Mis qanda dəmirin yaxşı mənimsənilməsinə kömək edərək hemoqlobinin yaranmasında mühüm rol oynayır.

 

Sink  dölün skletinin normal formalaşması və toxuma regenerasiyası üçün vacibdir, insulin daxil olmaqla bir sıra hormonların tərkibinə daxil olmaqla bətndaxili anomaliyaların qarşısını alır.

 

İstifadəsinə göstərişlər:

Hamiləlik planlaması öncəsi, hamiləlik və südvermə dövründə vitamin və mineral çatışmazlığının profilaktika və müalicəsi.

İstifadə qaydası və dozası: 

Hamiləlikdən öncə (planlama zamanı, mayalanmadan 1 ay öncə), hamiləlik zamanı, doğuşdan sonra və südvermə dövründə yeməkdən sonra sutkada 1 həb az miqdarda su ilə daxilə qəbul olunur. Səhərlər  ürəkbulanma olduğu zamanı preparat günorta və ya axşam qəbul oluna bilər.

Əlavə təsirlər:

Çox nadir hallarda dispepsik və ya allergik əlamətlər müşahidə oluna bilər.

Əks göstərişlər:

Preparatın hər hansı komponentinə qarşı yüksəlmiş həssaslıq 

Dozalanma artıq olarsa:

Preparat tövsiyyə olunan dozada istifadə edildikdə vitamin və mineralların doza həddini aşması aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsir

Bu tərkiblə yanaşı  digər dəmir preparatı istifadə edirsinizsə həkiminizlə məsləhətləşin!

Kalsium, maqnezium, mis və sink tərkibli preparatlar antibiotiklərin və virus əleyhinə preparatların sorulmasını pisləşdirə bilər. Hər 2 preparatı qəbul edən xəstələr 1-2 saat fərqlə preparatları qəbul etməlidirlər. Tərkibində vitamin E olan preparatları antikoaqulyant və ya trombositlərin aqreqasiyasına təsir edən preparat qəbul edən xəstələr ehtiyatla qəbul etməlidirlər.  

Saxlanma şəraiti:

Uşaqlar üçün əlçatmaz yerdə 250C –dən aşağı temperaturda saxlanmalıdır.

Preparatın etiketi üzərində yazılmış istifadə müddəti bitərsə qəbulu tövsiyyə olunmur.

Buraxılış forması:

№60 həb

 

Istehsalçı:

Aktif Farma Kimya Tic. Ltd. Şti.

Şerifali M. Beyit S. No: 26 Ümraniye / İstanbul

İşletme Kayıt No: T.C. G.T.H.B TR-34-K-062203

 

Distribütör:

Solifarma İlaç Ltd.Şti  Tığcılar Mh,Kavaklar Cd.1213 nolu sk.Bilgiçler apt.A Blok Kat:1 No:1/SAKARYA

 TEL: 0264-777 28 82

 

Exuro


Exuro

EXURO

(vaginal tabletlər)

Beynəlxalq patentləşdirilməmiş adı:

Metronidazol+ Mikonazol nitrat+ lidocaine hidrochloride

Tərkibi:

Təsiredici maddə: hяr vaginal tabletin tərkibində  750 mq metronidazol, 200 mq mikonazol nitrat və 100 mq lodokoin hidroxlorid var.

Koməkçı maddələr: mikrokristallik selloza, alüminium maqnezium silikat, natrium nişasta qlikolyatı, mannitol/ polivinil asetat, susuz kollloidal silisium dioksid,qarğıdalı nişastası,maqnezium stearat.

Təsviri: ağ və ya krem rəngli vaginal tabletlər.

Farmakoterapevtik qrupu:

Ginekologiyada yerli istifadə üçün antibakterial, ibtidai və göbələk əleyhinə təsirli preparat.

ATC kodu: G01AF20                           

Farmakoloji xüsusiyyətləri

Exuro vaginal tabletlərinin tərkibində  göbələl əleyhinə təsir göstərən mikonazol, antibakterial  və troxomanado əleyhinə təsir göstərən metronidazol və yerli keyləşdirici təsir göstərən lidokain mövcuddur.

Mikonazol, sintetik imidazol törəməsi olub, geniş təsir spektrli göbələk əleyhinə preparatdır.Xüsusilə Candida albicans qrupuna aid pathogen göbələklərə qarşı effektlidir. Bundan başqa mikonazol  qram müsbət bakteriyalara qarşı aktivdir.Mikonazulun təsiri sitoplazmatik membranda erqosterolun sintezini ləngitməsi ilə bağlıdır.Mikonazol  Candida species mikotik hüceyrələrinin  keçiriciliyini dəyişir və qlükozanın in vitro qəbulunu inhibə edir.

Metronidazol – 5 nitroimidazol törəməsi olub antibacterial və ibtidailər əleyhinə təsir göstərir. Anaerob bakteriyalar və Trichomonas vaginalis , Gardnerella vaginaliskimi ibtidailər tərəfindən törədilən infeksiyalara qarşı effektivdir.

Mikonazol və metronidazol eyni zamanda qəbul olunduqda sinergik və antoqanist təsir göstərmir.

Lidokain neyron memranını stabilləşdirir, impulsların yaranması və ötürülməsiüçün vacib olan ionların axınını tormozlayır, yerli keyləşdirici təsir göstərir.

Farmakokinetikası:

Mikonazol nitrat: intravaginal istifadə zamanı mikonazolun sorulması cüzidir.( təxminən 1.4%) Eksuronun istifadəsindən sonra təxminən 3 gün ərzində plazmada mikonazol hiss oluna bilər.

Metronidazol : intravaginal yeridilmə zamanı metronidazolun biomənimsənilməsi  peroral qəbulla müqayisədə 20 % -dir.

Lidokain; təsiri 3-5 dəq sonra başlayır. Lodokain zədələnmiş dəri sathindən sorulur və qaraciyərdə metobolizmə uğrayır. Metobolitlər dəyişilməmiş şəkildə orqanizmdən böyrəklər vasitəsilə xaric olur. Exuro intravaginal 3 gün müdətində təyin olunduqda lidokain minimal miqdarda sorulur və onun plazmada səviyyəsi 0.04-1mkq / ml təşkil edir.

İstifadə göstərişləri:

-         Candida albicans tərəfindən törədilən vaginal kandidoz;

-         Anaerob bakteriyalar və Gardnerella  vaginalis tərəfindən törədilən bakterial vaginit;

-         Trichomonas vaginalis tərəfindən törədilən trixomanada vaginiti;

-         Ginekoloji infeksiyaların kompleks müalicəsində.

Əks göstərişlər

Hamiləliyin I trimestri

Porfiriya

Epilepsiya

Qaraciyər funksiyalarının ağır pozğunluğu

Preparatın komponentlərinə qarşı həsaslıq.

susi gюstərişr:

Uşaqlarda və ərə getməmiş xanımlarda istifadəsi məsləhət görülmür.

Исtifadə qaydası:

Əgər həkim tərəfindən başqa təyinat verilməmişdirsə 7 gün ərzində 1 vaginal tablet gündə 1 dəfə  axşam yatmazdan əvvəl  vaginaya dərinə yeridilir. Residivləşən xəstəliklər və digər müalicəyə rezisent olan vaginitlər zamanı  müalicə kursunun 14 günə qədər uzadılması məsləhət görülür.

Buraxыlыш formasы:

EXURO, 7 vaginal tablet

Saxlanma qaydası:

25 C  dən aşağı temperaturda original qablaşdırılmasında soyuq, uшaqlar цчцn яlчatmaz yerdя saxlamalы.

Istehsalçı

HELBA Pharmaceuticalс.Türkiyə

Akti GIN


Akti GIN


Tərkibi:

1 kapsulda:

Aktiv komponentləri:

  • L-karnitin - 100 mq,
  • C vitamini - 90 mq,
  • Kreatin monohidrat - 50 mq,
  • Quarananın 8%-li kofeinə qədər titrlənmiş quru ekstraktı - 25 mq,
  • Koreya jenşeninin 12%-li ginsenozidlərə qədər titrlənmiş quru ekstraktı - 20 mq,
  • Kola qozunun minimum 10%-li kofeinə qədər titrlənmiş quru ekstraktı - 20 mq,
  • Eleuterokokun (sibir jenşeni) 5%-li triterpen saponinlərə qədər titrlənmiş quru ekstraktı - 5 mq,
  • E vitamini - 5 mq.



Yardımçı maddələr:

Maqnezium stearat, silisium, jelatin, rəngləyici maddələr: titan dioksidi, sarı xinolin.

Farmakoloji xüsusiyyətləri: AktiGin – kombinə olunmuş tonuslandırıcı və asteniya əleyhinə vasitədir. Preparatın tərkibinə daxil olan komponentlərin sinergizmi nəticəsində tonuslandırıcı effekti qəbulundan dərhal sonra başlayıb uzun müddət saxlanılır.

L-karnitin orqanizmdə lizin və metionin amin turşularından sintez olunur. Yağ turşularının metabolizmində mühüm rol oynayır: yağların mitoxondriyə daşınmasında iştirak edir, bunlardan isə orqanizmə lazım olan enerji əmələ gəlir. L-karnitin əzələlərin normal funksiyası üçün vacibdır.

C vitamini antioksidant təsir göstərərək hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyur, immuniteti yüksəldir.

KREATİN ADF – ATF SİKLİNİN ƏSAS ELEMENTİDİR. ORQANİZMDƏ KREATİN FOSFATA ÇEVRİLİR, O İSƏ, PARÇALANMIŞ FOSFAT ƏLAQƏSİNİ BƏRPA EDƏRƏK ADF-İ ATF MOLEKULUNA ÇEVİRİR. ATF ƏZƏLƏ YIЬILMASI ÜÇÜN VACİBDIR, FOSFAT QRUPUNU İTİRƏRƏK YENİDƏN ADF – Ə ÇEVRİLİR Kİ, BU SİKLİK PROSES DAİM DAVAM EDİR.
Quarananın tərkibində çoxlu miqdarda tanin və kofein var. Bu onun asteniya əleyhinə təsirini izah edir. Tanin adrenalin sintezini stimulə edir, orqanizmin kalori sərfini yüksəldir, stresə qarşı davamlı edir. Dərhal təsir göstərən və oyanmaya səbəb ola bilən kofedən fərqli olaraq quarana daha yumşaq təsir göstərir, belə ki, tərkibindəki kofein onun tədricən azad olunmasını təmin edən substansiyalarla birləşir. Bundan başqa, quarananın toxumlarının tərkibində olan tanin kofeinin tədricən sorulmasını (kofeinin digər mənbələrindən fərqli olaraq), MBT-nı qıcıqlandırmamasını təmin edir. Buna görə də quarananın təsiri bir neçə saat davam edir, yorğunluq və aclıq hissini uzun müddət hiss etməməyə kömək edir.

KOREYA JENŞENİNİN TƏRKİBİNDƏ ÇOXLU MİQDARDA TONUSLANDIRICI AKTİV KOMPONENTLƏR – GİNSENOZİDLƏR (ANTİOKSİDANT XÜSUSİYYƏTLİ KİMYƏVİ KOMPLEKS), TRİTERPİN SAPONİNLƏR, B QRUP VİTAMİNLƏR VAR. O, BÜTÜN FİZİOLOJİ SİSTEMLƏRİN AKTİVLİYİNİ YÜKSƏLDİR, YADDAŞ VƏ ÜMUMİ ƏHVALIN YAXŞILAŞMASI, DİQQƏT, ƏQLİ VƏ FİZİKİ ƏMƏK QABİLİYYƏTİNİN YÜKSƏLMƏSİ İLƏ MÜŞAYİƏT OLUNUR.
Eleuterokok (sibir cenşeni) təbii adaptogen və stimulyatordur, orqanizmin stres amillərinə uyğunlaşmasına yardım edir. Orqanizmin müdafiə və bərpa mexanizmlərini qüvvətləndirir, buna görə də onu fiziki və əqli işlə yüklənmə və idman məşğələləri zamanı təyin edirlər.

E vitamini lipofil substansiyalara antioksidant təsir göstərir, hüceyrə membranını sərbəst radikalların zədələyici təsirindən qoruyur. Onun təsiri əsasən qan-damar hüceyrələrinə yönəlir. Aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) səviyyəsini azaldır və yüksək sıxlıqlı lipoproteinlərin (YSLP) səviyyəsini artırır. 

Istifadəsinə göstərişlər:

Müxtəlif mənşəli astenik vəziyyətlər, rekonvalessensiya dövrü, fiziki və ya əqli işlə yüklənmə, orqanizmin əmək və müdafiə qabiliyyətinin yüksəldilməsi ( o c. yaşlı şəxslərdə), idmanla məşğulliyyət və s.

İstifadə qaydası:

Əsasən səhər yeməyindən sonra 1 kapsul gündə 1 dəfə olmaqla daxilə qəbul olunur.

Əlavə təsirlər: Adətən yaxşı keçirilir. Nadir hallarda taxikardiya və yuxu pozğunluğu verə bilər.

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksəlmiş həssaslıq.
Xüsusi göstərişlər: Arterial hipertenziya, epilepsiya və qıcolmaya meylli xəstələrdə ehtiyatla təyin olunur.
Preparat etiketdə göstərilən yararlılıq müddəti keçərsə istifadə olunmamalıdır.

Saxlanma qaydası:
Qutuda olmaq şərti ilə 250C-dən aşağı temperaturda, uşaqlar üçün əlçatmaz yerdə saxlanılır.

Buraxılış forması:
AktiGin kapsul №30.

İstehsalçı:
ESİ s.p.a., İtaliya.

 

Eva douche


Eva douche

EVA DUŞ CHAMOMİLE  - vaginal duş   

EVA DUŞ CHAMOMİLE uşaqlıq yolunun təbii pH-nın ən effektiv və təhlükəsiz yolla bərpa edir. Həmin mühitin pozulmasına adətən kandidoz və ya trixomoniaz kimi vaginal infeksiyalar, aybaşı və ya antibiotiklərin qəbulu səbəb ola bilər. 

EVA DUŞ CHAMOMİLE heç bir farmakoloji təsir olmadan uşaqlıq yolunun pH-nı təbii yolla bərpa edir. Tərkibində olan laktat turşusu uşaqlıq yolunun pH-nın təbii tənzimləyicisidir. Bu üsulla uşaqlıq yolunun pH-nı bərpa edərək normal səviyyəsinə qaytarmaq mümkündür, belə ki, həmin bakteriyalar laktat turşusu istehsal edərək uşaqlıq yolunun pH-nı uzun müddətə qoruyur. Üstəlik çobanyastığı bitkisinin də yanaşı təsirləri var ki, iltihab əleyhinə və antiseptik xüsusiyyətlərinə görə qısa müddətdə vaginitin qıcıqlanma (qaşınma, yanğı) və qızartı kimi ağrılı əlamətlərini aradan qaldırır.

 

EVA DUŞ CHAMOMİLE uşaqlıq yolunun normal balansını qoruması və bərpasında iştirak edir.

Göstərişlər:                                                                                                                                             

Ginekaloji infeksiyalar (kompleks müalicənin tərkibində)

-Vaginitlər, bakterial vaginoz

-Vaginal pH-ın müxtəlif səbəblərdən pozulması zamanı (o c. hamilələrdə)

-Aybaşı dövründən sonra möhtəviyyatın təmizlənməsi

-Uşaqlıq yolunda quruluq, yanğı, zəif qıcıqlanma

-Xoşagəlməz qoxu törədən  ifrazatı xaric etmək məqsədilə

-Təravət hiss etmək üçün

Buraxılış forması:                                                                                                                                    Vaginal duş

İçində Laktat turşusu və çobanyastığı ekstraktı olan  birdəfəlik istifadə üçün vaginal duş, ucluğu ilə birgə.                                                                                                                             

Istifadə qaydası:

1.Flakonun üst  uc  hissəsindəki applikatorun qapağının başlığını sındıraraq xaric edin və applikatorun vaginal uclugunu ehtiyatla bayıra dogru çəkin (“çıqqıltı”səsi eşidilənə kimi).

2. Flakonu yumşaq sıxaraq vaginal ucluq vasitəsilə mayenin xaricə axdığını yoxlayın.                                                                                                 

Əgər ucluqdan maye gəlmirsə bu prosesi bir daha təkrarlayın.

3. Applikatorun ucluğunu uşaqlıq yoluna yeridin, flakonu yumşaq basaraq şırınqa ilə yumanı həyata keçirin. Duş məhlulunun istilik dərəcəsinin bədən temperaturuna  uyğun olması üçün ilıq suda saxlaya bilərsiniz.

4. Bir həftə ərzində yumanı ən çoxu 2-3 dəfə həyata keçirə bilərsiniz.

Istehsalçı:

Intermed S.A. Pharmaceutical Laboratories, Yunanıstan 

Dextrifer Fol


Dextrifer Fol

DEXTRIFER FOL çeynənmə həblər

Tərkibi:                                                                                                                                          

Təsiredici maddələr: Bir çeynənmə həbin tərkibində 100 mq elementar dəmirə (III) ekvivalent olan 357,0 mq dəmir hidroksidi polimaltoza kompleksi və 0,350 mq fol turşusu var.                        

Köməkçi maddələr: natrium siklamat,vanilin,makroqol 6000, şokolad dadlandırıcısı, dekstratlar, mikrokristalik sellüloza, təmizlənmiş talk

Təsviri:                                                                                                                                 

Qəhvəyi – ağ mozaik rəngli vanil ətirli və şokolad dadlı silindrik çeynənmə həblər

Təsir xüsusiyyətləri:                                                                                                  

 Dextrifer Fol tərkibindəki dəmir polimaltoza kompleksi suda əla həll olması ilə xarakterizə olunur. Bu dəmir forması digər dəmir duzlarından fərqli olaraq ionlaşmır. Bu səbəbdən mədənin selikli qişasını qıcıqlandırmır, dişlərin rəngini dəyişmir və bütün xəstələr tərəfindən yaxşı keçirilir.  Buna görə də preparat istərsə yeməkdən öncə, istərsə də yemək vaxtı, və ya yeməkdən sonra qəbul oluna bilər. Dəmirin bu forması sürətli sorulması, konstruktiv maddələr mübadiləsinin yüksək səviyyəsinə malik olması və hemoqlobin səviyyəsini real olaraq artırdığı üçün dəmir defisitli anemiyaların bütün formalarında təyin oluna bilər.                                          

 Fol turşusu 0,350 mq sutkalıq təlabata uyğundur. Fol turşusu  eritopoezdə iştirak edir.

İstifadəsinə göstərişlər:

-          Dəmir və fol turşusu çatışmazlığının profilaktika və müalicəsi

-          Müxtəlif etiologiyalı dəmir defisitli anemiyalar

-          Mədə rezeksiyasından sonrakı vəziyyət

 Əks göstərişlər:                                                                                                                             

- Aşkar dəmir defisiti əlaməti olmayan qeyri – dəmir defisitli anemiyalar,                                   

- Xronik hemolitik anemiya (talassemiya, oraqvari – hüceyrə sindromu), sideroblast anemiya (piridoksin təyinatı tələb edən), xronik xəstəliklər və ya erkən dəri porfiriyası nəticəsində meydana çıxan anemiyalar.                                                                                                                

- Dəmir preparatları qaraciyərdə toplanaraq çökə bildiyi üçün sirrozlar zamanı təyin olunmur.      

- B12 vitamini və fol turşusu çatışmazlığının səbəb olduğu birincili meqaloblast anemiya

Xüsusi göstərişlər                                                                                                                                   

 - Preparatın tərkibindəki hər hansı komponentə qarşı fərdi həssaslıq                                                 

- Qaraciyər xəstəlikləri

Xəbərdarlıq / Ehtiyat tədbirləri:                                                                                                               

 - Qeyri – müəyyən etiologiyalı anemiyaların müalicəsi üçün istifadə olunmamalıdır.                          

 - Dəqiqləşdirilməmiş meqaloblast anemiya diaqnozunda təyin olunarsa xəstəliyin nevroloji əlamətlərinin kəskinləşməsinə səbəb ola bilər.          - Nəcisin rənginin dəyişməsi preparatın qəbulunun dayandırılması üçün əsas deyil.                               

 - Normal dəmir balansı olan şəxslər preparatın davamlı qəbulundan çəkinməlidirlər.                             

 - Preparatın qəbulu xəstə tərəfindən pis keçirilərsə dayandırılması məsləhət görülür.

Hamiləlik va laktasiya dövründə istifadəsi:                                                                                                                                        

 Hamiləlik və laktasiya dövründə tibbi göstərişlərə görə (profilaktik və ya müalicəvi məqsədlə) təyin oluna bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:                                                                                             

- Antasidlər, mədəaltı vəz ekstraktı, xolestiramin, süd və ya yumurta dəmirin sorulmasını azaldır.

- Allopurinol dəmirin sirrozlu xəstələrin qaraciyərində çökməsinə şərait yaradır.                               

- Dəmir tetrasiklinin sorulmasının qarşısını aldığına görə bu iki preparat ən azı 2 saat fasilə ilə qəbul olunmalıdır.                                                                                                                                            

- Bundan başqa, fol turşusunun çatışmazlığı olan şəxslərdə fol turşusunun təyini difenilhidantoin metabolizmini artıra bilər ki, bu da preparatın plazmada konsentrasiyasını azalda bilər.               

- Fol turşusunun kontraseptiv preparatlarla birgə təyini tövsiyyə olunmur.

İstifadə qaydası və dozası:                                                                                                   

 Böyüklər: gündə 1-2 çeynənmə həb                                                                                                                  

 6 yaşdan böyük uşaqlar: gündə 1 çeynənmə həb

Müalicənin davametmə müddəti, həftələrlə:                                                                        

Sutkalıq olaraq 100 mq elementar dəmir alan və hemoqlobin miqdarı 9qr% üzərində olan 12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün müalicənin davametmə müddəti aşağıdakı cədvəldə verilir:

 

 

 

Bədən çəkisi, kq-la

Müalicənin davametmə müddəti, həftələrlə

Hb

Hemoqlobin

6.0qr%*

Hb

7.5qr%*

Hb

9.0qr%

Hb

10.5qr%

Hb

12.0qr%

Hb

13.5qr%

35

40

45

50

55

60

65

70

75

80

85

90

7

8

9

9

10

11

12

12

13

14

15

15

6

7

7

8

9

9

10

11

11

12

13

13

7

8

8

9

9

10

10

11

11

12

12

13

6

7

7

7

8

8

9

9

9

10

10

11

5

6

6

6

6

7

7

7

7

8

8

8

4

5

5

5

5

5

5

5

6

6

6

6

 

*Hemoqlobin səviyyəsi 9qr%-dən aşağı olan şəxslərdə dəmir defisitini tez aradan qaldırmaq üçün parenteral yeridilməyə üstünlük verilir. Əgər bu mümkün olmazsa, o zaman ilk 2 həftə ərzində sutkalıq dozanı 2 dəfə artırmaq, daha sonra isə sutkada 100 mq-dək azaltmaq lazımdır.

Əlavə təsirləri:                                                                                                                               

Nadir hallarda ürəkbulanma, qusma, qarında və qarıüstü nahiyədə ağrı, ishal və ya qəbizlik ola bilər. Bu əlamətlər adətən dozalanma ilə əlaqədar olur ki, doza azaldığı zaman aradan qalxır. Uzunmüddətli qəbulu zamanı hemosideroz inkişaf edə bilər.                                                       

Nəcisin rənginin qaralması müşahidə oluna bilər. Nadir hallarda allergik təzahürlər ola bilər. 

Yararlılıq müddəti:                                                                                                                            

Xarici qablaşmanın üzərində göstərilib. Preparat etiketin üzərində göstərilən yararlılıq müddəti keçərsə istifadə olunmamalıdır.

Doza həddinin aşılması:                                                                                                                 

Dəmir preparatının qəbulu ilə əlaqədar olan zəhərlənmələr müşahidə olunmamışdır.

Buraxılış forması:                                                                                                                     

DEXTRIFER FOL, 30 çeynənmə həb.

Calci-Cal


Calci-Cal

CALCİ- CAL

Tərkibində şəkər, natrium, laktoza və ya digər konservantlar yoxdur. Şəkərli diabetli xəstələrin qəbulu üçün də uyğundur.

Tərkibi:

Hər örtüklü həbin tərkibində  1000 mq kalsium karbonat (elementar kalsium 450 mg) şəklində kalsium ionları (Ca 2+) və 10mkq D3 vitamini (xolekalsiferol) (200% RDA), Maqnezium -150 mq, Sink- 6 mq var.

RDA= tövsiyyə olunan gündəlik doza

Farmakoloji xüsusiyyətləri

CALCİ CAL örtüklü həblər orqanizmin kalsium və onun mənimsənilməsi üçün vacib olan D vitamininə olan sutkalıq tələbatını ödəyir.

Kalsium insan bədəninin ən vacib elementlərindən biridir.Sümüklərin normal inkişafı və sağlamlığının qorunması üçün, həmçinin, orqanizmin ümumi inkişafı üçün çox vacibdir. Böyüklərin orqanizmində təxminən 1200 qr kalsium vardır ki, bunun da 99%-i sümüklərdə yerləşir. Qalan 1%-i bütün orqanizmə paylanır və qanın laxtalanması, periferik sinir sisteminin fəaliyyəti, fermentlərin aktivlii kimi təbii funksiyalarda iştirak edir.

Sümüklər orqanizmdə kalsiumun təbii deposudur. Orqanizm lazımi miqdarda kalsium almadığı təqdirdə sümüklərdə olan depoya “üz tutur”. Nəticədə, sümüklərdə olan kalsiumun miqdarı azalır, sümüklər elastikliyini, davamlılığını itirir və kövrək olurlar. Bu proses tədricən və yavaş- yavaş baş verir və yalnız prosesin gecikmiş etaplarında, kalsium defisitinin qabarıq və ağrılı şəkil aldığı zaman nəzərə çarpır. Bu daha çox qadınlarda baş verir. Kişilər, adətən, belə problemlər yaşamırlar, belə ki, onların sümükləri daha yüksək sıxlığa malikdir.Qadınlarda isə osteoporoza (kalsium defisiti nəticəsində yaranmış xəstəlik) daha çox menopauza dövründə və ahıl yaşlarında (senil osteparoz) rast gəlinir.

Böyüklər üçün kalsiumun tövsiyyə olunan sutkalıq norması (RDA) 700-800 mq-dır. Bu miqdar təxminən 1litr südün tərkibində var. Qızılbalıq, sardina, şalğam da kalsiumla zəngin mənbələrdir.

Maqnezium :Yorğunluq və zəifliyi azaldır.Sinir və əzələ sisteminin iş qabiliyyətini normallaşdırır.Sümük və dişlərin sağlamlığının qorunmasına kömək edir.

Sink:Koqnitiv funksiyaları yaxşılaşdırır.İmmun sistemi qaldırır.Saçların,dırnaq və dərinin sağlamlığını qorumağa kömək edir. Sink hüceyrələrin yenilənməsində rol oynayır və kalsiumla birlikdə DNT sintezini tənzimləyir. Sinkin osteoblastik aktivliyi və kollagen sintezində iştirak etməsi sümük-oynaq sistemində əhəmiyyətli olmasını göstərir.

Vitamin D sümüklərin və dişlərin normal inkişafı, skeletin düzgün minerallaşması və böyüməsi üçün kalsium və fosfatlar mübadiləsini tənzimləyir. D3 vitamini bağırsaqlarda kalsium və fosfatların absorbsiyası, mineral duzların daşınması və sümüklərin kalsifikasiya proseslərində vacib rol oynayır, böyrəklərlə kalsium və fosfatların çıxarılmasını tənzimləyir. Qanda kalsium ionlarının konsentrasiyasına nəzarət etməklə skelet əzələsinin tonusunu, miokardın funksiyasını təmin edir, sinir mpulslarının ötürülməsində iştirak edir. Bundan başqa, D3vitamini hüceyrələrin normal bölünməsi və immun sistemin normal funksiyasının dəstəklənməsinə də təsir göstərir.

CALCİ CAL adi dieta vasitəsilə orqanizmi lazım olan kalsium miqdarı ilə təmin etmək mümkün olmadığı hallarda həmin defisiti bərpa etmək məqsədilə təyin olunan zəngin kalsium mənbəyidir.

D3 vitamini sayəsində kalsium daha yaxşı sorulur. Klinik olaraq sübut olunmuşdur ki, onun qəbulu zamanı kalsiumun  sorulması yaxşılaşır və sürətlənir.

İstifadə qaydası və dozası

Kalsium karbonat tərkibi CALCİ CAL örtüklü həblərini optimal absorbsiya məqsədilə yemək zamanı qəbul etmək tövsiyyə olunur.

Tövsiyyə olunan sutkalıq doza:

 Böyüklər :gündə 1-2  həb 

Menopauza dövrü çatmayan qadınlar- gündə 2 həb

Menopauza dövründən sonra qadınlar – gündə 2 – 3 həb (estrogenlər qəbul olunmazsa)

İstifadəsinə göstərişlər

Kalsium və D3 vitamininin defisitinin müalicə və profilaktikası

Müxtəlif  mənşəli osteoporozların (menopauzal,senil,steroid,idiopatik və s.) müalicə və profilaktikası məqsədilə təyin olunur.

Buraxılış forması

CALCİ CAL örtüklü həblər  № 60

Saxlanma şəraiti

Uşaqların əli çatmayan, quru, sərin (15-20 C)  və işıq düşməyən yerdə saxlayın!

Yararlılıq müddəti

Xarici qablaşdırılmada göstərilib.

İstehsalçı:

AktifFarma Kimya Tic.Ltd.Şti.

Şerifali M. Beyit S. No:26 Ümraniye/İstanbul

 

 

 

FoliRef


FoliRef

Foliref

Tərkibi: 
1 həbdə:

Aktiv komponentləri:

Fol turşusu - 400 mkq,

Yod – 150 mkq.
Yardımçı maddələr:

Farmakoloji xüsusiyyətləri:  

Dölün qalxanvari vəzisi hamiləliyin birinci trimestrinin sonundan etibarən öz hormonlarını ifraz etməyə başlayır  və bunun üçün yeganə yod mənbəyi ananın qanında sirkulyasiya edən yoddur. Yod təchizatının bətndaxili çatışmazlığı düşük təhlükəsinə və yenidoğulmuşda yod defisitinin ağır fəsadlarına səbəb olur. Bu sümük toxumasının, ağ ciyərlərin zəif inkişafına, baş beynin düzgün formalaşmamasına, MSS-nin inkişaf qüsurlarına, eşitmə pozğunluqlarına, psixomotor və əqli inkişafda tormozlanmaya səbəb olur.
Yod qalxanvari vəzin funksiyası üçün vacibdir, dölün sinir toxumasının yetişməsini tənzimləyir. Laktasiya dövründə yod defisiti hipoqalaktiyanın yaranmasına səbəb olur.
Rüşeymin sinir toxumasının və sinir liflərinin mielin qişasının yaranma prosesini tənzimləyir, sinir borucuğunun inkişaf anomaliyasının qarşısını alır.
Qanyaranma və meqaloblastların yetişməsi prosesində iştirak edir, onun çatışmazlığı hamiləlik zamanı anemiyanın ən əsas səbəblərindəndir.
Orqan və toxumaların formalaşması üçün vacib olan zülal mübadiləsini təmin etməklə, inkişaf qüsurlarının, dölün yarımçıqdoğulma və hipotrofiya ehtimalını azaldır.
Bir hissəsi bağırsaqlarda sintez olunur, amma əsas hissəsi orqanizmə qida ilə daxil olur. Ribonuklein və dezoksiribonuklein turşularının yaranmasında, əvəzolunan aminturşuların və əvəzolunmaz aminturşuların – qlisin, metionin biosintezində aktiv iştirak edir.9Fol turşusu suda həll olan B qrup vitaminlər (vitamin B
Foliref vitamin kompleksi olmaqla, fol turşusu və vacib mikroelement – yod çatışmazlığını aradan qaldırır.

Farmakokinetika

Peroral qəbul zamanı həzm traktından yaxşı absorbsiya olunur. Əsas metobolizm qaraciyərdə baş verir. Öd və sidiklə eliminasiya olunur.

İstifadəsinə göstərişlər: 
Preparat hamiləlik planlaması ərəfəsində, hamiləlik və laktasiya dövründə fol turşusu və yodun mənbəyi kimi tövsiyyə olunur.

İstifadə qaydası: 

Preparat mayalanmadan öncə, hamiləliyin birinci trimestrində və bütün südvermə dövründə istifadə edilir.
Hər gün səhər qida qəbulu zamanı 1 həb gündə 1 dəfə daxilə qəbul olunur.

Əlavə təsirlər: 

Əlavə effektlər müşahidə olunmayıb.

Əks göstərişlər: 
Preparatın hər hansı bir komponentinə qarşı yüksəlmiş həssaslıq.

Hamiləlik: 
Preparat formalaşan döldə sinir toxumasının və digər ağır inkişaf qüsurlarının yaranma riskini azaldır. Süd verən anada yod və fol turşusu defisitini aradan qaldırır.

Digər dərman preparatları ilə qarşılıqlı təsir
Antasidlər fol turşusunun absorbsiyasını azaldır.
Kalium qoruyucu diuretiklərlə birgə istifadə zamanı yodun farmakoloji aktivliyinin pozulması müşahidə edilir.
Vərəm və qıcolma əleyhinə preparatlar qanda fol turşusunun miqdarını azaldır.
Sulfanilamidlər, nitrofuranlar, hipoqlikemik preparatlar orqanizmdən fol turşusunun eliminasiyasını sürətləndirir.

Saxlanma qaydası: 
Quru və qaranlıq yerdə 250C-dən aşağı temperaturda saxlanmalıdır.

Buraxılış forması
Foliref  həb №120.

Istehsalçı:

AktifFarmaKimya Tic. Ltd. Şti.

Şerifali M. Beyit S. No: 26 Ümraniye / İstanbul

İşletmeKayıt No: T.C. G.T.H.B TR-34-K-062203

Distribütör:

Solifarma İlaç Ltd.Şti  Tığcılar Mh,Kavaklar Cd.1213 nolu sk.Bilgiçler apt.A Blok Kat:1 No:1/SAKARYA

 TEL: 0264-777 28 82

 

Fermental


Fermental

 Fermental

normal bağırsaq mikroflorasının bərpası üçün kapsullar

 

 

Tərkibi:

Aktiv komponentlər:

1 kapsulun tərkibində 20 milyard mədə turşuluğuna davamlı ştamlar - Bifidobaсterium bifidum, Laсtobaсillus aсidophilus, Streptocoссus thermophilus, Laсtobaсillus bulgariсus, Laсtobaсillus rhamnosus, 1,4 mq  B1vitamini, 1,6 mq   B2 vitamini, 2  mq  B6 vitamini, 1 mkq   B12 vitamini, 20 mq Aloe 200:1 var.

Köməkçi maddələr: qida jelatini, mikrokristallik idrossipropilmetilsellüloza, bitki mənşəli maqnezium stearat və dinatrium silikat, rəngləyici maddə - titan dinatrium

Farmakoloji xüsusiyyətləri:

Fermental - tərkibinə mədə turşuluğuna davamlı süd turşusu bakteriyaları, B qrup vitaminləri və aloe daxil olan kombinə olunmuş preparatdır.

Fermentalın tərkibində olan qastro-rezistent süd turşusu bakteriyaları mədənin turş mühitində parçalanmadan tez bir zamanda bağırsaqlara çataraq, bağırsaq mikroflorasının pozulmuş tarazlığını bərpa edir.

Bifidobacterium bifidum, Lactobaccllus acidophilus, Lactobaccllus bulgaricus bağırsaq mikroflorasının normal nümayəndələridir. Bu bakteriyalar bağırsaq mikroflorasının fizioloji tarazlığını qoruyub saxlayır və tənzimləyir və onun fizioloji funksiyalarını təmin edir – şərti-patogen və patogen mikroorqanizmlərin inkişafının qarşısını alır, bağırsaq peristaltikasını stabilləşdirir, həzmi yaxşılaşdırır, qazyaranmanı azaldır, vitaminlərin sintezində iştirak edir.Lactobaccllus rhamnosus interferon və immunoqlobulinlərin sintezini stimulə edərək orqanizmin infeksion xəstəliklərə qarşı davamlılığını artırır. Lactobaccllus rhamnosus, həmçinin, bağırsaqlarda bədxassəli şişlərin inkişaf etmə ehtimalını azaldır. B qrup vitaminləri bağırsağın fizioloji tarazlığı pozulan zaman yaranan vitamin defisitini aradan qaldırır. Həmçinin, B qrup vitaminləri bağırsaqların bakterial florasının düzgün inkişafını təmin edir. Aloe dispepsik halları aradan qaldıraraq həzmi tənzimləyir, MBT-nın selikli qişasının regenerasiyasını gücləndirir, bağırsaq mikroflorasının inkişafına nəzarət edir, patogen mikroorqanizmlərin və maya göbələklərinin inkişafını ləngidir. Fermentalın tərkibinə daxil olan aloe antrahinon molekulundan - laksativ aloindən təmizləndiyi üçün işlədici effekt vermir.

İstifadəsinə göstərişlər:

Fermental aşağıdaki vəziyyətlərdə istifadə edilir:

·         disbakterioz və onun hər hansı bir təzahürü;

·         antibiotik və kimyəvi preparatlarla müalicədən sonra yaranan disbakterioz;

·         həzm pozğunluqları (dispepsiyalar): qəbizlik, meteorizm, ürəkbulanma, qusma, gəyirmə, qarın nahiyəsində ağrılar;

·         malabsorbsiya sindromu;

·         kəskin bağırsaq infeksiyaları (dizenteriya, salmonellyoz, stafilokokk mənşəli enterokolit, rotavirus infeksiyaları və s.);

·         immunodefisit vəziyyətlər;

·         işlədici preparatların uzunmüddətli istifadəsi.

Əks göstərişlər:

Preparatın komponentlərinə qarşı yüksəlmiş həssaslıq.

Xəbərdarlıq:

Preparat etiketdə göstərilən yararlılıq müddəti keçərsə istifadə olunmamalıdır.

Əlavə təsirləri:

Aşkar olunmayıb.

İstifadə qaydası və dozası:

Böyüklərə və 2 yaşından böyük uşaqlara 1 kapsul gündə 1 dəfə təyin olunur.

2 yaşına qədər uşaqlara 1/2 kapsul gündə 1 dəfə təyin olunur.

Kapsullar açılaraq içindəki toz maye ilə qarışdırıla bilər (su, çay, şirə).

Buraxılış forması:

Fermental kapsullar №15 blister qablaşdırmada.

Saxlanma şərtləri:

Qutuda olmaq şərti ilə 250C-dən aşağı temperaturda, quru şəraitdə saxlanılmalıdır.

İstehsalçı: ESİ s.p.a., Italiya

Eksklüziv distribütor«REPHARMA» şirkəti.

 

Propol-R Sprey


Propol-R Sprey

 PROPOL-R sprey

sprey 20 ml

 

Tərkibi:

Təsiredici maddələr:

Hər dozada (0,5 ml-də)

20 ml məhlulun tərkibində

0,7 %-li Propolisin sulu ekstraktı

0,0035 ml

0,14 ml

0,5% -li Kol fıstığı (Hamamellis virginiana, Witch Hazel) yarpaqlarının sulu-spirtli ekstraktı

0,0025 ml

0,1 ml

 

 

 

 

Köməkçi maddələr: duzlu məhlul: təmizlənmiş su, natrium fosfat təkəsaslı, natrium fosfat ikiəsaslı, natrium xlorid; oksidləşdiricilər: sitrat turşusu; qoruyucular: kalium sorbat və natrium benzoat.

Farmakoloji xüsusiyyətləri:

Propolisin sulu ekstraktı:

Propolisin tərkibində çox sayda maddələr var: bitki mənşəli qətran, vitaminlər, aminturşular, mineral duzlar, bioflavonoidlər; ən əhəmiyyətlisi isə qalanqin - antibakterial təsirli biolflavonoid var. Propolisin antibakterial təsiri müxtəlif mexanizmlərlə baş verir: bakteriya hüceyrəsinin bölunməsini inhibə edir; bakteriyanın sitoplazması və hüceyrə membranını parçalayır – bakteriolizə səbəb olur; protein sintezini inhibə edir. Bundan başqa propolisin immunostimulyator, iltihabəleyhinə, anestetik, regenerasiyanı sürətləndirən, göbələk əleyhinə təsirləri var. Bu təsirlər yuxarı tənəffüs yollarının selikli qişası üzərində çox aydın müşahidə olunur.

Kol fıstığının sulu - spirtli ekstraktı: Damarbüzücü (vazokonstriktor) təsir göstərərək zökəm hallarında burnun selikli qişası kapillyarlarında durğunluq nəticəsində  inkişaf edən ödemi aradan qaldırır. Bitkinin vazokonstriktiv effekti onun tərkibində olan bioflavonoid və taninlərin intensiv təsirindən irəli gəlir. Onlar kapillyarların keçiriciliyini azaldır və venaların divarlarının müqavimətini artırırlar.

İstifadəsinə göstərişlər:

Yuxarı tənəffüs yollarının xəstəlikləri: zökəm, bronxial traktın kataral zədələnməsi və sinusitlər. Propolisin təsiri burnun və ağız boşluğunun selikli qişasının dezinfeksiyasını təmin edir. Kol fıstığı dekongestant (ödem əleyhinə) təsir göstərir və yuxarı tənəffüs yollarını təmizləyərək tənəffüsü asanlaşdırır.

İstifadə qaydası və dozası:

Tövsiyyə olunan doza: gündə 3-4 dəfə ağız boşluğuna və ya burun boşluğunun hər iki yoluna istifadə olunur. Dozaların sayı fərdi olaraq seçilir (yaşdan asılı olaraq 1-3 püskürmə). Preparatın daha təsirli olması üçün istifadədən sonra 10 dəq. ərzində burunla nəfəs almamağa çalışın!

Buraxılış forması:

20 ml məhlul flakonda, taxma başlıqla

İstehsalçı:

İtaliya, ESİ s.p.a.

Eksklüziv distribütor«REFARMA» şirkəti.

 

Noton


Noton

NOTON

 DROTAVERİN HİDROXLORİD

 

Rektal şam. Drotaverin – miotrop təsirli sintetik spazmolitik, IV-cü tipli fosfodiesteraza inhibitorudur. Spazmolitik, miotrop, damargenişləndirici, hipotenziv təsir göstərir.
TƏRKİB:
DROTAVERİN HİDROXLORİD 40 mq
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Drotaverin – miotrop təsirli sintetik spazmolitik, IV-cü tipli fosfodiesteraza inhibitorudur.
Spazmolitik, miotrop, damargenişləndirici, hipotenziv təsir göstərir.
Kimyəvi quruluşuna və farmakoloji xüsusiyyətlərinə görə Spazmolizin papaverinə yaxındır, yalnız təsir müddətinə və spazmolitik təsirinin gücünə görə ondan daha üstündür.
Drotaverin daxili orqanların saye əzələlərinin tonusunu və bağırsağıın peristaltikasını azaldır.
Həm sinir, həm də əzələ mənşəli spazmlarda effektivdir. Vegetativ ötürücülüyün tipindən asılı olmadan həzm traktının, öd və, həmçinin, sidik cinsiyyət yolların saye əzələsinə təsir göstərir.
Noton vazodilator təsir göstərir, arterial təzyiqi azaldır. Damar genişləndirici təsirinə görə toxumaların qan təcizatını yaxşılaşdırır.
Noton  praktiki olaraq vegetativ sinir sisteminə təsir göstərmir və mərkəzi sinir sisteminə daxil olmur.

GÖSTƏRİŞLƏRİ:
Noton daxili üzvlərin və damarların spazmında (funksional pozğunluqların və ağrı sindromun proflaktika və müalicəsi) istifadə olunur:
hamiləlik zamanı uşaqlığın əzələ spazmının qarşısını almaq (“uşaqlığın hipertonusu”), uşaqlıq yığılmalarını azaltmaq və uşaqlıq boynun spazmını aradan qaldırmaq məqsədi ilə: düşük və vaxtından əvvəl doğuş təhlükəsi, doğuşdan sonra tutmalar;
öd yolların spazmı: qaraciyər tutmaları, xolesistopatiyalar, öd yolların və öd kisənin hiperkinetik tipli diskineziyası, xolesistit, xolangit, papillit, postxolesistektomik sindromu;
sidik ifrazat sistemin spazmı: böyrək kolikası, sidikdaşları xəstəliyi, sistit, piyelit;
mədə-bağırsaq traktının spazmı: mədə vəv 12-barmaq bağırsağın xora xəstəliyi, qastrit, qastroduodenit (kompleks müalicədə), bağırsaq kolikası, spastik kolit, proktit;
· koronar, periferik və mərkəzi arteriyaların spazmı: obliterasiyaedən endoarterit, gərginliktiplibaş ağrıları;
dismenoreya zamanı ağrılar (algodismenoreya).

QƏBUL QAYDASI:
Düz bağısağa, 1 şamdan gündə 1-2 dəfə.

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda rast gəlir.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Preparata qarşı fərdi həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA ZAMANI İSTİFADƏSİ:
Terapevtik dozalarda qəbulu zamanı hamilə orqanizminə və dölə əks təsir göstərmir.

 

 

Sinaf - Damcı


Sinaf - Damcı

Sinaf  30 ml

burun və qulaq damcısı

 

Tərkibi:

Hər 5 ml- də  dəniz duzu - 0,6 qr, bor turşusu - 0,15 qr, distillə olunmuş su

Sinaf - burun keçidinin və boşluğunun təmizlənməsi, nəmləndirilməsi, infeksion - iltihabi xəstəliklərin (qrip və KRX-lər) profilaktikası və müalicəsi, gözlərin ətrafındakı artıqların, eşitmə kanalındakı qalıqların, qulaq kirinin çıxarılması üçün  steril dəniz suyu məhluludur.

Sinaf-ın tərkibi fizioloji pH- a (7,4) uyğundur .

Aşağıdakı hallarda istifadə olunur:

· Soyuqdəymə və KRX-lər

· Körpələrdə və böyüklərdə burun tutulması və tıxanıqlığı

· Burnun selikli qişasının quruması və qabıqlanması

· Yuxu və əmmə zamanı körpələrin rahat nəfəs almasını təmin etmək üçün

· Rinit (mənşəyindən asılı olmayaraq)

· Xarici otit

· Qulaq kirinin yumşaldılması və təmizlənməsi

 

İstifadə qaydası:

Yuxarı tənəffüs yollarının xəstəlikləri və profilaktikası üçün

1. Flakon açılır.

2. Körpəni/uşağı yan tərəfi üstə uzadıb, flakonun ucunu üstdə qalan burun dəliyinin bir qədər içinə yeridin və 2-3 damcı sıxın. Körpəni/uşağı digər tərəfi üstə uzadaraq eyni prosesi təkrarlayın.

3. Məhlulu özü müstəqil olaraq istifadə edə bilən uşaqlar və böyüklər, başlarını yana əyərək flakonun ucunu yuxarıda qalan burun dəliyinin bir qədər içinə yeridərək 4-5 damcı sıxmalıdırlar. Proses digər burun dəliyi üçün də təkrarlanmalıdır.

4. 10 dəqiqə ərzində burun silinməməlidir.

 

Xarici qulaq keçəcəyinin xəstəlikləri zamanı

1. Flakonu bir neçə dəqiqə ovcunuzda saxlayaraq isidin.

2. Flakon açılır.

3. Başınızı önə əyərək flakonun ucunu  qulaq yolunun bir qədər içinə yerləşdirin və körpələr üçün 3 damcı, uşaqlar və böyüklər üçün daha çox miqdarda, məhlulun keçəcəyi həddə qədər sıxın.

4. Məhlulun artığını 30 saniyədən tez silməyin. Digər qulaq üçün də prosesi təkrarlayın.

5. Qulaqda ağrı, iltihab, temperatur olduğu təqdirdə istifadədən öncə həkimlə məsləhətləşin.

 

Gözlərin ətrafındakı artıqların çıxarılması üçün

1. Flakon açılır.

2. Bir parça steril tənzifi bir qədər məhlulla isladın və hər bir göz qapağını (silmək üçün ayrı tənziflərdən istifadə edin) xaricdən ehtiyatla silin.

3. Məhlulu birbaşa gözə sıxmayın!
 

 

Dozalanma:

Yenidoğulmuşlara və uşaqlara hər istifadədə 2-3 damcı, böyüklərə isə hər istifadədə 4-5 damcı uyğundur. Gün ərzində bir neçə dəfə təyin oluna bilər.

Xəbərdarlıq:

· İstifadədən öncə flakon zədələnibsə və ya tam olaraq bağlanılmayıbsa  istifadə etməyin.

· Üzərində göstərilən son istifadə tarixinə qədər yararlıdır.

· Açıldıqdan sonra flakon 1 ay ərzində istifadə oluna bilər.

· İnyeksiya üçün nəzərdə tutulmayıb.

· Xüsusi saxlanma qaydası yoxdur.

· Uşaqların əli catmayan yerdə və öz qutusunda saxlanmalıdır.

Əlavə təsirləri:                               

Yoxdur. Hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür.

Buraxılış forması:

Sinaf damcı, 1 ədəd steril 30 ml-lik flakon qutuda.

İstehsalçı:

HelbaFarma, Türkiyə

Sudoref


Sudoref

SUDOREF

Tərkibi:     Aktiv maddələr:

Sink oksid        9.5q

Lanolin             2.4q

Pantenol          1.8q

Peru Balzamı   1.2q

Şi agacı yagı     1.2q

Bisabolol          1.2q

Tokoferol         0.3q

Allantoin          0.3q

Köməkçi maddələr:  Vazelin  22.5 q,Maye parafin 11.79 q, Ari mumu 4.2q ,Propilenqlikol 3q, Lavanda yagı 0.6q, Benzil spirti 0.3q, İonol 0.06q

Farmakoloji  təsiri:

SudoRef-xaricə istifadə üçün vasitədir.SudoRefin əsas komponenti olan Sink oksid iltihab əleyhinə, antiseptik, quruducu, adsorbsiyaedici və büzüşdürücü təsir göstərir.Dəri zədələnmələri zamanı ödemi və iltihabı aradan qaldırır.Sink oksid suqovucu krem əsası ilə birgə dəridə qoruyucu baryer əmələ gətirir,körpə uşaqlarda ifrazatın dəriyə qıcıqlandırıcı təsirinin qarşısını alır.Lanolin dəriyə sakitləşdirici və yumşaldıcı  təsir göstərir.

İstifadəsinə göstəriş:

Bələk dermatitinin yerli müalicəsi, bişməcələr, yüngül termik yaniqlar, günəş yaniqları ,I dərəcəli donmalar, sızanaqlar, yataq yaraları, ekzema ,dəridə siyrilma və yaralanmalar.

Dozalanması və istifadə qaydası:

Yalnız xaricə istifadə olunur.Gün ərzindəistənilən zaman istifadə oluna bilər.Krem lazim olan nahiyıyə nazik təbəqə şəklində çəkilir və ya dairəvi hərəkətlə tam mənimsənilənə qədər masaj edilir.Bu halda tətbiq olunan nahiyə üzərində nazik şəffaf təbəqə müşahidə olunur.Artıq krem hissəcikləri dəri üzərindən kənar edilməlidir.

Müalicənin müddəti xəstəliyin agırlıq dərəcəsi və gedişindən asılıdır.Əgər vəziyyət preparatin tətbiqindən sonra yaxşılaşmirsa və ya agırlaşırsa, bu halda həkimə müraciət etmək lazımdır.

Əlavə təsirləri:

SudoRefin əlavə təsirləri müəyyən olunmamışdır.Məhsul adətən yaxşı keçirilir,çox nadir halllarda allergik reaksiyalara (qaşınma qızartı səpgilər) səbəb ola bilər.

Əks göstərişlər:

Preparatın tərkibindəki komponentlərdən  hər hansı birinə qarşı yüksək həssaslıq, kəskin irinli-iltihabi dəri xəstəlikləri.

Xüsusi göstəriş:

Yalnız xaricə istifadə olunur.Göz və selikli qişalarla təmasina yol verilməməlidir.Təsadüfən gözə və ya selikli qişalara təmas etdikdə bol su ilə yuyulmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik və laktasiya Dövründə istifadəsinə hər hansı əks göstəriş müəyyən olunmamısdır.Həkimlə məsləhətləşdikdən sonra istifadə edilməsi tövsiyyə olunur.

Doza həddinin aşılması:

Məhsul xaricə istifadə olundugundan doza artıqlıgı ehtimalı azdır.Doza artıqlıgının profilaktikası məqsədilə tətbiq olundugu nahiyədən preparatın artıq mıqdarını təmizləmək lazımdır.

Təsadüfən yüksək dozada daxilə qəbul olunduqda qusma,ishal,mərkəzi sinir sistemi oyanıqlıgı, qıcolma meydana çıxa bilər.Müalicəsi simptomatikdir.

Buraxılış forması:

Tubda 30q və 60q krem.1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma qaydası:

25*C-ə qədər temperaturda,uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.Reseptsiz buraxılır.

İstehsalçı:

Argis Pharmaceuticals İnc.Co

Bati sitesi Mah.Gersan Sanayi Sitesi 2307.

Sokak No 80-82-84 Ergazi 06370

Yenimahalle-Ankara-Türkiyə

 

 

Marketing səlahiyyətinin sahibi

Helba Pharmaceuticals İnc.Co

Yenibosna Mah.29 Ekim Cad.No 3/25-26

Bahçelievler-İstanbul-Türkiyə  

 

 

 

 

 

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası