Marinorm Kapsul


Marinorm Kapsul

Tərkibi:


Farmakoloji xüsusiyyətləri:
Konsentrə olunmuş qızılbalıq yağı “MARİNORM”un tərkibi (Omeqa-3) eykozapentaen turşusu (EPT) və dokozaheksaen turşusu (DHT) ilə zəngindir. Omeqa -3 insan orqanizminin doymamış yağ turşularına olan sutkalıq tələbatını ödəyir. Tədqiqatlar göstərir ki, qida rasionuna balıq yağının əlavə olunması ürək – damar sisteminin funksional vəziyyətinə müsbət təsir göstərir. Belə ki, artmış xolesterin və triqliserid səviyyəsinin endirərək,ateroskleroz və infarktın yaranma riskini azaldır. Qan dövranını tənzimləyir. Eyni zamanda Omeqa-3 beynin normal fəaliyyəti üçün çox vacibdir, belə ki, o, sinir impulslarının bir hüceyrədən digərinə ötürülməsini təmin edərək enerjinin qısa müddət ərzində yaranmasini dəstəkləyir. DHT uşaq beyninin, sinir sistemi və görmə qabiliyyətinin inkişafında, koqnitiv funksiyaların formalaşmasında böyük rol oynayır. Hamiləlik zamanı ana və gələcək körpənin sağlamlığına müsbət təsir göstərir, xüsusilə baş beynin və gözün torlu qişasının formalaşmasında əvəzsiz komponentdir. Dermatotrop təsirə malik olaraq dəri problemlərinin və saç tökülməsinin qarşısını alır. Vitamin E (alfa-tokoferol) – güclü antioksidantdır, orqanizm hüceyrə membranını və essensial yağ turşularını sərbəst radikallarla zədələnmədən qoruyur.

İstifadəsinə göstərişlər:

  • Uşaqlarda nitq inkişafının ləngiməsi
  • Diqqət defisiti fonunda hiperaktivlik sindromu
  • Beyin qan dövranının pozulması
  • Görmə itiliyinin zəifləməsi, görmə sahəsinin daralması
  • Diqqət zəifliyi sindromu
  • Ürək qan-damar sistemi xəstəlikləri
  • Hamiləlik
  • Dəri xəstəlikləri
  • Iltihabi xəstəliklər
  • Saç tökülmələri
  • İmmunitet zəifliyi
  • Allergik xəstəliklər
  • Adaptasiya qabiliyyətinin azalması
  • Əqli və fiziki yorğunluq
  • Uşaqlard hiperaktivlik
  • Altsheymer xəstəliyi



Əks göstərişlər:
Omeqa-3 yağ turşularına fərdi dözumsüzlük, hemorragik sindrom.

Xüsusi göstərişlər/ Xəbərdarlıq:
Şəkərli diabetli xəstələr istifadə edə bilərlər.
Мədəaltı vəzı və öd kisəsi xəstəlikləri ilə əlaqədar yağların sorulmasında pozğunluq olduqda xəstələrin vəziyyətini diqqətlə öyrənmək lazımdır. Bu halda “MARİNORM” təyin olunmur
- Qəbulundan əvvəl preparatın “ İstifadəsi üçün təlimatla ” tanış olun!
- Eyni zamanda digər preparatlar qəbul olunarsa həkiminiz və ya əczaçinizla məsləhətləşin!

Yan təsirlər:
Adətən yaxşı keçirilir. Nadir hallarda dəridə qızartı və ya qaşınma ola bilər.
Gözlənilməyən əlavə təsirlər müşahidə olunarsa müalicə həkiminiz və ya əczaçınıza bildirin!


Dərmanlarla qarşılıqlı təsiri:
Antikoaqulyantlarla müalicə alan xəstələrə “MARİNORM” təyin olunarkən qanaxma müddətinin bir qədər uzana bilmə ehtimalını nəzərə alaraq xəstələri müşahidə altında saxlamaq, ehtiyac olarsa – antikoaqulyant preparatın dozasını korreksiya etmək lazımdır.

Dozası və qəbul qaydası:
Qida qəbulu zamanı 1-2 kapsul, sutkada 1 dəfə daxilə qəbul olunur.

Saxlanma şəraiti:
25C-dən aşağı temperaturda, uşaqlar üçün əlçatmaq quru yerdə, öz qutusunda saxlamaq lazımdır.

Buraxılış forması:
MARİNORM yumşaq kapsul 500 mq 60ədəd, blister qablaşdırmada.
Reseptsiz satılır.
Yalnız əczaxanalarda satılır

Istehsalçı :
Aktif Farma Kimya Tic. Ltd. Şti. Şerifali M. Beyit S. No: 26 Ümraniye / İstanbul İşletme Kayıt No: T.C. G.T.H.B TR-34-K-062203

Distribütör:
Solifarma İlaç Ltd.Şti Tığcılar Mh,Kavaklar Cd.1213 nolu sk.Bilgiçler apt.A Blok Kat:1 No:1/SAKARYA TEL: 0264-777 28 82

HepaDiet


HepaDiet

Hepadiet

Tərkibi

1 həbin tərkibində

200 mq ənginar( artişok) yarpağının tozu

80 mq 2%-li silimarinə titrlənmiş qanqal

30 mq 1%-li inulinə titrlənmiş zəncirotu

100 mq xolin bitartrat

40 mq inozitol

40 mq metionin D/L

1 mq B6 vitamini (piridoksin)

Farmokoloji xüsusiyyətləri

Hepadaytın tərkibinə daxil olan bitki ekstraktları və digər maddələr qaraciyər və böyrək funksiyalarının pozulmasında, hiperxolesterinemiyada və öd çatışmamazlığında istifadə olunur.

Ənginar  yarpağının tozu diuretik, xoleretik, protektiv və işlədici effektə malikdir. Öd ifrazını artırır, xolesterinin, qalıq azotun, sidik cövhərinin miqdarını azaldır, xolesterinli öd daşlarının əmələ gəlməsinin qarşısını alır.

Qanqal qaraciyərin detoksikasion funksiyasını yaxşılaşdırır, hepatositlərin dağılmasının qarşısını alır, qaraciyər toxumasının regenerasiyasına kömək edir( hepatoprotektiv təsir), iltihab əleyhinə və antioksidant təsirə malikdir, öd ifrazını artırır (xoleretik təsir), yağların həzm olunmasını və dəri örtüyünün vəziyyətini yaxşılaşdırır. Qanqalın tərkibində olan təbii maddə- silimarin qlikozidlər qarışığı ( silibinin, silidianin, silixristin ) olub, antioksidant müdafiəni gücləndirərək qaraciyərin detoksikasion funksiyasına kömək edir. Silimarin həmçinin hepatositlərin membranlarını möhkəmləndirir, yeni hüceyrələrin yaranmasını və zülal sintezini stimulə edir. Nəticədə öd ifrazı güclənir. Ödün lazımı miqdarda olması yağların tam həzm olunmasına və yağda həll olan vitaminlərin mənimsənilməsini təmin edir.

Zəncirotu öd kisəsinin funksiyasını yaxşılaşdırır. Zəncirotunun quru ekstraktı öd daşlarının əmələ gəlməsinin qarşısını alır. Güclü diuretik və ödqovucu təsirə malikdir, həzm vəzilərinin fəaliyyətini stimulə edir.

İnozitol, xolin bitartrat və metionin lipotrop amil olub, qaraciyərdə yağların böyük miqdarda

Toplanmasının qarşısını almaq və ya azaltmaqla qanda xolesterinin miqdarını azaldırlar. B6  vitamini karbohidratların, zülalların və lipidlərin metabolizmində iştirak edir.

Göstərişlər

·      Qaraciyər funksiyasının pozulması ilə müşayiət olunan xəstəliklər

-          Qaraciyər sirrozunda kompleks müalicənin tərkibində

-          Xroniki hepatitlər

-          Piy hepatozu

-          Qaraciyər ensefalopatiyası

-          Qaraciyərin toksiki zədələnmələri

·      Sarılıq

·      Hiperxolesterinemiya

·      Ateroskleroz

·      Öd çatışmazlığı ilə müşayiət olunan MBT xəstəlikləri

·      Xroniki intoksikasiyalar (o cümlədən hepatotoksik maddələr- nitrat birləşmələri, ağır metal duzları)

·      Piylənmə

·      Şəkərli diabet ( kompleks müalicənin tərkibində )

·      Xroniki nefrit

·      Böyrək funksiyasının ağır pozğunluğu

·      Ürək çatışmazlığı və qaraciyər sirrozu zamanı yaranan oliquriyada

·      Ekzema, psoriaz, həzm və hepatobiliar sistemin fəaliyyətinin pozulması ilə əlaqədar olan dəri xəstəlikləri

·      Podaqra

·      Qaraciyər və böyrəklərdə aparılan cərrahi əməliyyatdan sonra

Əks göstərişlər

Preparatın hər hansı  komponentinə qarşı yüksək həssaslıq.

Əlavə təsirlər

Aşkar edilməmişdir

Dozalanma rejimi

Böyüklərdə 1 həb gündə 2-3 dəfə

Buraxılış forması

Hepadayt oval həb № 45

İstehsalçı ölkə

İtaliya, E.S.İ.

 

Ginoref


Ginoref

Ginoref

hamilələr üçün vitamin

 

Ginoref – hamiləlik və südvermə dövründə, həmçinin hamiləliyə hazırlıq ərəfəsində qadınların vitamin və minerallara olan təlabatını ödəyən polivitamin kompleksidir.

Tərkib

1 həbin  tərkibində:

Aktiv maddələr:

Vitaminlər:

Vitamin  А (retinol)  4000 BV (1201.2 mkq)

Vitamin D3 (xolekalsiferol)  500 BV (12.5 mkq)

Vitamin Е (α-tokoferol asetat)  15 mq

Vitamin С (askorbin turşusu)  100 mq

Fol turşusu  (vitamin B9)  0,8 mq

Vitamin  В1 (tiamin) 1,6 mq

Vitamin В2 (riboflavin)  1,8 mq

Vitamin В6 (piridoksin)  2,6 mq

Vitamin В12 (sianokobalamin)  4 mkq

Nikotinamid (vitamin РР)  19 mq

Biotin  (vitamin B7)  200 mkq

Kalsium pantotenat (vitamin В5)  10 mq

Mineral maddələr və mikroelementlər:

Kalsium  125 mq

Maqnezium  100 mq

Fosfor  125 mq

Dəmir   60 mq

Sink   7,5 mq

Mis  1 mq

Manqan  1 mq

Köməkçi maddələr:

Laktoza  monohidrat, mannitol (E 421), makroqol 6000, makroqol 400, jelatin, mikrokristallik sellüloza, etilsellüloza, natrium nişasta glikolat, maqnezium stearat, povidon K90, povidon K30, dəmir oksid (E172), talk, titan dioksid (E 171),

Farmakoloji xüsusiyyətləri:

Ginovit hamiləlik planlaması öncəsi, hamiləlik və laktasiya dövründə istifadə olunan vitamin, mineral və mikroelement kompleksidir. Bu komponentlərin miqdarı hamilə və südverən qadınlara tövsiyyə olunan  qida rasionuna uyğundur. Ginovit hamiləliyin normal gedişi üçün lazım olan vitamin və mikroelementlərə olan ehtiyacı ödəyir. Preparatın farmakoloji xüsusiyyətləri tərkibinə daxil olan komponentlərlə bağlıdır. Vitamin və minerallar dölün düzgün inkişafı, mübadilə proseslərinin normal gedişatı üçün lazımdır.

 

Vitamin A (retinol) müxtəlif maddələrin (zülal, lipid, mukopolisaxarid) sintezində iştirak edir və dəri,selikli qişaların və gözün funksiyasını normallaşdırır.

 

Vitamin  В1 (tiamin) karbohidrat və enerji mübadiləsində mühüm rol oynayan fermentlərin dekarboksilləşmə reaksiyalarında iştirak edir, xolinergik sinapslarda sinir keçiriciliyinə təsir göstərir.

 

Vitamin В2 (riboflavin) karbohidrat, zülal və piy mübadiləsində, gözün normal görmə funksiyasında mühüm rol oynayır.

 

Vitamin В5 (pantoten turşusu) yağ, zülal və karbohidrat mübadiləsində iştirak edir.

 

Vitamin  В9 (fol turşusu) eritropoezi stimulə edir.

 

Vitamin В6 (piridoksin) mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün zəruridir.

 

Vitamin  В12 (sianokobalamin) yüksək bioloji aktivliyə malikdir, normal qanyaranmanı və eritrositlərin formalaşmasını təmin edir.

В qrup vitaminlər orqanizmin mübadilə proseslərini tənzimləyən müxtəlif növ fermentlərin yaranmasında iştirak edir, bununla da hamilə qadınlarda toksikoz zamanı ürəkbulanma və qusma əlamətlərini azaldır.

 

Vitamin С (askorbin turşusu) dəmirin sorulmasını, maddələr mübadiləsini, toxumaların regenerasiyasını, kapillyarların keçiriliciyini, sümük və qığırdaq toxumasının əmələ gəlməsini tənzimləyir. Vitamin C orqanizmin infeksiyaya qarşı müqavimətini yüksəldir, iltihab əleyhinə təsir edir.

 

Vitamin D3 (xolekalsiferol) hamilə orqanizmində kalsium və fosfor balansının tənzimlənməsində mühüm rol oynayır. Onun çatışmazlığı zamanı uşaqlarda raxit xəstəliyi, böyüklərdə isə sümük toxumasında kalsiumun miqdarının azalması (osteoporoz) baş verir.

 

Vitamin  Е (tokoferol) təbii antioksidantdır. Qanın laxtalanma qabiliyyətini azaltmaqla periferik qan dövranını yaxşılaşdırır. Zülal və hemoqlobin sintezində, hüceyrə böyüməsində iştirak edir. Hamiləliyin erkən mərhələlərində vitamin E çatışmazlığı düşük təhlükəsinə səbəb ola bilər.

 

Biotin (vitamin Н) mübadilə proseslərində iştirak edir və zülalın mənimsənilməsini yaxşılaşdırır.

 

Nikotinamid (vitamin РР) oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir.

 

Kalsium  sümük və dişlərin möhkəmliyini təmin edən əsas minerallardan biridir və bir çox metabolik proseslərdə iştirak edir. Sinir-əzələ keçiriciliyində mühüm rol oynayır.

 

Maqnezium maddələr mübadiləsində yaxından iştirak edərək həyati vacib proseslərin getməsi üçün energetik mənbə hesab olunur. O, əzələ toxumasının tonusunun nizamlanmasında, sinir-əzələ keçiriciliyinin tənzimlənməsində yaxından iştirak edir.

 

Dəmir  hemoqlobin, mioqlobin və bir çox digər fermentlərin tərkib hissəsidir. Dəmir qırmızı qan hüceyrələrinin oksigenlə zənginləşməsini təmin edir və hamilə qadınlarda anemiyanın yaranma təhlükəsini azaldır.

 

Fosfor, kalsium ilə birlikdə sümük və dişlərin formalaşmasında, həmçinin energetik mübadilə proseslərində iştirak edir.

 

Manqan  sinir və immun sistemini möhkəmləndirir. Antioksidant kimi təsir göstərir. Sümüklərin düzgün minerallaşmasını təmin edir.

 

Mis  insan orqanizmində maddələr mübadiləsində iştirak edir. Qanın normal tərkibinin tənzimlənməsində vacib rol oynayaraq anemiyanın qarşısını alır. Mis qanda dəmirin yaxşı mənimsənilməsinə kömək edərək hemoqlobinin yaranmasında mühüm rol oynayır.

 

Sink  dölün skletinin normal formalaşması və toxuma regenerasiyası üçün vacibdir, insulin daxil olmaqla bir sıra hormonların tərkibinə daxil olmaqla bətndaxili anomaliyaların qarşısını alır.

 

İstifadəsinə göstərişlər:

Hamiləlik planlaması öncəsi, hamiləlik və südvermə dövründə vitamin və mineral çatışmazlığının profilaktika və müalicəsi.

İstifadə qaydası və dozası: 

Hamiləlikdən öncə (planlama zamanı, mayalanmadan 1 ay öncə), hamiləlik zamanı, doğuşdan sonra və südvermə dövründə yeməkdən sonra sutkada 1 həb az miqdarda su ilə daxilə qəbul olunur. Səhərlər  ürəkbulanma olduğu zamanı preparat günorta və ya axşam qəbul oluna bilər.

Əlavə təsirlər:

Çox nadir hallarda dispepsik və ya allergik əlamətlər müşahidə oluna bilər.

Əks göstərişlər:

Preparatın hər hansı komponentinə qarşı yüksəlmiş həssaslıq 

Dozalanma artıq olarsa:

Preparat tövsiyyə olunan dozada istifadə edildikdə vitamin və mineralların doza həddini aşması aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsir

Bu tərkiblə yanaşı  digər dəmir preparatı istifadə edirsinizsə həkiminizlə məsləhətləşin!

Kalsium, maqnezium, mis və sink tərkibli preparatlar antibiotiklərin və virus əleyhinə preparatların sorulmasını pisləşdirə bilər. Hər 2 preparatı qəbul edən xəstələr 1-2 saat fərqlə preparatları qəbul etməlidirlər. Tərkibində vitamin E olan preparatları antikoaqulyant və ya trombositlərin aqreqasiyasına təsir edən preparat qəbul edən xəstələr ehtiyatla qəbul etməlidirlər.  

Saxlanma şəraiti:

Uşaqlar üçün əlçatmaz yerdə 250C –dən aşağı temperaturda saxlanmalıdır.

Preparatın etiketi üzərində yazılmış istifadə müddəti bitərsə qəbulu tövsiyyə olunmur.

Buraxılış forması:

№60 həb

 

Istehsalçı:

Aktif Farma Kimya Tic. Ltd. Şti.

Şerifali M. Beyit S. No: 26 Ümraniye / İstanbul

İşletme Kayıt No: T.C. G.T.H.B TR-34-K-062203

 

Distribütör:

Solifarma İlaç Ltd.Şti  Tığcılar Mh,Kavaklar Cd.1213 nolu sk.Bilgiçler apt.A Blok Kat:1 No:1/SAKARYA

 TEL: 0264-777 28 82

 

Akti GIN


Akti GIN


Tərkibi:

1 kapsulda:

Aktiv komponentləri:

  • L-karnitin - 100 mq,
  • C vitamini - 90 mq,
  • Kreatin monohidrat - 50 mq,
  • Quarananın 8%-li kofeinə qədər titrlənmiş quru ekstraktı - 25 mq,
  • Koreya jenşeninin 12%-li ginsenozidlərə qədər titrlənmiş quru ekstraktı - 20 mq,
  • Kola qozunun minimum 10%-li kofeinə qədər titrlənmiş quru ekstraktı - 20 mq,
  • Eleuterokokun (sibir jenşeni) 5%-li triterpen saponinlərə qədər titrlənmiş quru ekstraktı - 5 mq,
  • E vitamini - 5 mq.



Yardımçı maddələr:

Maqnezium stearat, silisium, jelatin, rəngləyici maddələr: titan dioksidi, sarı xinolin.

Farmakoloji xüsusiyyətləri: AktiGin – kombinə olunmuş tonuslandırıcı və asteniya əleyhinə vasitədir. Preparatın tərkibinə daxil olan komponentlərin sinergizmi nəticəsində tonuslandırıcı effekti qəbulundan dərhal sonra başlayıb uzun müddət saxlanılır.

L-karnitin orqanizmdə lizin və metionin amin turşularından sintez olunur. Yağ turşularının metabolizmində mühüm rol oynayır: yağların mitoxondriyə daşınmasında iştirak edir, bunlardan isə orqanizmə lazım olan enerji əmələ gəlir. L-karnitin əzələlərin normal funksiyası üçün vacibdır.

C vitamini antioksidant təsir göstərərək hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyur, immuniteti yüksəldir.

KREATİN ADF – ATF SİKLİNİN ƏSAS ELEMENTİDİR. ORQANİZMDƏ KREATİN FOSFATA ÇEVRİLİR, O İSƏ, PARÇALANMIŞ FOSFAT ƏLAQƏSİNİ BƏRPA EDƏRƏK ADF-İ ATF MOLEKULUNA ÇEVİRİR. ATF ƏZƏLƏ YIЬILMASI ÜÇÜN VACİBDIR, FOSFAT QRUPUNU İTİRƏRƏK YENİDƏN ADF – Ə ÇEVRİLİR Kİ, BU SİKLİK PROSES DAİM DAVAM EDİR.
Quarananın tərkibində çoxlu miqdarda tanin və kofein var. Bu onun asteniya əleyhinə təsirini izah edir. Tanin adrenalin sintezini stimulə edir, orqanizmin kalori sərfini yüksəldir, stresə qarşı davamlı edir. Dərhal təsir göstərən və oyanmaya səbəb ola bilən kofedən fərqli olaraq quarana daha yumşaq təsir göstərir, belə ki, tərkibindəki kofein onun tədricən azad olunmasını təmin edən substansiyalarla birləşir. Bundan başqa, quarananın toxumlarının tərkibində olan tanin kofeinin tədricən sorulmasını (kofeinin digər mənbələrindən fərqli olaraq), MBT-nı qıcıqlandırmamasını təmin edir. Buna görə də quarananın təsiri bir neçə saat davam edir, yorğunluq və aclıq hissini uzun müddət hiss etməməyə kömək edir.

KOREYA JENŞENİNİN TƏRKİBİNDƏ ÇOXLU MİQDARDA TONUSLANDIRICI AKTİV KOMPONENTLƏR – GİNSENOZİDLƏR (ANTİOKSİDANT XÜSUSİYYƏTLİ KİMYƏVİ KOMPLEKS), TRİTERPİN SAPONİNLƏR, B QRUP VİTAMİNLƏR VAR. O, BÜTÜN FİZİOLOJİ SİSTEMLƏRİN AKTİVLİYİNİ YÜKSƏLDİR, YADDAŞ VƏ ÜMUMİ ƏHVALIN YAXŞILAŞMASI, DİQQƏT, ƏQLİ VƏ FİZİKİ ƏMƏK QABİLİYYƏTİNİN YÜKSƏLMƏSİ İLƏ MÜŞAYİƏT OLUNUR.
Eleuterokok (sibir cenşeni) təbii adaptogen və stimulyatordur, orqanizmin stres amillərinə uyğunlaşmasına yardım edir. Orqanizmin müdafiə və bərpa mexanizmlərini qüvvətləndirir, buna görə də onu fiziki və əqli işlə yüklənmə və idman məşğələləri zamanı təyin edirlər.

E vitamini lipofil substansiyalara antioksidant təsir göstərir, hüceyrə membranını sərbəst radikalların zədələyici təsirindən qoruyur. Onun təsiri əsasən qan-damar hüceyrələrinə yönəlir. Aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) səviyyəsini azaldır və yüksək sıxlıqlı lipoproteinlərin (YSLP) səviyyəsini artırır. 

Istifadəsinə göstərişlər:

Müxtəlif mənşəli astenik vəziyyətlər, rekonvalessensiya dövrü, fiziki və ya əqli işlə yüklənmə, orqanizmin əmək və müdafiə qabiliyyətinin yüksəldilməsi ( o c. yaşlı şəxslərdə), idmanla məşğulliyyət və s.

İstifadə qaydası:

Əsasən səhər yeməyindən sonra 1 kapsul gündə 1 dəfə olmaqla daxilə qəbul olunur.

Əlavə təsirlər: Adətən yaxşı keçirilir. Nadir hallarda taxikardiya və yuxu pozğunluğu verə bilər.

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksəlmiş həssaslıq.
Xüsusi göstərişlər: Arterial hipertenziya, epilepsiya və qıcolmaya meylli xəstələrdə ehtiyatla təyin olunur.
Preparat etiketdə göstərilən yararlılıq müddəti keçərsə istifadə olunmamalıdır.

Saxlanma qaydası:
Qutuda olmaq şərti ilə 250C-dən aşağı temperaturda, uşaqlar üçün əlçatmaz yerdə saxlanılır.

Buraxılış forması:
AktiGin kapsul №30.

İstehsalçı:
ESİ s.p.a., İtaliya.

 

GlukoFleks


GlukoFleks

Stimulax


Stimulax

Stimulaks

Örtüklü həblər

1 örtüklü həbin tərkibindəki aktiv maddələr:

Toz şəklində bitkilərin qarışığı (500 mq):

133,5 mg  Purş murdarçası qabığı ..............................( Cascara sagrada bark )

100 mg     Tikanlı əzvay şirəsi.....................................( Aloe ferox juice )

83,5 mg  Razyana toxumları......................................( Fennel seeds )

66,6 mg  Ensizyarpaqlı səna yarpaqları......................( Cassia angustifolia leaves )

25 mg     Biyan kökü...................................................( Liquorice root )

25 mg     Acıçiçək kökü..............................................( Gentian root )

16,6 mg  Zəncirotu kökü.............................................( Dandelion root )

16,6 mg  Alp murdarçası qabığı..................................( Rhamnus alpino bark )

16,6 mg  Rəvənd kökü.................................................( Rhubarb root )

16,6 mg  İtotu başcıqları...............................................( Horehound tops )

Köməkçi maddələr:

Laktoza, qummiarabik, maltodekstrin, bitki mənşəli maqnezium stearat, silikon dioksidi. Örtüyün tərkibində: hidroksimetilpropilsellüloza, asetilləşdirilmiş mono və diqliseridlər.

Farmokoloji xüsusiyyətləri:

Purş murdarçası, Alp murdarçası, Tikanlı əzvay, Ensizyarpaqlı səna, Rəvənd

Bu bitkilər yoğun bağırsağın davamlı (sabit) spazmlarını inhibə etmələri və propulsiv yığılmaları artırmaları nəticəsində işlədici təsir göstərirlər. Nəticədə, bağırsaqlarda möhtəviyyatın passajı sürətlənir və qısa təmas müddətinə görə mayelərin absorbsiyası ləngiyərək işlədici effekti qüvvətləndirir.

Razyana toxumları

Mədə- bağırsaq peristaltikasını stimulə edir, böyük dozalarda spazmalitik təsir göstərir. Bu xüsusiyyətinə görə toxluq hissi, köp, spastik ağrılarla müşayiət olunan dispepsiyalar və yüngül mədə- bağırsaq xəstəlikləri zamanı istifadə olunur.

Biyan

Tərkibində saponinlər olduğuna görə emulsiyalaşdırıcı təsir göstərərək qəbizlik zamanı yaxşı effekt verir. O demək olar ki, həzmin bütün mərhələlərini tənzimləyərək yaxşılaşdırır, mədənin selikli qişasını qoruyur, spazmalitik təsir göstərir.

Acıçiçək

Tərkibində acı substansiyalar olduğu üçün selikli qişada dad məməciklərini stimulə edir, nəticədə ağız suyu, mədə şirəsi və öd ifrazını artırmaqla həzmi yaxşılaşdırır.

Zəncirotu

Ödqovucu kimi kimi təsir göstərərək qaraciyərin öd ifrazını artırır. Diuretik, həzmi yaxşılaşdırıcı ( o.c. mədə həzmini) və bağırsağı təmizləyici təsir göstərir.

İtotu

Tərkibində olan Marrubin turşusuna görə xoleretik təsir göstərir. Iştahsızlıq və həzm pozğunluğu ( məs.toxluq hissi və köp) olan xəstəlik hallarında istifadə olunur. Həzmi yaxşılaşdırıcı və bağırsağı təmizləyici təsirləri var.

İstifadəsinə göstərişlər:

Bağırsaq və qəbzlik problemləri, köp, öd çatışmazlığı.

İstifadə qaydası:

1-3 həb axşam yuxusundan əvvəl daxilə qəbul olunur.

Əks göstərişlər:

Bağırsağın xoralı zədələnmələri, qanaxmalar zamanı, hamiləlik və əmizdirmə dövrlərində təyin olunmur.

Saxlanma qaydası:

Qutuda olmaq şərti ilə otaq temperaturunda, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.

Buraxılış forması:

Stimulaks, örtüklü həblər N 30

İstehsalçı:

ESİ s.p.a., İtaliya

Dextrifer Fol


Dextrifer Fol

DEXTRIFER FOL çeynənmə həblər

Tərkibi:                                                                                                                                          

Təsiredici maddələr: Bir çeynənmə həbin tərkibində 100 mq elementar dəmirə (III) ekvivalent olan 357,0 mq dəmir hidroksidi polimaltoza kompleksi və 0,350 mq fol turşusu var.                        

Köməkçi maddələr: natrium siklamat,vanilin,makroqol 6000, şokolad dadlandırıcısı, dekstratlar, mikrokristalik sellüloza, təmizlənmiş talk

Təsviri:                                                                                                                                 

Qəhvəyi – ağ mozaik rəngli vanil ətirli və şokolad dadlı silindrik çeynənmə həblər

Təsir xüsusiyyətləri:                                                                                                  

 Dextrifer Fol tərkibindəki dəmir polimaltoza kompleksi suda əla həll olması ilə xarakterizə olunur. Bu dəmir forması digər dəmir duzlarından fərqli olaraq ionlaşmır. Bu səbəbdən mədənin selikli qişasını qıcıqlandırmır, dişlərin rəngini dəyişmir və bütün xəstələr tərəfindən yaxşı keçirilir.  Buna görə də preparat istərsə yeməkdən öncə, istərsə də yemək vaxtı, və ya yeməkdən sonra qəbul oluna bilər. Dəmirin bu forması sürətli sorulması, konstruktiv maddələr mübadiləsinin yüksək səviyyəsinə malik olması və hemoqlobin səviyyəsini real olaraq artırdığı üçün dəmir defisitli anemiyaların bütün formalarında təyin oluna bilər.                                          

 Fol turşusu 0,350 mq sutkalıq təlabata uyğundur. Fol turşusu  eritopoezdə iştirak edir.

İstifadəsinə göstərişlər:

-          Dəmir və fol turşusu çatışmazlığının profilaktika və müalicəsi

-          Müxtəlif etiologiyalı dəmir defisitli anemiyalar

-          Mədə rezeksiyasından sonrakı vəziyyət

 Əks göstərişlər:                                                                                                                             

- Aşkar dəmir defisiti əlaməti olmayan qeyri – dəmir defisitli anemiyalar,                                   

- Xronik hemolitik anemiya (talassemiya, oraqvari – hüceyrə sindromu), sideroblast anemiya (piridoksin təyinatı tələb edən), xronik xəstəliklər və ya erkən dəri porfiriyası nəticəsində meydana çıxan anemiyalar.                                                                                                                

- Dəmir preparatları qaraciyərdə toplanaraq çökə bildiyi üçün sirrozlar zamanı təyin olunmur.      

- B12 vitamini və fol turşusu çatışmazlığının səbəb olduğu birincili meqaloblast anemiya

Xüsusi göstərişlər                                                                                                                                   

 - Preparatın tərkibindəki hər hansı komponentə qarşı fərdi həssaslıq                                                 

- Qaraciyər xəstəlikləri

Xəbərdarlıq / Ehtiyat tədbirləri:                                                                                                               

 - Qeyri – müəyyən etiologiyalı anemiyaların müalicəsi üçün istifadə olunmamalıdır.                          

 - Dəqiqləşdirilməmiş meqaloblast anemiya diaqnozunda təyin olunarsa xəstəliyin nevroloji əlamətlərinin kəskinləşməsinə səbəb ola bilər.          - Nəcisin rənginin dəyişməsi preparatın qəbulunun dayandırılması üçün əsas deyil.                               

 - Normal dəmir balansı olan şəxslər preparatın davamlı qəbulundan çəkinməlidirlər.                             

 - Preparatın qəbulu xəstə tərəfindən pis keçirilərsə dayandırılması məsləhət görülür.

Hamiləlik va laktasiya dövründə istifadəsi:                                                                                                                                        

 Hamiləlik və laktasiya dövründə tibbi göstərişlərə görə (profilaktik və ya müalicəvi məqsədlə) təyin oluna bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:                                                                                             

- Antasidlər, mədəaltı vəz ekstraktı, xolestiramin, süd və ya yumurta dəmirin sorulmasını azaldır.

- Allopurinol dəmirin sirrozlu xəstələrin qaraciyərində çökməsinə şərait yaradır.                               

- Dəmir tetrasiklinin sorulmasının qarşısını aldığına görə bu iki preparat ən azı 2 saat fasilə ilə qəbul olunmalıdır.                                                                                                                                            

- Bundan başqa, fol turşusunun çatışmazlığı olan şəxslərdə fol turşusunun təyini difenilhidantoin metabolizmini artıra bilər ki, bu da preparatın plazmada konsentrasiyasını azalda bilər.               

- Fol turşusunun kontraseptiv preparatlarla birgə təyini tövsiyyə olunmur.

İstifadə qaydası və dozası:                                                                                                   

 Böyüklər: gündə 1-2 çeynənmə həb                                                                                                                  

 6 yaşdan böyük uşaqlar: gündə 1 çeynənmə həb

Müalicənin davametmə müddəti, həftələrlə:                                                                        

Sutkalıq olaraq 100 mq elementar dəmir alan və hemoqlobin miqdarı 9qr% üzərində olan 12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün müalicənin davametmə müddəti aşağıdakı cədvəldə verilir:

 

 

 

Bədən çəkisi, kq-la

Müalicənin davametmə müddəti, həftələrlə

Hb

Hemoqlobin

6.0qr%*

Hb

7.5qr%*

Hb

9.0qr%

Hb

10.5qr%

Hb

12.0qr%

Hb

13.5qr%

35

40

45

50

55

60

65

70

75

80

85

90

7

8

9

9

10

11

12

12

13

14

15

15

6

7

7

8

9

9

10

11

11

12

13

13

7

8

8

9

9

10

10

11

11

12

12

13

6

7

7

7

8

8

9

9

9

10

10

11

5

6

6

6

6

7

7

7

7

8

8

8

4

5

5

5

5

5

5

5

6

6

6

6

 

*Hemoqlobin səviyyəsi 9qr%-dən aşağı olan şəxslərdə dəmir defisitini tez aradan qaldırmaq üçün parenteral yeridilməyə üstünlük verilir. Əgər bu mümkün olmazsa, o zaman ilk 2 həftə ərzində sutkalıq dozanı 2 dəfə artırmaq, daha sonra isə sutkada 100 mq-dək azaltmaq lazımdır.

Əlavə təsirləri:                                                                                                                               

Nadir hallarda ürəkbulanma, qusma, qarında və qarıüstü nahiyədə ağrı, ishal və ya qəbizlik ola bilər. Bu əlamətlər adətən dozalanma ilə əlaqədar olur ki, doza azaldığı zaman aradan qalxır. Uzunmüddətli qəbulu zamanı hemosideroz inkişaf edə bilər.                                                       

Nəcisin rənginin qaralması müşahidə oluna bilər. Nadir hallarda allergik təzahürlər ola bilər. 

Yararlılıq müddəti:                                                                                                                            

Xarici qablaşmanın üzərində göstərilib. Preparat etiketin üzərində göstərilən yararlılıq müddəti keçərsə istifadə olunmamalıdır.

Doza həddinin aşılması:                                                                                                                 

Dəmir preparatının qəbulu ilə əlaqədar olan zəhərlənmələr müşahidə olunmamışdır.

Buraxılış forması:                                                                                                                     

DEXTRIFER FOL, 30 çeynənmə həb.

Calci-Cal


Calci-Cal

CALCİ- CAL

Tərkibində şəkər, natrium, laktoza və ya digər konservantlar yoxdur. Şəkərli diabetli xəstələrin qəbulu üçün də uyğundur.

Tərkibi:

Hər örtüklü həbin tərkibində  1000 mq kalsium karbonat (elementar kalsium 450 mg) şəklində kalsium ionları (Ca 2+) və 10mkq D3 vitamini (xolekalsiferol) (200% RDA), Maqnezium -150 mq, Sink- 6 mq var.

RDA= tövsiyyə olunan gündəlik doza

Farmakoloji xüsusiyyətləri

CALCİ CAL örtüklü həblər orqanizmin kalsium və onun mənimsənilməsi üçün vacib olan D vitamininə olan sutkalıq tələbatını ödəyir.

Kalsium insan bədəninin ən vacib elementlərindən biridir.Sümüklərin normal inkişafı və sağlamlığının qorunması üçün, həmçinin, orqanizmin ümumi inkişafı üçün çox vacibdir. Böyüklərin orqanizmində təxminən 1200 qr kalsium vardır ki, bunun da 99%-i sümüklərdə yerləşir. Qalan 1%-i bütün orqanizmə paylanır və qanın laxtalanması, periferik sinir sisteminin fəaliyyəti, fermentlərin aktivlii kimi təbii funksiyalarda iştirak edir.

Sümüklər orqanizmdə kalsiumun təbii deposudur. Orqanizm lazımi miqdarda kalsium almadığı təqdirdə sümüklərdə olan depoya “üz tutur”. Nəticədə, sümüklərdə olan kalsiumun miqdarı azalır, sümüklər elastikliyini, davamlılığını itirir və kövrək olurlar. Bu proses tədricən və yavaş- yavaş baş verir və yalnız prosesin gecikmiş etaplarında, kalsium defisitinin qabarıq və ağrılı şəkil aldığı zaman nəzərə çarpır. Bu daha çox qadınlarda baş verir. Kişilər, adətən, belə problemlər yaşamırlar, belə ki, onların sümükləri daha yüksək sıxlığa malikdir.Qadınlarda isə osteoporoza (kalsium defisiti nəticəsində yaranmış xəstəlik) daha çox menopauza dövründə və ahıl yaşlarında (senil osteparoz) rast gəlinir.

Böyüklər üçün kalsiumun tövsiyyə olunan sutkalıq norması (RDA) 700-800 mq-dır. Bu miqdar təxminən 1litr südün tərkibində var. Qızılbalıq, sardina, şalğam da kalsiumla zəngin mənbələrdir.

Maqnezium :Yorğunluq və zəifliyi azaldır.Sinir və əzələ sisteminin iş qabiliyyətini normallaşdırır.Sümük və dişlərin sağlamlığının qorunmasına kömək edir.

Sink:Koqnitiv funksiyaları yaxşılaşdırır.İmmun sistemi qaldırır.Saçların,dırnaq və dərinin sağlamlığını qorumağa kömək edir. Sink hüceyrələrin yenilənməsində rol oynayır və kalsiumla birlikdə DNT sintezini tənzimləyir. Sinkin osteoblastik aktivliyi və kollagen sintezində iştirak etməsi sümük-oynaq sistemində əhəmiyyətli olmasını göstərir.

Vitamin D sümüklərin və dişlərin normal inkişafı, skeletin düzgün minerallaşması və böyüməsi üçün kalsium və fosfatlar mübadiləsini tənzimləyir. D3 vitamini bağırsaqlarda kalsium və fosfatların absorbsiyası, mineral duzların daşınması və sümüklərin kalsifikasiya proseslərində vacib rol oynayır, böyrəklərlə kalsium və fosfatların çıxarılmasını tənzimləyir. Qanda kalsium ionlarının konsentrasiyasına nəzarət etməklə skelet əzələsinin tonusunu, miokardın funksiyasını təmin edir, sinir mpulslarının ötürülməsində iştirak edir. Bundan başqa, D3vitamini hüceyrələrin normal bölünməsi və immun sistemin normal funksiyasının dəstəklənməsinə də təsir göstərir.

CALCİ CAL adi dieta vasitəsilə orqanizmi lazım olan kalsium miqdarı ilə təmin etmək mümkün olmadığı hallarda həmin defisiti bərpa etmək məqsədilə təyin olunan zəngin kalsium mənbəyidir.

D3 vitamini sayəsində kalsium daha yaxşı sorulur. Klinik olaraq sübut olunmuşdur ki, onun qəbulu zamanı kalsiumun  sorulması yaxşılaşır və sürətlənir.

İstifadə qaydası və dozası

Kalsium karbonat tərkibi CALCİ CAL örtüklü həblərini optimal absorbsiya məqsədilə yemək zamanı qəbul etmək tövsiyyə olunur.

Tövsiyyə olunan sutkalıq doza:

 Böyüklər :gündə 1-2  həb 

Menopauza dövrü çatmayan qadınlar- gündə 2 həb

Menopauza dövründən sonra qadınlar – gündə 2 – 3 həb (estrogenlər qəbul olunmazsa)

İstifadəsinə göstərişlər

Kalsium və D3 vitamininin defisitinin müalicə və profilaktikası

Müxtəlif  mənşəli osteoporozların (menopauzal,senil,steroid,idiopatik və s.) müalicə və profilaktikası məqsədilə təyin olunur.

Buraxılış forması

CALCİ CAL örtüklü həblər  № 60

Saxlanma şəraiti

Uşaqların əli çatmayan, quru, sərin (15-20 C)  və işıq düşməyən yerdə saxlayın!

Yararlılıq müddəti

Xarici qablaşdırılmada göstərilib.

İstehsalçı:

AktifFarma Kimya Tic.Ltd.Şti.

Şerifali M. Beyit S. No:26 Ümraniye/İstanbul

 

 

 

FoliRef


FoliRef

Foliref

Tərkibi: 
1 həbdə:

Aktiv komponentləri:

Fol turşusu - 400 mkq,

Yod – 150 mkq.
Yardımçı maddələr:

Farmakoloji xüsusiyyətləri:  

Dölün qalxanvari vəzisi hamiləliyin birinci trimestrinin sonundan etibarən öz hormonlarını ifraz etməyə başlayır  və bunun üçün yeganə yod mənbəyi ananın qanında sirkulyasiya edən yoddur. Yod təchizatının bətndaxili çatışmazlığı düşük təhlükəsinə və yenidoğulmuşda yod defisitinin ağır fəsadlarına səbəb olur. Bu sümük toxumasının, ağ ciyərlərin zəif inkişafına, baş beynin düzgün formalaşmamasına, MSS-nin inkişaf qüsurlarına, eşitmə pozğunluqlarına, psixomotor və əqli inkişafda tormozlanmaya səbəb olur.
Yod qalxanvari vəzin funksiyası üçün vacibdir, dölün sinir toxumasının yetişməsini tənzimləyir. Laktasiya dövründə yod defisiti hipoqalaktiyanın yaranmasına səbəb olur.
Rüşeymin sinir toxumasının və sinir liflərinin mielin qişasının yaranma prosesini tənzimləyir, sinir borucuğunun inkişaf anomaliyasının qarşısını alır.
Qanyaranma və meqaloblastların yetişməsi prosesində iştirak edir, onun çatışmazlığı hamiləlik zamanı anemiyanın ən əsas səbəblərindəndir.
Orqan və toxumaların formalaşması üçün vacib olan zülal mübadiləsini təmin etməklə, inkişaf qüsurlarının, dölün yarımçıqdoğulma və hipotrofiya ehtimalını azaldır.
Bir hissəsi bağırsaqlarda sintez olunur, amma əsas hissəsi orqanizmə qida ilə daxil olur. Ribonuklein və dezoksiribonuklein turşularının yaranmasında, əvəzolunan aminturşuların və əvəzolunmaz aminturşuların – qlisin, metionin biosintezində aktiv iştirak edir.9Fol turşusu suda həll olan B qrup vitaminlər (vitamin B
Foliref vitamin kompleksi olmaqla, fol turşusu və vacib mikroelement – yod çatışmazlığını aradan qaldırır.

Farmakokinetika

Peroral qəbul zamanı həzm traktından yaxşı absorbsiya olunur. Əsas metobolizm qaraciyərdə baş verir. Öd və sidiklə eliminasiya olunur.

İstifadəsinə göstərişlər: 
Preparat hamiləlik planlaması ərəfəsində, hamiləlik və laktasiya dövründə fol turşusu və yodun mənbəyi kimi tövsiyyə olunur.

İstifadə qaydası: 

Preparat mayalanmadan öncə, hamiləliyin birinci trimestrində və bütün südvermə dövründə istifadə edilir.
Hər gün səhər qida qəbulu zamanı 1 həb gündə 1 dəfə daxilə qəbul olunur.

Əlavə təsirlər: 

Əlavə effektlər müşahidə olunmayıb.

Əks göstərişlər: 
Preparatın hər hansı bir komponentinə qarşı yüksəlmiş həssaslıq.

Hamiləlik: 
Preparat formalaşan döldə sinir toxumasının və digər ağır inkişaf qüsurlarının yaranma riskini azaldır. Süd verən anada yod və fol turşusu defisitini aradan qaldırır.

Digər dərman preparatları ilə qarşılıqlı təsir
Antasidlər fol turşusunun absorbsiyasını azaldır.
Kalium qoruyucu diuretiklərlə birgə istifadə zamanı yodun farmakoloji aktivliyinin pozulması müşahidə edilir.
Vərəm və qıcolma əleyhinə preparatlar qanda fol turşusunun miqdarını azaldır.
Sulfanilamidlər, nitrofuranlar, hipoqlikemik preparatlar orqanizmdən fol turşusunun eliminasiyasını sürətləndirir.

Saxlanma qaydası: 
Quru və qaranlıq yerdə 250C-dən aşağı temperaturda saxlanmalıdır.

Buraxılış forması
Foliref  həb №120.

Istehsalçı:

AktifFarmaKimya Tic. Ltd. Şti.

Şerifali M. Beyit S. No: 26 Ümraniye / İstanbul

İşletmeKayıt No: T.C. G.T.H.B TR-34-K-062203

Distribütör:

Solifarma İlaç Ltd.Şti  Tığcılar Mh,Kavaklar Cd.1213 nolu sk.Bilgiçler apt.A Blok Kat:1 No:1/SAKARYA

 TEL: 0264-777 28 82

 

Nodol


Nodol

krem

Tərkibi
Aktif maddələr:

  • qlükozamin sulfat,
  • metilsulfonilmetan (MSM),
  • «Şeytan caynağı» (Harpagophytum procumbens) bitkisinin quru ekstraktı,
  • ağ söyüd (Salix alba),
  • dağlıq öküzotu (Arnica montana),
  • «Aloe» bitkisinin quru ekstraktı (Aloe barbadensis).

Farmakoloci xüsusiyyətləri
NODOL – kombinə olunmuş preparat olub, təsiri tərkibinə daxil olan komponentlərə əsaslanır.

Qlükozamin – amin şəkəri olub, qığırdağın elastikliyini təmin edən proteoqlikanların və hialuron turşusunun sintezi üçün vacibdir. Xondroitin sulfat turşusunun əmələ gəlməsini stimulə edir, kalsiumun sümük toxumasına çökməsini təmin edir, oynaqlarda degenerativ prosesləri tormozlayır, onların funksiyasını bərpa edir və ağrı simptomunu aradan qaldırır.

Metilsulfonilmetan (MSM) – kükürdün təbii mənbəyi olub, iltihab və ağrı ilə müşayiət olunan bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Üzvi kükürd hüceyrə membranının keçiriciliyini artıraraq toksik maddələrin hüceyrədən xaric olmasına kömək edir. Bunun hesabına MSM oynaqlarda, əzələlərdə və bioloci mayelərdə toksinlərin toplanması ilə əlaqədar yaranan ağrını aradan qaldırır.

Şeytan caynağı (Harpagophytum procumbens) bitkisi – aktiv komponentlərinin (arpaqozidlər) hesabına iltihab əleyhinə və ağrıkəsici təsir edir. Qeyri-steroid iltihab əleyhinə preparatlardan fərqli olaraq əlavə təsiri yoxdur. Təsir mexanizmi proiltihabi prostoqlandinlərin inhibə olunmasına əsaslanır.

Ağ söyüd (Salix alba) bitkisi aktiv komponenti olan salisinin hesabına antipiretik və iltihab əleyhinə təsirə göstərir. Bu maddə asetilsalilisil turşusu ilə identik olub onun göstərdiyi əlavə təsirlərə malik deyil.

Dağlıq öküzotu (Arnica montana) bitkisi iltihab əleyhinə və ağrıkəsici təsir edir və hematomaların, sıyrıntıların, əzilmələrin, əzələ və oynaq ağrılarının müalicəsində istifadə edilir.

Aloe bitkisinin tərkibində iltihab əleyhinə təsirə malik çoxlu aktiv maddələr (salisil turşusu, sterollar və d.) var. Ona görə də oynaqların iltihabı zamanı göstərişdir.

Komponentlərinin birgə təsirinə əsaslanaraq Nodol oynaq xəstəliklərində iltihab əleyhinə, analgetik və xondroprotektiv təsir göstərir, həmçinin oynaqların funksiyasının bərpasını, onlarda hərəkətin həcminin artmasını təmin edir və degenerasiyasının qarşısını alır.

Göstərişlər
İltihab, ağrı, oynaqlarda hərəkətin məhdudlaşması və digər simptomlarla gedən oynaq və onurğa xəstəlikləri (osteoartritlər - həm degenerativ, həm də travmatik, artrozlar, osteoxondroz, spondilyoz, revmatoid artrit və s.).

Doza və istifadə qaydaları
Nodol krem ağrılı nahiyələrə gündə 2 dəfə, dəriyə tam hopana kimi sürtülür.

Əks göstərişlər
Preparatın komponentlərinə yüksək həssaslıq.

Əlavə təsirlər
Müşahidə olunmayıb.

Buraxılış forması
Nodol krem 100ml tubalarda.

Saxlanma qaydası
Öz qutusunda, quru və uşaqlar üçün əlçatmaz yerdə, 250S-dən aşağı temperaturda saxlanmalıdır.

İstehsalçı. ESİ s.p.a., İtaliya.

Fermental


Fermental

 Fermental

normal bağırsaq mikroflorasının bərpası üçün kapsullar

 

 

Tərkibi:

Aktiv komponentlər:

1 kapsulun tərkibində 20 milyard mədə turşuluğuna davamlı ştamlar - Bifidobaсterium bifidum, Laсtobaсillus aсidophilus, Streptocoссus thermophilus, Laсtobaсillus bulgariсus, Laсtobaсillus rhamnosus, 1,4 mq  B1vitamini, 1,6 mq   B2 vitamini, 2  mq  B6 vitamini, 1 mkq   B12 vitamini, 20 mq Aloe 200:1 var.

Köməkçi maddələr: qida jelatini, mikrokristallik idrossipropilmetilsellüloza, bitki mənşəli maqnezium stearat və dinatrium silikat, rəngləyici maddə - titan dinatrium

Farmakoloji xüsusiyyətləri:

Fermental - tərkibinə mədə turşuluğuna davamlı süd turşusu bakteriyaları, B qrup vitaminləri və aloe daxil olan kombinə olunmuş preparatdır.

Fermentalın tərkibində olan qastro-rezistent süd turşusu bakteriyaları mədənin turş mühitində parçalanmadan tez bir zamanda bağırsaqlara çataraq, bağırsaq mikroflorasının pozulmuş tarazlığını bərpa edir.

Bifidobacterium bifidum, Lactobaccllus acidophilus, Lactobaccllus bulgaricus bağırsaq mikroflorasının normal nümayəndələridir. Bu bakteriyalar bağırsaq mikroflorasının fizioloji tarazlığını qoruyub saxlayır və tənzimləyir və onun fizioloji funksiyalarını təmin edir – şərti-patogen və patogen mikroorqanizmlərin inkişafının qarşısını alır, bağırsaq peristaltikasını stabilləşdirir, həzmi yaxşılaşdırır, qazyaranmanı azaldır, vitaminlərin sintezində iştirak edir.Lactobaccllus rhamnosus interferon və immunoqlobulinlərin sintezini stimulə edərək orqanizmin infeksion xəstəliklərə qarşı davamlılığını artırır. Lactobaccllus rhamnosus, həmçinin, bağırsaqlarda bədxassəli şişlərin inkişaf etmə ehtimalını azaldır. B qrup vitaminləri bağırsağın fizioloji tarazlığı pozulan zaman yaranan vitamin defisitini aradan qaldırır. Həmçinin, B qrup vitaminləri bağırsaqların bakterial florasının düzgün inkişafını təmin edir. Aloe dispepsik halları aradan qaldıraraq həzmi tənzimləyir, MBT-nın selikli qişasının regenerasiyasını gücləndirir, bağırsaq mikroflorasının inkişafına nəzarət edir, patogen mikroorqanizmlərin və maya göbələklərinin inkişafını ləngidir. Fermentalın tərkibinə daxil olan aloe antrahinon molekulundan - laksativ aloindən təmizləndiyi üçün işlədici effekt vermir.

İstifadəsinə göstərişlər:

Fermental aşağıdaki vəziyyətlərdə istifadə edilir:

·         disbakterioz və onun hər hansı bir təzahürü;

·         antibiotik və kimyəvi preparatlarla müalicədən sonra yaranan disbakterioz;

·         həzm pozğunluqları (dispepsiyalar): qəbizlik, meteorizm, ürəkbulanma, qusma, gəyirmə, qarın nahiyəsində ağrılar;

·         malabsorbsiya sindromu;

·         kəskin bağırsaq infeksiyaları (dizenteriya, salmonellyoz, stafilokokk mənşəli enterokolit, rotavirus infeksiyaları və s.);

·         immunodefisit vəziyyətlər;

·         işlədici preparatların uzunmüddətli istifadəsi.

Əks göstərişlər:

Preparatın komponentlərinə qarşı yüksəlmiş həssaslıq.

Xəbərdarlıq:

Preparat etiketdə göstərilən yararlılıq müddəti keçərsə istifadə olunmamalıdır.

Əlavə təsirləri:

Aşkar olunmayıb.

İstifadə qaydası və dozası:

Böyüklərə və 2 yaşından böyük uşaqlara 1 kapsul gündə 1 dəfə təyin olunur.

2 yaşına qədər uşaqlara 1/2 kapsul gündə 1 dəfə təyin olunur.

Kapsullar açılaraq içindəki toz maye ilə qarışdırıla bilər (su, çay, şirə).

Buraxılış forması:

Fermental kapsullar №15 blister qablaşdırmada.

Saxlanma şərtləri:

Qutuda olmaq şərti ilə 250C-dən aşağı temperaturda, quru şəraitdə saxlanılmalıdır.

İstehsalçı: ESİ s.p.a., Italiya

Eksklüziv distribütor«REPHARMA» şirkəti.

 

Azolin


Azolin

 Azolin

Tərkibi:

Hər bir flakonda  1 qr sefazolin natrium var.

Farmokoloji xüsusiyyətləri:

Yarımsintetik  sefalosporin olub, geniş təsir spektrinə malikdir. Təsir mexanizmi hüceyrə membranı sintezinin tormozlanmasına əsaslanır. Əksər mikroorqanizmlərə qarşı aktivlik göstərir: qrammüsbət- Streptococcus pneumaniae, Streptococcus pyogenes, Streptococcus haemolyuticus (A qrupu), Staphylococcus aureus, o cümlədən penisilinaza hasil edən ştammlar, Stapylococcus epidermidis (metisillinrezistent ştammlar istisna olmaqla ), qrammənfi  mikroorqanizmlər- Escherichia coli, Klebsiella spp., Proteus mirabilis, Haemophilus influenzae və anaerob kokklar- Peptococcus, Peptostreptococcus (B.Fragilis istisna olmaqla).

Ə/d  yeritdikdən sonra maksimal konsentrasiyası 1 saatdan sonra yaranır və 37- 64 mkq/ ml təşkil edir. Yarımxaricolma müddəti  2 saat təşkil edir. 85% qan plazmasının zülalları ilə birləşir.80% Sefazolin sidiklə dəyişilməmiş halda xaric olunur.Plasentar baryerdən asanlıqla keçir. HEB- i keçmir. Sümük toxumasına, assitik mayeyə, plevral və sinovial mayelərə sirayət edir.

Göstərişlər:

Azolin sefazolinə həssas mikroorqanizmlər tərəfindən törədilmiş infeksion- iltihabi xəstəliklər zamanı təyin olunur.

·       LOR- orqanların infeksiyaları

·       Aşağı tənəffüs yollarının infeksiyaları

·       Septisemiya və yarımkəskin bakterial endokardit

·       Ödçıxarıcı yolların infeksion xəstəlikləri

·       Sidik- cinsiyyət sisteminin infeksiyaları, o cümlədən prostatit, epididimit və s.

·       Dəri və yumşaq toxumaların infeksiyaları

·       Sümük və oynaqların infeksiyaları

·       Perioperasion profilaktika

Əks göstərişlər:

Sefalosporinlərə və lidokainə qarşı yüksək həssaslıq.

Əlavə təsirlər:

MBS tərəfindən: nadir hallarda diareya, ürəkbulanma, qusma, ağız boşluğu kandidozu, psevdomembranoz kolit, ALT, AST və qələvi fosfatazanın səviyyəsinin tranzitor olaraq artması.

Allergik reaksiyalar: Səpgi, qaşınma, temperaturun yüksəlməsi, anafilaksiya, eozinofiliya, Stivenson- Conson sindromu. Qan sistemi tərəfindən: neytropeniya, leykopeniya, trombositopeniya.

Yerli reaksiyalar: nadir hallarda inyeksiya nahiyəsində bərkimə müşahidə oluna bilər.

Digərləri: genital və anus nahiyəsində qaşınma (o cümlədən vaginal monilioz, vaginit).

Doza və tətbiq qaydaları:

Yeritməzdən əvvəl Azolin 5ml  0,5% -li lidokain hidroxlorid məhlulunda həll olunur. Hazırlanmış məhlul ə/ d yeridilmə üçün nəzərdə tutulub. Vena daxilinə şırnaqla yeritmək üçün flakonun içindəki toz 10 ml natrium xloridin izotonik məhlulunda  həll edilir və 3- 5 dəqiqə müddətində yeridilir. Vena daxilinə damcı üsulu ilə yeritmək üçün flakonun içindəki toz 50- 100 ml 5% qlükoza məhlulunda və ya natrium xloridin izotonik məhlulunda həll edilir və 20- 30 dəqiqə müddətində yeridilir.

Böyüklər üçün məsləhət görülən dozalar.

Qrammüsbət kokklar tərəfindən törənən yüngül infeksiyalar

250- 500 mq

Hər 8 saatdan bir

Orta və ağır infeksiyalar zamanı

500 mq- 1 qr

Hər 6- 8 saatdan bir

Ağır, həyatı təhlükəli infeksion xəstəliklər ( sepsis, endokardit)

1-      1,5 qr

Hər 6 saatdan bir

 

Perioperasion profilaktika üçün Azolin aşağıda göstərilən dozalarda yeridilir:

1)      Cərrahi əməliyyatdan 0,5-1 saat əvvəl 1 qr və sonra 24 saat ərzində hər 6-8 saatdan bir 500 mq -1 qr ə/d.

2)      Uzunmüddətli əməliyyatlar zamanı ( 2 saat və daha da artıq) -əməliyyat ərzində 500 mq- 1 qr ə /d yeridilir.

Geniş cərrahi əməliyyatlar zamanı Azolin daha 3 gün müddətində yeridilir.

Böyrək funksiyasının pozulması zamanı dozalanma rejimi.

Kreatinin klirensi, ml/ dəq.

Kreatinin plazmada səviyyəsi

Azolin dozası

>55

< 1,5

Korreksiya tələb olunmur

35- 54

1,6- 3,0

Hər 8 saatdan bir məsləhət görülən dozalarda

11- 34

3,1- 4, 5

Hər 12 saatdan bir məsləhət görülən dozaların yarısı

< 10

< 4,6

Hər 18- 24 saatdan bir məsləhət görülən dozaların yarısı

 

Buraxılış forması:

Azolin – inyeksiya üçün 1,0 qr toz flakonda №1  və 5,0 ml  0,5 %-li  lidokain hidroxlorid ampulda №1

İsteksalçı:  “AZƏRFARM  LTD “, Azərbaycan Respublikası, Bakı şəh. Bakıxanov qəsəbəsi, Bünyatov küç.,14.

 

 

 

Cefavora


Cefavora

 

Daxilə qəbul üçün damcılar

Tərkibi:
Təsiredici maddə::

100 qr -ın (=98 ml) tərkibində

İkidilim ginqko Ø 1,3 gr
Aj öksəotu Ø 2,7 gr
Yemişan Ø 7,5 gr var.


Köməkçi maddələr:
Likyor şərabı.


Farmakoterapevtik qrupu:
ATC kodu: C04AH20


Farmakoloji xüsusiyyətləri:

Jefavora-nın tərkibindəki müalicəvi bitkilərin balanslaşdırılmış və spesifik kombinasiyası serebral effekt nümayiş etdirərək beyin toxumasının oksigenlə təchizatını yaxşılaşdırır. Bu komponentlər digər tərəfdən ürək, əllər və ayaqlarda qan dövranı pozjunlujunu aradan qaldıraraq periferik müalicəvi effektə də malikdir.

İkidilim ginkqo inqrediyentləri qan dövranını ən ideal şəkildə bərpa edir və qan damarlarını genişləndirir. Damarlarda spazm azalır, orta və xırda ölçülü arteriyalarda qan dövranı yaxşılaşır və nəticədə beynin oksigenlə təchizatı artır. Qanla pis təchiz olunan toxumalar yenidən vacib qidalı maddələrlə təmin olunur, damar divarı metabolizmi və üzvdə qan dövranı bərpa olunur. Serebral effektivlik yüksəlir. Aj öksəotu və yemişanın aktiv inqrediyentləri ürək, əllər və ayaqlarda qan dövranını bərpa edir.

Jefavora, xüsusən də uzunmüddətli qəbul zamanı yaxşı keçirilir.



İstifadəsinə göstərişlər:

Qan təzyiqi pozjunluqları, beyin qan dövranı pozğunluqları


Xüsusi göstərişlər / Xəbərdarlıq:

Cefavora ® damcılarının tərkibində 20 % alkohol var.


Əks göstərişlər:

Məlum deyil.

Tərkibində alkohol oldujuna görə içki düşkünü olan şəxslərə təyin olunmamalıdır. Qaraciyər xəstəliyi olan şəxslərə isə yalnız həkim məsləhətindən sonra təyin oluna bilər. 


Digər dərmanlarla qarşılıqlı təsir:

Məlum deyil.

Istənilən homeopatik vasitənin effekti xəstələrin həyat tərzində əks təsirli zərərverici amillər və ya stimulyatorlar təsirindən dəyişə bilər.

Daxilə digər preparatlar qəbul edilirsə müalicə həkimini bu barədə xəbərdar etmək lazımdır.


Qəbul qaydası və dozalar:

Böyüklərə 20 – 30 damcı gündə 3 – 4 dəfə, 6 – 12 yaşlı uşaqlara 10-15 damcı gündə 3 – 4 dəfə təyin olunur. Xoşagələn dadına görə, Jefavora damcılar durulaşdırılmamış şəkildə qəbul oluna bilər.



Müalicənin davametmə müddəti:

Hətta homeopatik preparatlar belə həkim məsləhəti olmazsa uzun müddət qəbul edilməməlidir.


Doza artıq olarsa aparılan tədbirlər:

Jefavora damcılarının qəbulu zamanı intoksikasiya halları məlum deyil.



Bir və ya daha artıq doza unudulmuşsa:

Unudulmuş dozanın yerinə ikiqat doza qəbul etmək tövsiyyə olunmur.


Əlavə təsirlər:

Məlum deyil.

Qeyd: Homeopatik preparatların qəbulunun ilk günlərində xəstənin şikayətləri müvəqqəti olaraq arta bilər. Belə hallarda həkim məsləhəti ilə preparatın qəbulu dayandırılmalıdır.


GÖZLƏNİLMƏZ EFFEKTLƏR MEYDANA ÇIXARSA HƏKİMƏ MÜRACİƏT EDİN!


Saxlanma şərtləri:

Uşaqlar üçün əlçatmaz yerdə saxlanılır.

Saxlanması üçün başqa xüsusi şərtlər yoxdur.

Preparat etiketdə göstərilən yararlılıq müddəti keçərsə istifadə olunmamalıdır.



Buraxılış forması:

Cefavora daxilə qəbul üçün damcılar 50 ml şüşə flakonda.


Yararlılıq müddəti:

5 il. Şüşə açıldıqdan sonra 3 ay müddətində istifadə oluna bilər.


Aptekdən buraxılma şərti:

Reseptsiz satılır.


İstehsalçı və lisenziya sahibi:

Cefak KG, Ostbahnhofstr. 15, D-87437 Kempten / Germany


Azərbaycanda eksklüziv distribütor:

REPHARMA şirkəti, Bakı, Azərbaycan.

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası