Tərkibi: 1 kapsulda aktiv komponentlər:
L-karnitin -180 mq,
C vitamini – 90 mq,
Kreatin monohidrat – 50 mq,
Quarananın 8%-li kofeinə qədər titrlənmiş quru ekstraktı – 25 mq,
Koreya jenşeninin 12%-li ginsenozidlərə qədər titrlənmiş quru ekstraktı – 20 mq,
Kola qozunun minimum 10%-li kofeinə qədər titrlənmiş quru ekstraktı – 20 mq,
Eleuterokokun (sibir jenşeni) 5%-li triterpen saponinlərə qədər titrlənmiş quru ekstraktı – 5 mq,
E vitamini – 5 mq.
Yardımçı maddələr: Maqnezium stearat, silisium, jelatin, rəngləyici maddələr: titan dioksidi, sarı xinolin.
Farmakoloji xüsusiyyətləri: AktiGin kombinə olunmuş tonuslandırıcı və asteniya əleyhinə vasitədir.
Preparatın tərkibinə daxil olan komponentlərin sinergizmi nəticəsində tonuslandırıcı effekti qəbulundan
dərhal sonra başlayıb uzun müddət saxlanılır. L-karnitin orqanizmdə lizin və metionin amin turşularından
sintez olunur. Yağ turşularının metabolizmində mühüm rol oynayır: yağların mitoxondriyə daşınmasında
iştirak edir, bunlardan isə orqanizmə lazım olan enerji əmələ gəlir. L-karnitin əzələlərin normal
funksiyası üçün vacibdır. C vitamini antioksidant təsir göstərərək hüceyrələri sərbəst radikalların
zədələyici təsirindən qoruyur, immuniteti yüksəldir. Kreatin ADF – ATF siklinin əsas elementidir.
Orqanizmdə kreatin fosfata çevrilir, o isə, parçalanmış fosfat əlaqəsini bərpa edərək ADF-I ATF
molekuluna çevirir. ATF əzələ yığılması üçün vacibdır, fosfat qrupunu itirərək yenidən ADF – ə çevrilir
ki, bu siklik proses daim davam edir. Quarananın tərkibində çoxlu miqdarda tanin və kofein var.
Bu onun asteniya əleyhinə təsirini izah edir. Tanin adrenalin sintezini stimulə edir, orqanizmin kalori
sərfini yüksəldir, stresə qarşı davamlı edir. Dərhal təsir göstərən və oyanmaya səbəb ola bilən kofedən
fərqli olaraq quarana daha yumşaq təsir göstərir, belə ki, tərkibindəki kofein onun tədricən azad
olunmasını təmin edən substansiyalarla birləşir. Bundan başqa, quarananın toxumlarının tərkibində olan
tanin kofeinin tədricən sorulmasını (kofeinin digər mənbələrindən fərqli olaraq), MBT-nı
qıcıqlandırmamasını təmin edir. Buna görə də quarananın təsiri bir neçə saat davam edir, yorğunluq və
aclıq hissini uzun müddət hiss etməməyə kömək edir
Koreya jenşeninin tərkibində çoxlu miqdarda tonuslandırıcı aktiv komponentlər ginsenozidlər
(antioksidant xüsusiyyətli kimyəvi kompleks), triterpin saponinlər, B qrup vitaminlər var. O, bütün
fızioloji sistemlərin aktivliyini yüksəldir, yaddaş və ümumi əhvalın yaxşılaşması, diqqət, əqli və fiziki
əmək qabiliyyətinin yüksəlməsi ilə müşayiət olunur. Eleuterokok (sibir jenşeni) təbii adaptogen və
stimulyatordur, orqanizmin stres amillərinə uyğunlaşmasına yardım edir. Orqanizmin müdafiə və bərpa
mexanizmlərini qüvvətləndirir, buna görə də onu fiziki və əqli işlə yüklənmə və idman məşğələləri
zamanı təyin edirlər. E vitamini lipofil substansiyalara antioksidant təsir göstərir, hüceyrə membranını
sərbəst radikalların zədələyici təsirindən qoruyur. Onun təsiri əsasən qan-damar hüceyrələrinə yönəlir.
Aşağı sıxlıqlı lipoproteinlərin (ALP) səviyyəsini azaldır və yüksək sıxlıqlı lipoproteinlərin (YLP)
səviyyəsini artırır. İstifadəsinə göstərişlər: Müxtəlif mənşəli astenik vəziyyətlər, rekonvalessensiya
dövrü, fiziki və ya əqli işlə yüklənmə, orqanizmin əmək və müdafiə qabiliyyətinin yüksəldilməsi
(o c. yaşlı şəxslərdə), idmanla məşğulliyyət və s.
İstifadə qaydası: Əsasən səhər yeməyindən sonra 1 kapsul gündə 1 dəfə olmaqla daxilə qəbul olunur.
Əlavə təsirlər: Adətən yaxşı keçirilir. Nadir hallarda taxikardiya və yuxu pozğunluğu verə bilər.
Əks göstərişlər: Preparatın komponentlərinə qarşı yüksəlmiş həssaslıq. Xüsusi göstərişlər: Arterial
hipertenziya, epilepsiya və qıcolmaya meylli xəstələrdə ehtiyatla təyin olunur. Yuxu pozğunluğunun
qarşısını almaq üçün AktiGin günün ikinci yarısında təyin olunmur. Preparat etiketdə göstərilən
yararlılıq müddəti keçərsə istifadə olunmamalıdır.
Saxlanma qaydası: Qutuda olmaq şərti iiə 25°C-dən aşağı temperaturda, uşaqlar üçün əlçatmaz
yerdə saxlanılır.
Buraxılış forması: AktiGin kapsul №30.