Marinorm Sirop


Marinorm Sirop

MARİNORM

Tərkibi:

  • Eykozapentaen turşusu (EPT)- 18%,
  • Dokozaheksaen turşusu (DHT )- 12%,
  • Cəmi omeqa -3 yağ turşularının miqdarı- 30%-dir.
  • Vitamin Е- 1mq.



Yardimçı maddələr:
kapsulda-nipazol, nipazin.
siropda-beta-karotin, ionsuzlaşmış su, qliserol,
sorbitol, polisorbat 80, ksantan qam, portağal ətirləndirici, potasyum sorbat, sukraloza
Farmakoloji xüsusiyyətləri:

Konsentrə olunmuş qızılbalıq yağı “MARİNORM”un tərkibi (Omeqa-3) eykozapentaen turşusu (EPT) və dokozaheksaen turşusu (DHT) ilə zəngindir. Omeqa -3 insan orqanizminin doymamış yağ turşularına olan sutkalıq tələbatını ödəyir. Tədqiqatlar göstərir ki, qida rasionuna balıq yağının əlavə olunması ürək – damar sisteminin funksional vəziyyətinə müsbət təsir göstərir. Belə ki, artmış xolesterin və triqliserid səviyyəsinin endirərək,ateroskleroz və infarktın yaranma riskini azaldır. Qan dövranını tənzimləyir. Eyni zamanda Omeqa-3 beynin normal fəaliyyəti üçün çox vacibdir, belə ki, o, sinir impulslarının bir hüceyrədən digərinə ötürülməsini təmin edərək enerjinin qısa müddət ərzində yaranmasini dəstəkləyir. DHT uşaq beyninin, sinir sistemi və görmə qabiliyyətinin inkişafında, koqnitiv funksiyaların formalaşmasında böyük rol oynayır. Hamiləlik zamanı ana və gələcək körpənin sağlamlığına müsbət təsir göstərir, xüsusilə baş beynin və gözün torlu qişasının formalaşmasında əvəzsiz komponentdir. Dermatotrop təsirə malik olaraq dəri problemlərinin və saç tökülməsinin qarşısını alır. Vitamin E (alfa-tokoferol) – güclü antioksidantdır, orqanizm hüceyrə membranını və essensial yağ turşularını sərbəst radikallarla zədələnmədən qoruyur.


İstifadəsinə göstərişlər:

  • Uşaqlarda nitq inkişafının ləngiməsi
  • Diqqət defisiti fonunda hiperaktivlik sindromu
  • Beyin qan dövranının pozulması
  • Görmə itiliyinin zəifləməsi, görmə sahəsinin daralması
  • Diqqət zəifliyi sindromu
  • Ürək qan-damar sistemi xəstəlikləri
  • Hamiləlik
  • İltihabi xəstəliklər
  • Dəri xəstəlikləri
  • Saç tökülmələri
  • İmmunitet zəifliyi
  • Saç tökülmələri
  • Allergik xəstəliklər
  • Adaptasiya qabiliyyətinin azalması
  • Əqli və fiziki yorğunluq
  • Uşaqlard hiperaktivlik
  • Altsheymer xəstəliyi



Əks göstərişlər:
Omeqa-3 yağ turşularına fərdi dözumsüzlük, hemorragik sindrom.
Xüsusi göstərişlər/ Xəbərdarlıq:
Şəkərli diabetli xəstələr istifadə edə bilərlər.
Мədəaltı vəzı və öd kisəsi xəstəlikləri ilə əlaqədar yağların sorulmasında pozğunluq olduqda xəstələrin vəziyyətini diqqətlə öyrənmək lazımdır. Bu halda “MARİNORM” təyin olunmur
- Qəbulundan əvvəl preparatın “ İstifadəsi üçün təlimatla ” tanış olun!
- Eyni zamanda digər preparatlar qəbul olunarsa həkiminiz və ya əczaçinizla məsləhətləşin!
Yan təsirlər:
Adətən yaxşı keçirilir. Nadir hallarda dəridə qızartı və ya qaşınma ola bilər.
Gözlənilməyən əlavə təsirlər müşahidə olunarsa müalicə həkiminiz və ya əczaçınıza bildirin!

Dərmanlarla qarşılıqlı təsiri:
Antikoaqulyantlarla müalicə alan xəstələrə “MARİNORM” təyin olunarkən qanaxma müddətinin bir qədər uzana bilmə ehtimalını nəzərə alaraq xəstələri müşahidə altında saxlamaq, ehtiyac olarsa – antikoaqulyant preparatın dozasını korreksiya etmək lazımdır.
Dozası və qəbul qaydası:
Uşaqlar- qida qəbulu zamanı və ya sonra 5-10 ml. sutkada 1-2 dəfə
Böyüklər- qida qəbulu zamanı 1-2 kapsul, sutkada 1 dəfə daxilə qəbul olunur.
Saxlanma şəraiti:
250C-dən aşağı temperaturda, uşaqlar üçün əlçatmaq quru yerdə, öz qutusunda saxlamaq lazımdır.
Buraxılış forması:
MARİNORM sirop 150 ml-lik şüşə flakonda.
Reseptsiz satılır.
Yalnız əczaxanalarda satılır

Istehsalçı :
Aktif Farma Kimya Tic. Ltd. Şti. Şerifali M. Beyit S. No: 26 Ümraniye / İstanbul İşletme Kayıt No: T.C. G.T.H.B TR-34-K-062203
Distribütör:
Solifarma İlaç Ltd.Şti Tığcılar Mh,Kavaklar Cd.1213 nolu sk.Bilgiçler apt.A Blok Kat:1 No:1/SAKARYA TEL: 0264-777 28 82

HepaDiet


HepaDiet

Hepadiet

Tərkibi

1 həbin tərkibində

200 mq ənginar( artişok) yarpağının tozu

80 mq 2%-li silimarinə titrlənmiş qanqal

30 mq 1%-li inulinə titrlənmiş zəncirotu

100 mq xolin bitartrat

40 mq inozitol

40 mq metionin D/L

1 mq B6 vitamini (piridoksin)

Farmokoloji xüsusiyyətləri

Hepadaytın tərkibinə daxil olan bitki ekstraktları və digər maddələr qaraciyər və böyrək funksiyalarının pozulmasında, hiperxolesterinemiyada və öd çatışmamazlığında istifadə olunur.

Ənginar  yarpağının tozu diuretik, xoleretik, protektiv və işlədici effektə malikdir. Öd ifrazını artırır, xolesterinin, qalıq azotun, sidik cövhərinin miqdarını azaldır, xolesterinli öd daşlarının əmələ gəlməsinin qarşısını alır.

Qanqal qaraciyərin detoksikasion funksiyasını yaxşılaşdırır, hepatositlərin dağılmasının qarşısını alır, qaraciyər toxumasının regenerasiyasına kömək edir( hepatoprotektiv təsir), iltihab əleyhinə və antioksidant təsirə malikdir, öd ifrazını artırır (xoleretik təsir), yağların həzm olunmasını və dəri örtüyünün vəziyyətini yaxşılaşdırır. Qanqalın tərkibində olan təbii maddə- silimarin qlikozidlər qarışığı ( silibinin, silidianin, silixristin ) olub, antioksidant müdafiəni gücləndirərək qaraciyərin detoksikasion funksiyasına kömək edir. Silimarin həmçinin hepatositlərin membranlarını möhkəmləndirir, yeni hüceyrələrin yaranmasını və zülal sintezini stimulə edir. Nəticədə öd ifrazı güclənir. Ödün lazımı miqdarda olması yağların tam həzm olunmasına və yağda həll olan vitaminlərin mənimsənilməsini təmin edir.

Zəncirotu öd kisəsinin funksiyasını yaxşılaşdırır. Zəncirotunun quru ekstraktı öd daşlarının əmələ gəlməsinin qarşısını alır. Güclü diuretik və ödqovucu təsirə malikdir, həzm vəzilərinin fəaliyyətini stimulə edir.

İnozitol, xolin bitartrat və metionin lipotrop amil olub, qaraciyərdə yağların böyük miqdarda

Toplanmasının qarşısını almaq və ya azaltmaqla qanda xolesterinin miqdarını azaldırlar. B6  vitamini karbohidratların, zülalların və lipidlərin metabolizmində iştirak edir.

Göstərişlər

·      Qaraciyər funksiyasının pozulması ilə müşayiət olunan xəstəliklər

-          Qaraciyər sirrozunda kompleks müalicənin tərkibində

-          Xroniki hepatitlər

-          Piy hepatozu

-          Qaraciyər ensefalopatiyası

-          Qaraciyərin toksiki zədələnmələri

·      Sarılıq

·      Hiperxolesterinemiya

·      Ateroskleroz

·      Öd çatışmazlığı ilə müşayiət olunan MBT xəstəlikləri

·      Xroniki intoksikasiyalar (o cümlədən hepatotoksik maddələr- nitrat birləşmələri, ağır metal duzları)

·      Piylənmə

·      Şəkərli diabet ( kompleks müalicənin tərkibində )

·      Xroniki nefrit

·      Böyrək funksiyasının ağır pozğunluğu

·      Ürək çatışmazlığı və qaraciyər sirrozu zamanı yaranan oliquriyada

·      Ekzema, psoriaz, həzm və hepatobiliar sistemin fəaliyyətinin pozulması ilə əlaqədar olan dəri xəstəlikləri

·      Podaqra

·      Qaraciyər və böyrəklərdə aparılan cərrahi əməliyyatdan sonra

Əks göstərişlər

Preparatın hər hansı  komponentinə qarşı yüksək həssaslıq.

Əlavə təsirlər

Aşkar edilməmişdir

Dozalanma rejimi

Böyüklərdə 1 həb gündə 2-3 dəfə

Buraxılış forması

Hepadayt oval həb № 45

İstehsalçı ölkə

İtaliya, E.S.İ.

 

Trimetabol


Trimetabol

TRİMETABOL


Tərkibi
Təsiredici maddə:
Hər 5 ml hazır məhlulun tərkibində

  • 1,75 mq METOPİN
  • 250 mq L- lizin-hidroxlorid
  • 375 mq D, L- karnitin-hidroxlorid
  • 30 mq B1 vitamini ( tiamin-hidroxlorid)
  • 30 mq B6 vitamini ( piridoksin-hidroxlorid)
  • 1000 mkq B12 vitamini (siankobalamin) vardır.

 

Köməkçi maddələr: natrium saxarin, metilparahidroksibenzoat,təmizlənmiş su.

Farmakoterapevtik qrupu

İştahı və harmonik inkişafı stimulə etmək üçün dərman vasitəsi.

Farmakoloji xüsusiyyətləri

 

Trimetabol – kombinəolunmuş preparat olub, iştahın və orqanizmin harmonik inkişafının stimulyasiyası məqsədilə istifadə olunur. Trimetabol iştahsızlığın bütün səbəblərini aradan qaldırır: iştahı, qida həzmini, sorulma və mənimsənilmə proseslərini yaxşılaşdırır.

METOPİN Trimetabolun əsas komponentidir. Hipotalamus səviyyəsində iştahı stimulə edir. Amma, uşaqlarda iştahsızlıq həzm prosesinin tez-tez pozulması ilə əlaqədar olur.

Trimetabolun tərkibinə daxil olan karnitin mədə-bağırsaq və mədəaltı vəzi şirələrinin sekresiyasını stimulə edərək qida həzmini, vitaminlərin və digər qida maddələrinin sorul-masını təmin edir.

Trimetabolun tərkibinə B qrup vitaminləri (B1, B6, B12) daxildir. Bunlar zülalların, karbohidratların və yağların mübadiləsində koferment kimi iştirak edərək sorulmuş qidanın tam mənimsənilməsini təmin edir.

 

Trimetabolun tərkibinə daxil olan L- lizin zülal biosintezinin əsasını təşkil edir və qeyri- hormonal anabolik rolunu oynayır.

Trimetabol balanslaşdırılmış tərkibi sayəsində orqanizmin harmonik inkişafını təmin edir.

 

İstifadəsinə göstərişlər

- İştah və boy artımını stimulə etmək məqsədilə;
- qeyri - hormonal anabolik qismində təyin olunur.

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası

İstifadəsindən əvvəl paketin möhtəviyyatı flakona əlavə edilir və qarışdırılır. Paketdə quru toz şəklində vitaminlər vardır. Paketdəki tozu içində maye olan flakona töküb və flakonun qapağını bağlayıb çalxalamaq lazımdır. Hazırlanmış məhlulu 1 ay ərzində otaq temperaturunda saxlamaq olar.

Trimetabol daha qabarıq effekt vermək üçün yeməkdən 0,5-1 saat əvvəl qəbul olunur.

Arzu olunarsa, qəbul olunan dozanı hər hansı maye ilə qarışdırmaq olar.

3 yaşadək uşaqlara - 2,5 ml gündə 3 dəfə,
3- 6 yaşadək uşaqlara – 5 ml gündə 3 dəfə,
6 yaşdan yuxarı uşaqlara və böyüklərə 5-10 ml gündə 3 dəfə təyin olunur.

Ehtiyac olarsa, qəbul olunan dozanı artırmaq olar.

 

Əlavə təsirləri

 

Nadir hallarda yuxululuq müşahidə oluna bilər. Bu təsiri dozanı azaltmaqla aradan qaldırmaq olar, amma, adətən, bu təsir 3-4 gün ərzində keçib gedir.

Buraxılış forması

İçərisində 150 ml məhlul (paketin möhtəviyyatını həll etmək üçün) olan flakon, İçərisində vitaminlərin qarışığı olan 3q-lıq paket və içlik vərəqə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

250J-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Hazırlanmış məhlul 1 ay ərzində istifadəyə yararlıdır.
Hazırlanmış məhlulun soyuducuda saxlanılmasına ehtiyac yoxdur.

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

İstehsalçı

J. URIACH & Cia S.A.
Av. Cami Reial 51-57
08184 Palau-solità i Plegamans
(Barcelona - Spain)


Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasında təsdiq edilmişdir
Eksklüziv distribütor: «REPHARMA» şirkəti.

Fermental


Fermental

 Fermental

normal bağırsaq mikroflorasının bərpası üçün kapsullar

 

 

Tərkibi:

Aktiv komponentlər:

1 kapsulun tərkibində 20 milyard mədə turşuluğuna davamlı ştamlar - Bifidobaсterium bifidum, Laсtobaсillus aсidophilus, Streptocoссus thermophilus, Laсtobaсillus bulgariсus, Laсtobaсillus rhamnosus, 1,4 mq  B1vitamini, 1,6 mq   B2 vitamini, 2  mq  B6 vitamini, 1 mkq   B12 vitamini, 20 mq Aloe 200:1 var.

Köməkçi maddələr: qida jelatini, mikrokristallik idrossipropilmetilsellüloza, bitki mənşəli maqnezium stearat və dinatrium silikat, rəngləyici maddə - titan dinatrium

Farmakoloji xüsusiyyətləri:

Fermental - tərkibinə mədə turşuluğuna davamlı süd turşusu bakteriyaları, B qrup vitaminləri və aloe daxil olan kombinə olunmuş preparatdır.

Fermentalın tərkibində olan qastro-rezistent süd turşusu bakteriyaları mədənin turş mühitində parçalanmadan tez bir zamanda bağırsaqlara çataraq, bağırsaq mikroflorasının pozulmuş tarazlığını bərpa edir.

Bifidobacterium bifidum, Lactobaccllus acidophilus, Lactobaccllus bulgaricus bağırsaq mikroflorasının normal nümayəndələridir. Bu bakteriyalar bağırsaq mikroflorasının fizioloji tarazlığını qoruyub saxlayır və tənzimləyir və onun fizioloji funksiyalarını təmin edir – şərti-patogen və patogen mikroorqanizmlərin inkişafının qarşısını alır, bağırsaq peristaltikasını stabilləşdirir, həzmi yaxşılaşdırır, qazyaranmanı azaldır, vitaminlərin sintezində iştirak edir.Lactobaccllus rhamnosus interferon və immunoqlobulinlərin sintezini stimulə edərək orqanizmin infeksion xəstəliklərə qarşı davamlılığını artırır. Lactobaccllus rhamnosus, həmçinin, bağırsaqlarda bədxassəli şişlərin inkişaf etmə ehtimalını azaldır. B qrup vitaminləri bağırsağın fizioloji tarazlığı pozulan zaman yaranan vitamin defisitini aradan qaldırır. Həmçinin, B qrup vitaminləri bağırsaqların bakterial florasının düzgün inkişafını təmin edir. Aloe dispepsik halları aradan qaldıraraq həzmi tənzimləyir, MBT-nın selikli qişasının regenerasiyasını gücləndirir, bağırsaq mikroflorasının inkişafına nəzarət edir, patogen mikroorqanizmlərin və maya göbələklərinin inkişafını ləngidir. Fermentalın tərkibinə daxil olan aloe antrahinon molekulundan - laksativ aloindən təmizləndiyi üçün işlədici effekt vermir.

İstifadəsinə göstərişlər:

Fermental aşağıdaki vəziyyətlərdə istifadə edilir:

·         disbakterioz və onun hər hansı bir təzahürü;

·         antibiotik və kimyəvi preparatlarla müalicədən sonra yaranan disbakterioz;

·         həzm pozğunluqları (dispepsiyalar): qəbizlik, meteorizm, ürəkbulanma, qusma, gəyirmə, qarın nahiyəsində ağrılar;

·         malabsorbsiya sindromu;

·         kəskin bağırsaq infeksiyaları (dizenteriya, salmonellyoz, stafilokokk mənşəli enterokolit, rotavirus infeksiyaları və s.);

·         immunodefisit vəziyyətlər;

·         işlədici preparatların uzunmüddətli istifadəsi.

Əks göstərişlər:

Preparatın komponentlərinə qarşı yüksəlmiş həssaslıq.

Xəbərdarlıq:

Preparat etiketdə göstərilən yararlılıq müddəti keçərsə istifadə olunmamalıdır.

Əlavə təsirləri:

Aşkar olunmayıb.

İstifadə qaydası və dozası:

Böyüklərə və 2 yaşından böyük uşaqlara 1 kapsul gündə 1 dəfə təyin olunur.

2 yaşına qədər uşaqlara 1/2 kapsul gündə 1 dəfə təyin olunur.

Kapsullar açılaraq içindəki toz maye ilə qarışdırıla bilər (su, çay, şirə).

Buraxılış forması:

Fermental kapsullar №15 blister qablaşdırmada.

Saxlanma şərtləri:

Qutuda olmaq şərti ilə 250C-dən aşağı temperaturda, quru şəraitdə saxlanılmalıdır.

İstehsalçı: ESİ s.p.a., Italiya

Eksklüziv distribütor«REPHARMA» şirkəti.

 

Propol-R Sprey


Propol-R Sprey

 PROPOL-R sprey

sprey 20 ml

 

Tərkibi:

Təsiredici maddələr:

Hər dozada (0,5 ml-də)

20 ml məhlulun tərkibində

0,7 %-li Propolisin sulu ekstraktı

0,0035 ml

0,14 ml

0,5% -li Kol fıstığı (Hamamellis virginiana, Witch Hazel) yarpaqlarının sulu-spirtli ekstraktı

0,0025 ml

0,1 ml

 

 

 

 

Köməkçi maddələr: duzlu məhlul: təmizlənmiş su, natrium fosfat təkəsaslı, natrium fosfat ikiəsaslı, natrium xlorid; oksidləşdiricilər: sitrat turşusu; qoruyucular: kalium sorbat və natrium benzoat.

Farmakoloji xüsusiyyətləri:

Propolisin sulu ekstraktı:

Propolisin tərkibində çox sayda maddələr var: bitki mənşəli qətran, vitaminlər, aminturşular, mineral duzlar, bioflavonoidlər; ən əhəmiyyətlisi isə qalanqin - antibakterial təsirli biolflavonoid var. Propolisin antibakterial təsiri müxtəlif mexanizmlərlə baş verir: bakteriya hüceyrəsinin bölunməsini inhibə edir; bakteriyanın sitoplazması və hüceyrə membranını parçalayır – bakteriolizə səbəb olur; protein sintezini inhibə edir. Bundan başqa propolisin immunostimulyator, iltihabəleyhinə, anestetik, regenerasiyanı sürətləndirən, göbələk əleyhinə təsirləri var. Bu təsirlər yuxarı tənəffüs yollarının selikli qişası üzərində çox aydın müşahidə olunur.

Kol fıstığının sulu - spirtli ekstraktı: Damarbüzücü (vazokonstriktor) təsir göstərərək zökəm hallarında burnun selikli qişası kapillyarlarında durğunluq nəticəsində  inkişaf edən ödemi aradan qaldırır. Bitkinin vazokonstriktiv effekti onun tərkibində olan bioflavonoid və taninlərin intensiv təsirindən irəli gəlir. Onlar kapillyarların keçiriciliyini azaldır və venaların divarlarının müqavimətini artırırlar.

İstifadəsinə göstərişlər:

Yuxarı tənəffüs yollarının xəstəlikləri: zökəm, bronxial traktın kataral zədələnməsi və sinusitlər. Propolisin təsiri burnun və ağız boşluğunun selikli qişasının dezinfeksiyasını təmin edir. Kol fıstığı dekongestant (ödem əleyhinə) təsir göstərir və yuxarı tənəffüs yollarını təmizləyərək tənəffüsü asanlaşdırır.

İstifadə qaydası və dozası:

Tövsiyyə olunan doza: gündə 3-4 dəfə ağız boşluğuna və ya burun boşluğunun hər iki yoluna istifadə olunur. Dozaların sayı fərdi olaraq seçilir (yaşdan asılı olaraq 1-3 püskürmə). Preparatın daha təsirli olması üçün istifadədən sonra 10 dəq. ərzində burunla nəfəs almamağa çalışın!

Buraxılış forması:

20 ml məhlul flakonda, taxma başlıqla

İstehsalçı:

İtaliya, ESİ s.p.a.

Eksklüziv distribütor«REFARMA» şirkəti.

 

Azefren


Azefren

 

AZEFREN

 Beynəlxalq patentləşdirilməmiş adı: İBUPROFEN

 

Tərkibi

Təsiredici maddə:

Hər 5 ml şəkərsiz şərbətin tərkibində 100 mq ibuprofen var.

Köməkçi maddələr:

Ksantan qətranı, sodium karboksimetilsellüloza, qliserol, 70% sorbitol, sodium benzoat, çiyələk ətirləndiricisi, limon turşusu (susuzlaşdırılmış), natrium saxarin, polisorbat 80, ponceau 4R E1-124, mikrokristallik sellüloza RC 591, disodium EDTA, təmizlənmiş su.

 

Farmakoterapevtik qrupu

Qeyri – steroid iltihab əleyhinə preparat

ATC kodu: М01АЕ01

Farmakoloji xüsusiyyətləri

AZEFREN qeyri-steroid iltihab əleyhinə preparat olub, propion turşusunun törəməsidir. İbuprofenin iltihabəleyhinə, ağrıkəsici və hərarətsalıcı təsirləri vardır ki, bunlar da əsasən prostaqlandinlərin (ağrı və iltihab mediatorları) biosintezini tormozlandırması ilə əlaqədardır.

İstifadəsinə göstərişlər

Bədən temperaturunun yüksəlməsi ilə müşayiət olunan bir sıra hallarda hərarətsalıcı preparat qismində:

-          Kəskin respirator xəstəliklər

-          Qrip

-          Uşaq infeksiyaları

-          Peyvənddən sonrakı reaksiyalar

 

Zəif və ya orta ağırlıqlı ağrı sindromunda ağrıkəsici preparat qismində:

-          Baş ağrısı

-          Diş ağrısı

-          Miqren

-          Nevralgiya

-          Qulaqda və boğazda ağrı

-          Dartılmalar və s. ağrılar

 

İltihab əleyhinə müalicə məqsədilə

-          İltihabi və degenerativ artropatiyalar

-          Xronik yuvenil revmatoid artrit

-          Başağrısı, dişağrısı, dismenorreya və s. kimi ağrılar zamanı yardım məqsədilə

-          Kəskin podaqra

Əks göstərişlər

-          Preparatın aktiv və ya hər hansı köməkçi maddəsinə qarşı yüksək həssaslıq

-          Asetilsalisil turşusunun (aspirin) və d. QSİP qəbulu fonunda yaranmış bronxospazm, astma, rinit, övrə, urtikar səpgilər və ya digər allergik təzahürləri olan xəstələr

-          Mədə və 12 b.b-ın xora xəstəliyi

-          Həzm traktından qanaxma  

-          Bağırsaqların iltihabi xəstəlikləri

-          Hipokaliemiya

-          Qan xəstəliyi olan xəstələr: hipokoaqulyasiya, leykopeniya, hemofiliya

-          Qaraciyər və böyrək çatışmazlığı olan xəstələr

-          Eşitmə zəifliyi

-          Eyni zamanda digər QSİP və ya aspirin qəbul edən xəstələr

-          Hamiləliyin sonuncu trimestri

-          3 aydan kiçik və ya 5 kq-dan az çəkili uşaqlar

-          12 yaşdan kiçik uşaqlarda 200 mq dozada qəbulu tövsiyyə olunmur!

Ehtiyat tədbirləri

İbuprofen digər QSİP kimi infeksiya simptomlarını maskalaya bilər.

Aşağıdakı hallarda preparatı təyin edərkən müalicə həkimi ilə məsləhətləşmək lazımdır:   

-          Xəstə digər ağrıkəsicilər qəbul edirsə

-          Anamnezində xora xəstəliyi, qastrit, xoralı kolit, həzm traktından qanaxma olarsa

-          H.pylori olan xəstələr

-          Qaraciyər və ya böyrək xəstəliyi olarsa

-          Dolayı antikoaqulyantlar (qanın laxtalanmasını azaldan preparatlar), arterial təzyiqi aşağı salan preparatlar, qlükokortikosteroidlər, antiaqreqantlar, diuretiklər (sidik ifrazını artıran preparatlar), litium preparatları, metotreksat qəbul edən xəstələr

-          Bronxial astma, övrə olan xəstələr

-          Sistem qırmızı qurdeşənəyi olan xəstələr

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Bəzi dərmanların ibuprofenlə birlikdə tətbiqi əlavə təsirlər yarada və ya onların təsirlərini qüvvətləndirə bilər. İbuprofen qanın plazmasında diqoksin, fenitoin, metotreksat, litiumun konsentrasiyasını artıra bilər. İbuprofenin diuretiklər və antihipertenziv vasitələrlə birgə istifadəsi zamanı isə sonuncuların effektivliyi azalır. Mineralokortikosteroidlərin və qlükokortikosteroidlərin yan təsirlərini qüvvətləndirir.

Nəqliyyat vasitəsini və potensial təhlükəli mexanizmləri idarəetmə qabliyyətinə təsiri

Başgicəllənmə, yorğunluq, yuxu və görmə pozğunluqları kimi əlavə effektlər verə bilər. Bu səbəbdən xəstələr nəqliyyat vasitələrinin və potensial mexanizmlərin idarə edilməsindən çəkinməlidirlər. 

İstifadə qaydası və dozası

Azefren yalnız həkim tövsiyəsi ilə qəbul edilməlidir.

Qida qəbulundan sonra istifadəsi məsləhət görülür.

Uşaq və körpələr (3 aydan yuxarı və 5 kq-dan çox çəkili)

- Ağrıkəsici, hərarətsalıcı məqsədlə: sutkalıq doza 20mq/kq olmaqla gündə 3-4 dəfəyə daxilə qəbul olunur. Maksimal sutkalıq doza 30 mq/kq/sut-dır.

3 gündən çox titrətmə, eləcə də 6 gündən artıq xəstəlik hallarında həkim tövsiyəsi olmadan istifadəsi məsləhət görülmür.

 

- Xronik yuvenil revmatoid artrit:

Sutkalıq doza 30mq/kq olmaqla gündə 3-4 dəfəyə daxilə qəbul olunur. Maksimal sutkalıq doza 2,4 q olmaqla 3-5 dəfəyə daxilə qəbul olunur.

Növbəti dozanın qəbulunun unudulması zamanı nəyi bilmək lazımdır:

Azefrenin mütəmadi olaraq tətbiqi zamanı preparatın bir dəfə qəbulu ötürülübsə, həmin doza mümkün qədər tez qəbul olunmalıdır. Sonrakı planlaşdırılmış dozanın vaxtı qrafikə uyğun təyin edilir.  

Daha sadələşdirilmiş dozalanma:

3-6 aylıq (5 kq-dan ağır çəkili)  uşaqlara – 2,5 ml sutkada 3 dəfə, sutkalıq doza 150 mq-dan çox olmamaqla

6-12 aylıq (6-10 kq çəkili)  uşaqlara - 2,5 ml sutkada 3-4 dəfə, sutkalıq doza 200 mq-dan çox olmamaqla

1-3 yaşlı (10-15 kq çəkili)  uşaqlara – 5,0 ml sutkada 3 dəfə, sutkalıq doza 300 mq-dan çox olmamaqla

4-6 yaşlı (15-20 kq çəkili)  uşaqlara – 7,5 ml sutkada 3 dəfə, sutkalıq doza 450 mq-dan çox olmamaqla

7-9 yaşlı (21-29 kq çəkili)  uşaqlara – 10 ml sutkada 3 dəfə, sutkalıq doza 600 mq-dan çox olmamaqla

10-12 yaşlı (30-40 kq çəkili)  uşaqlara – 15 ml sutkada 3 dəfə, sutkalıq doza 900 mq-dan çox olmamaqla

Xəbərdarlıq: Tövsiyyə olunan dozanı aşmayın!

İmmunizasiyadan sonrakı qızdırma: 1 yaşadək 2,5 ml, 1 yaşdan sonra ehtiyac olarsa 6 saatdan sonra daha 2,5 ml qəbul olunur. Həmin göstəriş zamanı 24 saat ərzində 5 ml-dən artıq doza qəbulu tövsiyyə olunmur!

Müalicəni davametmə müddəti:

Qızdırmasalıcı kimi 3 gündən çox qəbul etməyin!

Ağrıkəsici kimi 5 gündən çox qəbul etməyin! Qızdırma davam edərsə həkimlə məsləhətləşin!

Əlavə təsirləri

Bütün başqa dərman vasitələri kimi ibuprofenin də əlavə təsirləri müşahidə oluna bilər. Əlavə təsir dozanın azaldılması hesabına aradan qaldırılır.

Həzm sistemi tərəfindən: Ürəkbulanma, qusma, epiqastral nahiyədə diskomfort və ya ağrı hissiyyatı, ishal, eroziv – xoralı zədələnmələr, qanaxma ola bilər.

Tənəffüs sistemi tərəfindən: bronxospazm, təngnəfəslik

Hissiyyat orqanları tərəfindən: görmə sinirinin geridönən toksiki nevriti, görmənin dəqiq olmaması, diplopiya, gözlərin quruması və qıcıqlanması, eşitmənin zəifləməsi, qulaqlarda küy

Sinir Sistemi tərəfindən: Başağrı, başgicəllənmə, sinir – hərəki oyanıqlıq, yuxusuzluq ola bilər.

Ürək – qan damar sistemi tərəfindən: Taxikardiya, arterial təzyiqin yüksəlməsi ola bilər.

Qanyaradıcı üzvlər tərəfindən: Anemiya, trombositopeniya, aqranulositoz, leykopeniya ola bilər.

Sidik – ifrazat sistemi tərəfindən: Böyrək funksiyasının pozulması, sistit ola bilər.

Allergik dəyişikliklər: Dəridə səpgilər, qaşınma, övrə, bronxial astmanın kəskinləşməsi, angionevrotik ödem, anafilaktoid reaksiyalar, anafilaktik şok, bronxospazm, qızdırma, poliform  ekssudativ eritema (o.c.Stivens – Conson sindromu), toksik epidermal nekroliz (Layell sindromu) ola bilər.

                                                                                                                                 

ЭЮЗЛЯНИЛМЯЗ  ЕФФЕКТЛЯР МЕЙДАНА ЧЫХАРСА ЩЯКИМЯ МЦРАЪИЯТ ЕДИН!

 

Doza həddinin aşılması

Artıq dozalama halları nadir hallarda rast gəlinir, amma əgər doza həddi aşılmışsa o zaman təcili olaraq həkimə xəbər verilməlidir.

Doza həddinin aşılmasının ən çox rast gəlinən simptomları: qarında ağrılar, ürəkbulanma, qusma, başağrısı, qulaqlarda küy, metabolik asidoz, koma, kəskin böyrək çatışmazlığı, AT-in enməsi, bradikardiya, taxikardiya. Müalicəsi: mədənin yuyulması (dərmanın qəbulundan sonraki 1 saat ərzində), aktivləşdirilmiş kömür, qələvi maye qəbulu, gücləndirilmiş diurez, simptomatik müalicə.

Buraxılış forması

AZEFREN şəkərsiz şərbət 150 ml ölçü stəkanı ilə birlikdə.

Saxlanma şəraiti

Öz qutusunda 25ºC-dək temperaturda saxlanmalıdır.

Yararlıq müddəti

İlkin və son qablaşdırmada yararlılıq müddəti göstərilmişdir. Yararlılıq müddəti bitmiş preparatı qəbul etmək olmaz!

Aptekdən buraxılma şərti

Preparat həkim resepti ilə buraxılır.

İstehsalçı

UNİ-PHARMA KLEON TSETİS PHARMACEUTİCAL LABORATORİES S.A., Yunanıstan 

Lisenziya sahibkarı

IOULIA AND IRENE TSETIS PHARMACEUTICAL LABORATORIES S.A. , digər adı  «INTERMED S.A.», Yunanıstan

NeoGlobin


NeoGlobin

Neoglobin 200 ml şərbət

Antianemik vitamin, mineral və aminturşu kompleksi

 

Neoqlobin - Qırmızı qan hüceyrələri və hemoqlobinin sintezində iştirak edən vitamin, mineral və aminturşularla  zəngin olan preparatdır.

Tərkibi:

5 ml şərbətin tərkibində

miqdarı

5 ml şərbətin tərkibində (davam)

miqdarı

Tiamin (Vitamin B1)

5 mq

Mis

0,3 mq

Riboflavin (Vitamin B2).

1 mq

Manqan

1,5 mq

Niasin (Vitamin B3)

10 mq

Maqnezium

70 mq

Piridoksin (Vitamin B6)

1 mq

Kalium

13,5 mkq

Fol turşusu (Vitamin B9)

150 mkq

Lizin

27 mq

Sianokobalamin (Vitamin B12)

5 mkq

Leysin

35 mq

Askorbin turşusu (Vitamin C)

37 mq

İzoleysin

18 mq

Pantoten turşusu

3 mq

Yod

40 mkq

Kalsium

180 mq

Bal

100 mq

Dəmir

10 mq

Buğda cücərtisi

500 mq

Sink

5 mq

 

 

 

Farmakoloji  xüsusiyyətləri:

Dəmir – hemoqlobin, mioqlobin və bir çox digər fermentlərin tərkib hissəsidir. Dəmir qırmızı qan hüceyrələrinin oksigenlə zənginləşməsini təmin edir.

Fol turşusu -  amin və  nuklein turşularının sintezində iştrak edir. Qanyaradıcı orqanlarda toplanaraq qanyaranma  proseslərini stimulə edir, immun sistemini gücləndirir. Fol turşusu, həmçinin, meqablastın yetişməsində və normoblastın əmələ gəlməsində iştirak edən vacib elementdir

B1 vitamini – karbohidrat və enerji mübadiləsində mühüm rol oynayan fermentlərin dekarboksilləşmə reaksiyalarında iştirak edir, xolinergik sinapslarda sinir keçiriciliyinə təsir göstərir.

B2 vitamini – karbohidrat, zülal və piy mübadiləsində, gözün normal görmə funksiyasında mühüm rol oynayır.

B3 vitamini  hipo- və avitaminozlarda, qeyri-kafi və balanslaşdırılmamış qidalanmada istifadə olunur.

B6 vitamini – mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün zəruridir.

B12 vitamini - yüksək bioloji aktivliyə malikdir, normal qanyaranmanı və eritrositlərin formalaşmasını təmin edir.

C vitamini – dəmirin sorulmasını, maddələr mübadiləsini, toxumaların regenerasiyasını, kapillyarların keçiriliciyini, sümük və qığırdaq toxumasının əmələ gəlməsini tənzimləyir.

Maqnezium –maddələr mübadiləsində yaxından iştirak edərək həyati vacib proseslərin getməsi üçün energetik mənbə hesab olunur. O, əzələ toxumasının tonusunun nizamlanmasında, sinir-əzələ keçiriciliyinin tənzimlənməsində yaxından iştirak edir.

Kalsium - sümük və dişlərin möhkəmliyini təmin edən əsas minerallardan biridir və bir çox metabolik proseslərdə iştirak edir. Sinir-əzələ keçiriciliyində mühüm rol oynayır.

Kalium - əzələ toxumasının tonusunu qaldıraraq bağırsaqlarda gedən mübadilə prosesini tənzimləyir. Kalium, həmçinin, əsas fermentlərdən olan K+-ATF-aza asetilkinaza, piruvatfosfokinaza və s. aktivliyini tənzim edir.

Mis - insan orqanizmində maddələr mübadiləsində iştirak edir. Qanın normal tərkibinin tənzimlənməsində vacib rol oynayaraq anemiyanın qarşısını alır. Mis qanda dəmirin yaxşı mənimsənilməsinə kömək edərək hemoqlobinin yaranmasında mühüm rol oynayır.

Manqan - sinir və immun sistemini möhkəmləndirir. Antioksidant kimi təsir göstərir.

Sink – normal qanyaranma üçün vacib olan komponentdir. Sink limfositlərin yetişməsi, anticisim və interleykin yaranması, “natural killer” (NK) hüceyrələrin aktivliyi və timus üçün vacibdir.

Yod – qalxanabənzər vəzi hormonunun (tiroid hormonu) sintezi üçün vacibdir, lakin, yaranmış olan tiroid hormonunun aktivləşməsi üçün Sink tərkibli fermentlərin iştirakı vacibdir. Tiroid hormonu uşaqlarda bədənin və zehnin inkişafında vacib rol oynayır.

Lizin – zülal biosintezinin əsasını təşkil edir və qeyri-hormonal anabolik rolunu oynayır.

Leysin və izoleysin - aminturşulardır. Aminturşular baş beynin tərkib hissəsinin əsas struktur komponentlərindən biridir, beynin fəaliyyətini və sinir impulslarının ötürülməsini yaxşılaşdırır.

Bal – bir çox bioloji aktiv xüsusiyyətlərinə görə sağlamlıq üçün çox faydalıdır.

Buğda cücərtisi - cücərmiş buğda dənində 500-dən  artıq müxtəlif element, vitamin, ferment və s. aşkar edilir. Bunların hamısı da, istisnasız olaraq, insan orqanizmi üçün ən vacib element, vitamin, ferment və digər birləşmələrdir.

 

İstifadəsinə göstərişlər:

- Uşaqlarda anemiyanın müalicə və profilaktikası

- Kəskin və xronik qanitirmələr

- Dəmirin sorulmasının pozulması ilə gedən mədə-bagirsaq sistemi xəstəlikləri

- Cərrahi əməliyyatdan sonra sağalma dövrü

- Stress və yorğunluq

- Uşaq və böyüklərdə zehni və əqli inkişafın zəifliyi

- Balanslaşdırılmamış  qidalanma (uşaq və böyüklərdə)

- Orqanizmin sürətli inkişaf dövrü

- Xəstəlikdən (xüsusilə infeksion xəstəliklərdən) sonrakı reabilitasiya dövrü

Əks göstərişlər:

Preparatın hər hansı komponentinə qarşı yüksəlmiş həssaslıq  

Digər dərman vasitələri ilə qarşılıqlı təsir

 Bu tərkiblə yanaşı  digər dəmir preparatı istifadə edirsinizsə həkiminizlə məsləhətləşin!

İstifadə qaydası və dozası:  

Uşaqlar:

1 - 2 yaş  - 2.5 ml gündə 2 dəfə

3 - 12 yaş - 5 ml gündə 2-3 dəfə                      

Böyüklər:

5 ml  gündə 2 dəfə

1 yaşa qədər uşaqlara həkim məsləhəti ilə təyin edilə bilər.

 

Dozalanma artıq olarsa:

Günlük doza yaddan çixarılıb qəbul edilməyibsə növbəti dozanı adəti vaxtında qəbul edin! İkiqat dozanın qəbul olunması tövsiyyə olunmur.  

 

Əlavə təsirlər:

Çox nadir hallarda dispepsik və ya allergik əlamətlər müşahidə oluna bilər.

 

Buraxılış forması:

Neoqlobin 200 ml şərbət, flakonda.

 

Saxlanma şəraiti:

Uşaqlar üçün əlçatmaz yerdə 250C –dən aşağı temperaturda saxlanmalıdır.

Preparatın etiketi üzərində yazılmış istifadə müddəti bitərsə qəbulu tövsiyyə olunmur.

Istehsalçı:

LACHIFARMA S.r.l  S.S 16 Zone İndustriale – 73010 Zollino.  İtalya

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

D3fix drops


D<sub>3</sub>fix drops

D3 fix drops

Daxilə qəbul üçün damcılar

Tərkibi:

Bir ml (40 damcı) məhlulda 8000 BV, bir damcıda isə 200 BV D3 vitamini (xolekalsiferol) var.

Köməkçi maddələr: propilenqlikol, makroqolqliserol hidroksistearat, kalium asesulfat, ətirləndirici, triqliseridlər.

 

Təsir xüsusiyyətləri:

D3 vitamini (xolekalsiferol) – aktiv antiraxitik amil olub dəridə günəş şüalarının təsirindən əmələ gəlir. O, sümüklərin və dişlərin normal inkişafı, skeletin düzgün minerallaşması və böyüməsi üçün kalsium və fosfatlar mübadiləsini tənzimləyir. D3 vitamini bağırsaqlarda kalsium və fosfatların absorbsiyası, mineral duzların daşınması və sümüklərin kalsifikasiya proseslərində vacib rol oynayır, böyrəklərlə kalsium və fosfatların çıxarılmasını tənzimləyir. Qanda kalsium ionlarının konsentrasiyasına nəzarət etməklə skelet əzələsinin tonusunu, miokardın funksiyasını təmin edir, sinir impulslarının ötürülməsində iştirak edir. Bundan başqa, D3 vitamini hüceyrələrin normal bölünməsi və immun sistemin normal funksiyasının dəstəklənməsinə də təsir göstərir.

Qida rasionunda D3 vitamininin çatışmazlığı uşaqlarda erkən dövrün raxitinin inkişaf etməsinə səbəb olur.

 

D3 vitamininin defisitinin yaranması üçün risk qrupları:

-          Vaxtından əvvəl doğulmuş uşaqlar: D3 vitamininin anadan transplasentar yolla keçərək rezerv şəklində toplanmasının çatışmazlığı və nəticədə ona ehtiyacın artması

-          Südəmər uşaqlar: günəş təsirinin az olması (qeyri – qənaətbəxş olması) və ya hamiləlik dövründə anada D3 vitamininin defisiti

-          D3 vitamininin bağırsaq absorbsiyasının pisləşməsi, məsələn, hissəvi qastrektomiya və ya qıcolma əleyhinə preparatların istifadəsi

-          Qaraciyər, böyrək və ürək – ağciyər çatışmazlığı olan şəxslər

-          Müxtəlif səbəblərdən günəş işığı ala bilməyən və ya ona əksgöstərişləri olan şəxslər (dəri xəstəliyi, yataq xəstəlikləri) 

-          Qara dərili insanlar; vegetarianlar

Göstərişlər:

Orqanizmin D3 vitamininə tələbatının artması və ya D3 vitamini defisiti:

-          Raxitin profilaktika və müalicəsi

-          Sümüklərin və dişlərin normal vəziyyətinin qorunması və ya inkişafının sürətləndirilməsi məqsədilə

-          Hipokalsemik tetaniyalar

-          Malabsorbsiya ilə müşayiət olunan vəziyyətlər: xroniki bağırsaq xəstəlikləri, qaraciyər sirrozu, mədə və ya bağırsaq rezeksiyası

 

Əks göstərişlər:

D vitamininə qarşı hiperhəssaslıq, D hipervitaminozu, hiperkalsemiya, hiperkalsiuriya, böyrək çatışmazlığı.

 

İstifadə qaydası və dozalar:

Gündə 1-2 damcı (adətən yemək zamanı) daxilə qəbul olunur. Dozalanma həkim təyinatından asılı olaraq dəyişə bilər.

 

Xəbərdarlıq:

Təyin olunan dozanı aşmayın!

 

Əlavə təsirlər:

Əlavə təsirləri əksər hallarda doza artıqlığı zamanı yarana bilər: baş ağrısı, oynaq ağrıları, ağızda quruluq, psixikada pozğunluq, hiperkalsemiya, iştahanın itməsi, ürəkbulanma, qusma, qəbizlik.

 

Buraxılış forması:

D3 fix damcılar, 30 ml şüşədə pipetka ilə.

 

Saxlanma şəraiti:

Uşaqların əli çatmayan, quru, sərin (15-25°C) və işıq düşməyən yerdə saxlayın! 

 

Istehsalçı:

Intermed S.A. Pharmaceutical Laboratories, Yunanıstan

 

Propol R


Propol R

PROPOL-R şərbət 
şərbət 180 ml



Tərkibi:
Aktiv maddələr: 

  • 10 ml (2 çay qaşığı) şərbətin tərkibində: 
  • 56 mq Ensizyarpaglı exinaseya (Echinacea angustifolia) köklərinin sulu ekstraktı, 
  • 56 mq Aserola (Aserola) meyvələrinin sulu ekstraktı,
  • 56 mq Solmazçiçəyi (Helichrysum, Everlasting) çiçəklərinin tinkturası,
  • 17 mq 12%-li qalanqinə qədər titrlənmiş propolisin quru ekstraktı var.
  • Köməkçi maddələr: təmizlənmiş su, şəkər əvəzləyicisi: maltitol şərbəti, oksidləşdiricilər: sitrat turşusu; qoruyucular: kalium sorbat; dadlandırıcı: moruq. 


Farmakoloci xüsusiyyətləri: 

12% qalanqinə qədər titrlənmiş propolis: Propolisin tərkibində çox sayda maddələr var: bitki mənşəli qətran, vitaminlər, aminturşular, mineral duzlar, bioflavonoidlər; ən əhəmiyyətlisi isə qalanqin - antibakterial təsirli biolflavonoid var. Propolisin antibakterial təsiri müxtəlif mexanizmlərlə baş verir: bakteriya hüceyrəsinin bölunməsini inhibə edir; bakteriyanın sitoplazması və hüceyrə membranını parçalayır – bakteriolizə səbəb olur; protein sintezini inhibə edir. Bundan başqa propolisin immunostimulyator, iltihabəleyhinə, anestetik, regenerasiyanı sürətləndirən, göbələk əleyhinə təsirləri var. Bu təsirlər yuxarı tənəffüs yollarının selikli qişası üzərində çox aydın müşahidə olunur.

Ensizyarpaqlı exinaseyanın sulu ekstraktı: Exinaseyanın tərkibində olan aktiv maddələr orqanizmin immunitetə cavabdeh olan hüceyrələrinin funksiyasını yaxşılaşdıraraq rino-oto-faringeal sistemdə müxtəlif əlamətlərlə təzahür edən zökəmə qarşı təbii müqavimətini artırır. Beləliklə, orqanizm patogen mikroorqanizmlərdən daha effektiv qorunur.

Aserolanın sulu ekstraktı: Aserola C vitaminin təbii mənbəyi olub antihemorragik, antioksidant və immunostimulyator effektlərə malikdir. Aserola və Propolis ekstraktları birlikdə balanslaşdırılmış təbii kompleks kimi təsir göstərir: Aserolanın tərkibində miqdarı sitrus meyvələrindən daha çox olan C vitamini və C vitamininin effektini qüvvətləndirən bioflavonoidlər var. Aserola və Propolis birlikdə orqanizmin təbii müqavimətini qüvvətləndirir, xüsusilə də bu tənəffüs sisteminin xəstəliklərinin daha çox rast gəldiyi soyuq mövsümdə əhəmiyyətlidir. Preparatın tərkibində bu iki maddənin birlikdə olması ağız boşluğu və boğaz xəstəliklərinin uğurlu müalicəsini təmin edir.

Solmazçiçəyinin tinkturası:

Öskürək əleyhinə, bəlğəmgətirici, iltihab əleyhinə, ağrıkəsici xüsusiyyətləri var. Ənənəvi olaraq həqiqi öskürəklərdə və göyöskürək zamanı, bronxial katarın aradan qaldırılması, astmanın, burnun selikli qişasının allergik mənşəli iltihabı klinikasının yüngülləşdirilməsi məqsədilə istifadə olunur. Həzm traktının üzvlərinin fəaliyyətini tənzimləyir.

İstifadəsinə göstərişlər:

Propol-R şərbət uşaqlarda soyuqdəyməyə qarşı immun sistemin təbii qüvvətləndiricisi kimi təyin olunur. Tərkibində Exinaseya və Propolisin birgə olması nəticəsində Propol-R şərbət immunostimulyator təsiri və propolisin ağizın selikli qişası və aşağı tənəffüs yollarını dezinfeksiyaedici effektinə görə daha əhəmiyyətlidir. Aserola C vitamininin təbii mənbəyi olub soyuqdəyməyə qarşı müqaviməti artıtır. Propol-R şərbət boğaz ağrıları və tənəffüs yollarının xəstəliklərində (faringit, traxeit, tonzillit), qrip, ağız boşluğu xəstəliklərində (gingivit, stomatit) çox effektivdir. Xoşagələn moruq dadı vardır. 

İstifadə qaydası və dozası:
8 yaşdan kiçik uşaqlarda gündə 2-3 çay qaşığı (5 ml)
8 yaşdan böyük uşaqlarda gündə 2 və daha çox xörək qaşığı (10 ml) təyin olunur.
İstifadə etməzdən əvvəl çalxalayın!

Buraxılış forması:
180 ml şərbət. 

İstehsalçı:

İtaliya, ESİ s.p.a.

 

CC-200


CC-200

CC 200

Tərkibi :10 ml suspenziyada mövcuddur:

Aktiv maddələr:

Kalsium karbonat                 -   300 mq

Maqnezium hidroksid             -  135mq

Vitamin D3                              - 3.8mq

(xolekalsiferol 150 BV)

Sink sulfat                                 -  6mq

Riboflavin(Vitamin B2)            -  6mq

Piridoksin(Vitamin B6)             -  0.73mq

Sianokobalamin(VitaminB12) -   5mkq

Askorbin turşusu(Vitamin C)   -   20 mq

Alfa tokoferol (Vitamin E)          - 8.7mq

Farmakoloji təsiri Kalsium, maqnezium, sink və D vitamini çatışmazlıgını aradan qaldırır.Kalsium-fosfor mübadiləsini tənzimləyir.Sümük toxumasının mnerallaşmasını və sümük döyənəyinin formalaşmasını sürətləndirir.

Kalsium sümük toxumasının yaranması, dişlərin normal mnerallaşması, qanın laxtalanma sisteminin funksional fəaliyyəti, sinir və əzələ liflərində impulsların ötürülməsi prosesinin təmin olunması,ürəyin fasiləsiz fəaliyyət göstərməsi üçün vacibdir.

Magnezium kalsium mübadiləsinin tənzimlənməsində sümüklərin böyüməsi və mnerallaşmasında istirak edir, D vitamini ilə birgə sümük homeostazını təmin edir.

Xolekalsiferol(D3 vitamini) kalsium və fosfor mübadiləsini,sümük strukturlarının qurulması prosesini tənzimləyir,kalsium ionlarının bagırsaqlardan sorulmasını,nazik bagırsaqlarda,qaraciyərdə və sümüklərdə

zülalların sinrezini artırır,fosfatların böyrəklərlə xaric olmasını sürətləndirir.Osteositlərdə DNT sintezini stimulə edir,osteoklastların fəaliyyətini tormozlayır və sümük toxumasının involyusiyasını ləngidir.

CC 200 komponentlərinin sorulması qəbuldan bilavasitə sonra mədədə başlayır,mədədə ionlaşmış kalsiumun 1/3 hissəsi sorulur,bütün orqanizmə paylanır və maksimal miqdarda kalsium sümük toxumasında depolaşır.Xaricolma əsasən nəcislə və sidiklə baş verir.

İstifadəsinə göstərişlər

-Raxitin müalicə və profilaktikası

-Uşaqlarda kalsium çatışmazlıgı əlamətləri(əmgəyin baglanmasınin və dişlərin çıxmasının ləngiməsi,coxsaylı karies və s)

-Qıcolma sindromu

-Spazmofiliya

-Sınıqlardan sonrakı bərpa dövrü

-Diuretiklər qıcolma əleyhinə preparatlar və qlükokortikoidlərin uzunmüddətli istifadəsi

Əks göstəriş: Preparatın komponentlərinə qarşı fərdi həssaslıq, hiperkalsemiya,hiperparatireodizm,D3 hipervitaminozu,şəkərli diabet.

Əlavə təsirləri: Müəyyən olunmamışdır.

Dozalanma və istifadə qaydası

6-12 ayliq uşaqlar:   ½ çay qaşıgı gündə 2 dəfə

1-2 yaşlı uşaqlar:   1 çay qaşıgı gündə 2 dəfə

3-12 yaşlı uşaqlar :2 çay qaşıgı gündə 2-3 dəfə

12 yaşdan yuxarı :2 çay qaşıgı gündə 2 dəfə

Preparat yeməkdən əvvəl qəbul olunur.İstifadə etməzdən əvvəl flakonu  çalxalamaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:Hamiləlik və laktasiya dövründə istifadə oluna bilər.

Doza həddinin aşılması :Doza artıqlıgı hallarında spesifik müalicəsi yoxdur,simptomatik müalicə aparılır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Xolekalsifreol və mneral tərkibli digər preparatlarla birgə istifadə etmək olmaz .Bəzi epilepsiya əleyhinə dərmanlar(fenobarbital karbamazepin primidon fenitoin)kalsium ehtiyacını artıra bilər.Mis tərkibli preparatlar:siprofloksasin,norfloksasin,dəmir preparatları,pensillamin və tetrasiklin sink ilə qarşılıqlı təsirdə oldugundan eyni zamanda qəbul edilməməlidir.

Buraxılış forması:

Flakon 200 ml

İstehsalçı:

Helba İlaç İç və Dış  San.Tic .LTD.ŞTİ.

Azolin


Azolin

 Azolin

Tərkibi:

Hər bir flakonda  1 qr sefazolin natrium var.

Farmokoloji xüsusiyyətləri:

Yarımsintetik  sefalosporin olub, geniş təsir spektrinə malikdir. Təsir mexanizmi hüceyrə membranı sintezinin tormozlanmasına əsaslanır. Əksər mikroorqanizmlərə qarşı aktivlik göstərir: qrammüsbət- Streptococcus pneumaniae, Streptococcus pyogenes, Streptococcus haemolyuticus (A qrupu), Staphylococcus aureus, o cümlədən penisilinaza hasil edən ştammlar, Stapylococcus epidermidis (metisillinrezistent ştammlar istisna olmaqla ), qrammənfi  mikroorqanizmlər- Escherichia coli, Klebsiella spp., Proteus mirabilis, Haemophilus influenzae və anaerob kokklar- Peptococcus, Peptostreptococcus (B.Fragilis istisna olmaqla).

Ə/d  yeritdikdən sonra maksimal konsentrasiyası 1 saatdan sonra yaranır və 37- 64 mkq/ ml təşkil edir. Yarımxaricolma müddəti  2 saat təşkil edir. 85% qan plazmasının zülalları ilə birləşir.80% Sefazolin sidiklə dəyişilməmiş halda xaric olunur.Plasentar baryerdən asanlıqla keçir. HEB- i keçmir. Sümük toxumasına, assitik mayeyə, plevral və sinovial mayelərə sirayət edir.

Göstərişlər:

Azolin sefazolinə həssas mikroorqanizmlər tərəfindən törədilmiş infeksion- iltihabi xəstəliklər zamanı təyin olunur.

·       LOR- orqanların infeksiyaları

·       Aşağı tənəffüs yollarının infeksiyaları

·       Septisemiya və yarımkəskin bakterial endokardit

·       Ödçıxarıcı yolların infeksion xəstəlikləri

·       Sidik- cinsiyyət sisteminin infeksiyaları, o cümlədən prostatit, epididimit və s.

·       Dəri və yumşaq toxumaların infeksiyaları

·       Sümük və oynaqların infeksiyaları

·       Perioperasion profilaktika

Əks göstərişlər:

Sefalosporinlərə və lidokainə qarşı yüksək həssaslıq.

Əlavə təsirlər:

MBS tərəfindən: nadir hallarda diareya, ürəkbulanma, qusma, ağız boşluğu kandidozu, psevdomembranoz kolit, ALT, AST və qələvi fosfatazanın səviyyəsinin tranzitor olaraq artması.

Allergik reaksiyalar: Səpgi, qaşınma, temperaturun yüksəlməsi, anafilaksiya, eozinofiliya, Stivenson- Conson sindromu. Qan sistemi tərəfindən: neytropeniya, leykopeniya, trombositopeniya.

Yerli reaksiyalar: nadir hallarda inyeksiya nahiyəsində bərkimə müşahidə oluna bilər.

Digərləri: genital və anus nahiyəsində qaşınma (o cümlədən vaginal monilioz, vaginit).

Doza və tətbiq qaydaları:

Yeritməzdən əvvəl Azolin 5ml  0,5% -li lidokain hidroxlorid məhlulunda həll olunur. Hazırlanmış məhlul ə/ d yeridilmə üçün nəzərdə tutulub. Vena daxilinə şırnaqla yeritmək üçün flakonun içindəki toz 10 ml natrium xloridin izotonik məhlulunda  həll edilir və 3- 5 dəqiqə müddətində yeridilir. Vena daxilinə damcı üsulu ilə yeritmək üçün flakonun içindəki toz 50- 100 ml 5% qlükoza məhlulunda və ya natrium xloridin izotonik məhlulunda həll edilir və 20- 30 dəqiqə müddətində yeridilir.

Böyüklər üçün məsləhət görülən dozalar.

Qrammüsbət kokklar tərəfindən törənən yüngül infeksiyalar

250- 500 mq

Hər 8 saatdan bir

Orta və ağır infeksiyalar zamanı

500 mq- 1 qr

Hər 6- 8 saatdan bir

Ağır, həyatı təhlükəli infeksion xəstəliklər ( sepsis, endokardit)

1-      1,5 qr

Hər 6 saatdan bir

 

Perioperasion profilaktika üçün Azolin aşağıda göstərilən dozalarda yeridilir:

1)      Cərrahi əməliyyatdan 0,5-1 saat əvvəl 1 qr və sonra 24 saat ərzində hər 6-8 saatdan bir 500 mq -1 qr ə/d.

2)      Uzunmüddətli əməliyyatlar zamanı ( 2 saat və daha da artıq) -əməliyyat ərzində 500 mq- 1 qr ə /d yeridilir.

Geniş cərrahi əməliyyatlar zamanı Azolin daha 3 gün müddətində yeridilir.

Böyrək funksiyasının pozulması zamanı dozalanma rejimi.

Kreatinin klirensi, ml/ dəq.

Kreatinin plazmada səviyyəsi

Azolin dozası

>55

< 1,5

Korreksiya tələb olunmur

35- 54

1,6- 3,0

Hər 8 saatdan bir məsləhət görülən dozalarda

11- 34

3,1- 4, 5

Hər 12 saatdan bir məsləhət görülən dozaların yarısı

< 10

< 4,6

Hər 18- 24 saatdan bir məsləhət görülən dozaların yarısı

 

Buraxılış forması:

Azolin – inyeksiya üçün 1,0 qr toz flakonda №1  və 5,0 ml  0,5 %-li  lidokain hidroxlorid ampulda №1

İsteksalçı:  “AZƏRFARM  LTD “, Azərbaycan Respublikası, Bakı şəh. Bakıxanov qəsəbəsi, Bünyatov küç.,14.

 

 

 

Sediherbe


Sediherbe

      SEDİHERBE (50 ml damcı)

Tərkibi: 2 ml-də

v Kaliforniya laləsi - 104,4 mq

v Passiflora - 104,4 mq

v Yemişan - 32,6 mq

v Çobanyastığı - 31,2 mq

v Pişikotu - 10,2 mq

v Cökə -16,8 mq          

Kaliforniya  laləsi

Ø   sedativ

Ø   yuxugətirici

Ø   ağrıkəsici

Ø   spazmolitik

      Ø iltihab əleyhinə

 

Passiflora

Ø     sedativ

Ø     yuxugətirici

Ø     hipotenziv

Ø     qıcolma əleyhinə

Ø     spazmolitik

Ø     ağrıkəsici

Pişikotu

Ø sedativ

Ø yuxugətirici

Ø qıqcolma əleyhinə

Ø vazodilatasion

Ø hipotenziv

Ø spazmolitik

Ø  həzmi yaxşılaşdırır

Ø öd qovucu

Ø qaz qovucu

Yemişan

Ø    sedativ

Ø    kardiotonik

Ø    vazodilatasion

Ø     hipotenziv

Ø    antiaritmik

Ø    sidikqovucu

Ø    Spazmolitik

Çobanyastığı

Ø   ağrıkəsici

Ø   spazmolitik

Ø   öd qovucu

Ø   sedativ

Ø   tər ifrazını artırır

Cökə

Ø sedativ

Ø sidikqovucu

Ø tər ifrazını artırır

Ø ağrıkəsici

Ø qıcolma əleyhinə

Ø iltihab əleyhinə

Ø   həzmi yaxşılaşdırır

                              Pediatriya:

ü Əsəbilik,  oyanıqlıq,  aqresivlik,  ağlağanlıq və qıcolmaya meyllik

ü Yuxu pozğunluğu

ü Köp və sancı ilə müşaiyət olunan mədə-bağırsaq pozğunluqları

     Nevrologiya:

ü    Əsəbilik, həyəcan

ü    Psixoemosional  gərginlik

ü    Nevroz və nevrasteniya

ü    Yuxu pozğunluğu

ü    Əsəbi gərginliklə əlaqəli baş ağrısı

Üstünlükləri

Ø Həm  sedativ, həm də yuxugətirici təsir  göstərir. 

Ø Ürək fəaliyyətini yaxşılaşdırır.

Ø Asılılıq  və vərdiş  yaratmır.

Ø Tərkibində alkoqol yoxdur.

 

 

Sinaf - Damcı


Sinaf - Damcı

Sinaf  30 ml

burun və qulaq damcısı

 

Tərkibi:

Hər 5 ml- də  dəniz duzu - 0,6 qr, bor turşusu - 0,15 qr, distillə olunmuş su

Sinaf - burun keçidinin və boşluğunun təmizlənməsi, nəmləndirilməsi, infeksion - iltihabi xəstəliklərin (qrip və KRX-lər) profilaktikası və müalicəsi, gözlərin ətrafındakı artıqların, eşitmə kanalındakı qalıqların, qulaq kirinin çıxarılması üçün  steril dəniz suyu məhluludur.

Sinaf-ın tərkibi fizioloji pH- a (7,4) uyğundur .

Aşağıdakı hallarda istifadə olunur:

· Soyuqdəymə və KRX-lər

· Körpələrdə və böyüklərdə burun tutulması və tıxanıqlığı

· Burnun selikli qişasının quruması və qabıqlanması

· Yuxu və əmmə zamanı körpələrin rahat nəfəs almasını təmin etmək üçün

· Rinit (mənşəyindən asılı olmayaraq)

· Xarici otit

· Qulaq kirinin yumşaldılması və təmizlənməsi

 

İstifadə qaydası:

Yuxarı tənəffüs yollarının xəstəlikləri və profilaktikası üçün

1. Flakon açılır.

2. Körpəni/uşağı yan tərəfi üstə uzadıb, flakonun ucunu üstdə qalan burun dəliyinin bir qədər içinə yeridin və 2-3 damcı sıxın. Körpəni/uşağı digər tərəfi üstə uzadaraq eyni prosesi təkrarlayın.

3. Məhlulu özü müstəqil olaraq istifadə edə bilən uşaqlar və böyüklər, başlarını yana əyərək flakonun ucunu yuxarıda qalan burun dəliyinin bir qədər içinə yeridərək 4-5 damcı sıxmalıdırlar. Proses digər burun dəliyi üçün də təkrarlanmalıdır.

4. 10 dəqiqə ərzində burun silinməməlidir.

 

Xarici qulaq keçəcəyinin xəstəlikləri zamanı

1. Flakonu bir neçə dəqiqə ovcunuzda saxlayaraq isidin.

2. Flakon açılır.

3. Başınızı önə əyərək flakonun ucunu  qulaq yolunun bir qədər içinə yerləşdirin və körpələr üçün 3 damcı, uşaqlar və böyüklər üçün daha çox miqdarda, məhlulun keçəcəyi həddə qədər sıxın.

4. Məhlulun artığını 30 saniyədən tez silməyin. Digər qulaq üçün də prosesi təkrarlayın.

5. Qulaqda ağrı, iltihab, temperatur olduğu təqdirdə istifadədən öncə həkimlə məsləhətləşin.

 

Gözlərin ətrafındakı artıqların çıxarılması üçün

1. Flakon açılır.

2. Bir parça steril tənzifi bir qədər məhlulla isladın və hər bir göz qapağını (silmək üçün ayrı tənziflərdən istifadə edin) xaricdən ehtiyatla silin.

3. Məhlulu birbaşa gözə sıxmayın!
 

 

Dozalanma:

Yenidoğulmuşlara və uşaqlara hər istifadədə 2-3 damcı, böyüklərə isə hər istifadədə 4-5 damcı uyğundur. Gün ərzində bir neçə dəfə təyin oluna bilər.

Xəbərdarlıq:

· İstifadədən öncə flakon zədələnibsə və ya tam olaraq bağlanılmayıbsa  istifadə etməyin.

· Üzərində göstərilən son istifadə tarixinə qədər yararlıdır.

· Açıldıqdan sonra flakon 1 ay ərzində istifadə oluna bilər.

· İnyeksiya üçün nəzərdə tutulmayıb.

· Xüsusi saxlanma qaydası yoxdur.

· Uşaqların əli catmayan yerdə və öz qutusunda saxlanmalıdır.

Əlavə təsirləri:                               

Yoxdur. Hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür.

Buraxılış forması:

Sinaf damcı, 1 ədəd steril 30 ml-lik flakon qutuda.

İstehsalçı:

HelbaFarma, Türkiyə

Sudoref


Sudoref

SUDOREF

Tərkibi:     Aktiv maddələr:

Sink oksid        9.5q

Lanolin             2.4q

Pantenol          1.8q

Peru Balzamı   1.2q

Şi agacı yagı     1.2q

Bisabolol          1.2q

Tokoferol         0.3q

Allantoin          0.3q

Köməkçi maddələr:  Vazelin  22.5 q,Maye parafin 11.79 q, Ari mumu 4.2q ,Propilenqlikol 3q, Lavanda yagı 0.6q, Benzil spirti 0.3q, İonol 0.06q

Farmakoloji  təsiri:

SudoRef-xaricə istifadə üçün vasitədir.SudoRefin əsas komponenti olan Sink oksid iltihab əleyhinə, antiseptik, quruducu, adsorbsiyaedici və büzüşdürücü təsir göstərir.Dəri zədələnmələri zamanı ödemi və iltihabı aradan qaldırır.Sink oksid suqovucu krem əsası ilə birgə dəridə qoruyucu baryer əmələ gətirir,körpə uşaqlarda ifrazatın dəriyə qıcıqlandırıcı təsirinin qarşısını alır.Lanolin dəriyə sakitləşdirici və yumşaldıcı  təsir göstərir.

İstifadəsinə göstəriş:

Bələk dermatitinin yerli müalicəsi, bişməcələr, yüngül termik yaniqlar, günəş yaniqları ,I dərəcəli donmalar, sızanaqlar, yataq yaraları, ekzema ,dəridə siyrilma və yaralanmalar.

Dozalanması və istifadə qaydası:

Yalnız xaricə istifadə olunur.Gün ərzindəistənilən zaman istifadə oluna bilər.Krem lazim olan nahiyıyə nazik təbəqə şəklində çəkilir və ya dairəvi hərəkətlə tam mənimsənilənə qədər masaj edilir.Bu halda tətbiq olunan nahiyə üzərində nazik şəffaf təbəqə müşahidə olunur.Artıq krem hissəcikləri dəri üzərindən kənar edilməlidir.

Müalicənin müddəti xəstəliyin agırlıq dərəcəsi və gedişindən asılıdır.Əgər vəziyyət preparatin tətbiqindən sonra yaxşılaşmirsa və ya agırlaşırsa, bu halda həkimə müraciət etmək lazımdır.

Əlavə təsirləri:

SudoRefin əlavə təsirləri müəyyən olunmamışdır.Məhsul adətən yaxşı keçirilir,çox nadir halllarda allergik reaksiyalara (qaşınma qızartı səpgilər) səbəb ola bilər.

Əks göstərişlər:

Preparatın tərkibindəki komponentlərdən  hər hansı birinə qarşı yüksək həssaslıq, kəskin irinli-iltihabi dəri xəstəlikləri.

Xüsusi göstəriş:

Yalnız xaricə istifadə olunur.Göz və selikli qişalarla təmasina yol verilməməlidir.Təsadüfən gözə və ya selikli qişalara təmas etdikdə bol su ilə yuyulmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik və laktasiya Dövründə istifadəsinə hər hansı əks göstəriş müəyyən olunmamısdır.Həkimlə məsləhətləşdikdən sonra istifadə edilməsi tövsiyyə olunur.

Doza həddinin aşılması:

Məhsul xaricə istifadə olundugundan doza artıqlıgı ehtimalı azdır.Doza artıqlıgının profilaktikası məqsədilə tətbiq olundugu nahiyədən preparatın artıq mıqdarını təmizləmək lazımdır.

Təsadüfən yüksək dozada daxilə qəbul olunduqda qusma,ishal,mərkəzi sinir sistemi oyanıqlıgı, qıcolma meydana çıxa bilər.Müalicəsi simptomatikdir.

Buraxılış forması:

Tubda 30q və 60q krem.1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma qaydası:

25*C-ə qədər temperaturda,uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.Reseptsiz buraxılır.

İstehsalçı:

Argis Pharmaceuticals İnc.Co

Bati sitesi Mah.Gersan Sanayi Sitesi 2307.

Sokak No 80-82-84 Ergazi 06370

Yenimahalle-Ankara-Türkiyə

 

 

Marketing səlahiyyətinin sahibi

Helba Pharmaceuticals İnc.Co

Yenibosna Mah.29 Ekim Cad.No 3/25-26

Bahçelievler-İstanbul-Türkiyə  

 

 

 

 

 

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası