logo repharmalogo repharmalogo repharmalogo repharma
  • Ana səhifə
  • Haqqımızda
  • Karyera
  • FAQ
  • Məhsullarımız
    • Kosmetologiya
  • Vakansiya

ADOLOR inyeksiya üçün məhlul № 3 ampul 2 ml

Beynəlxalq patentləşdirilməmiş adı: Ketorolac TROMETHAMINE

Tərkibi

Təsiredici maddə:   2 ml məhlulun tərkibində  30 mq ketorolak trometamin vardır.

Köməkçi maddələr: susuz  natrium  sülfit , natrium  xlorid, benzil spirti, etil spirti 96%,

inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz və ya cüzi sarımtıl rəngli mayedir.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparat olub, fenilsirkə turşusunun  törəməsidir.

ATC kodu: M01AB15.

Farmakoloji xüsusiyyətləri

Ağrıkəsici,iltihabəleyhinə,hərarətsalıcı və antiaqreqant təsir göstərir. Adolor -un təsir mexanizmi siklooksigenaza fermentini blokadaya alması ilə izah olunur.Belə ki,bu ferment iltihabın ,ağrının  və qızdırmanın patogenezində əsas rol oynayan prostoqlandinlərin sələfi hesab olunan araxidon turşusunun metabolizmində başlıca rol oynayır. Adolor -un agrıkəsici effekti onun mərkəzi və periferik sinir sistemində olan prostoqlandinlərin sintezini inhibə etməsi ilə əlaqədardır. Maksimal analgetik təsiri 2-3 saat ərzində başlayır. Parenteral yeridildikdən sonra plazmada maksimum konsentrasiyaya 30-50 dəq. ərzində çatır.

Plazma zülalları ilə 99 % birləşir. T1/2 plazmada 4-6 saatdır, yaşlı şəxslərdə, böyrək və qaraciyər disfunksiyaları olan xəstələrdə yarımparçalanma dövrü uzanır. 61%-i böyrəklərlə, qalan hissəsi isə ödlə xaric olur.

İstifadəsinə göstərişlər

Onurğanin və oynaqların iltihabi-degenerativ xəstəlikləri (o cümlədən revmatik və revmatoid artrit, ankilozlaşdırıcı spondilit, osteoartroz), kəskin podaqra tutması, psoriatik artrit, tendinit, bursit, radikulit, yumşaq toxumaların və dayaq-hərəkət aparatının  travmatik iltihabı, onkoloji agrılar, nevralgiya, mialgiya, LOR orqanların infeksion-iltihabi xəstəliklərində olan ağrılarda, adneksit, alqodismenoreya, baş və diş ağrıları, infeksion –iltihabi xəstəliklər zamani yüksək hərarət, cərrahi əməliyyatlardan sonra ağrıkəsici məqsədlə.

Əks göstərişlər Ketorolaka qarşı yüksək həssaslıq, mədə və 12-barmaq bağırsagın xorası, qanyaranmanın pozgunluqları.

Xüsusi göstərişlər və ehtiyat tədbirləriQaraciyər, böyrək, xroniki ürək  çatışmazlıği, arterial hipertoniya və bronxial astması olan xəstələr ehtiyyatla istifadə etməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Adolor metotreksat,litium və aminoqlükozidlərin toksik təsirini artırır,diuretiklərin və hipotenziv preparatların təsirini zəiflədə bilər, kaliumqoruyucu diuretiklərlə birlikdə istifadəsi hiperkaliemiyaya səbəb ola bilər. Antikoaqulyantların təsirini gücləndirir.

Hamiləlik və laktasiya dövründə  istifadəsi

Adolorun hamiləliyin III trimestrində və laktasiya dövründə istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabliyyətinə təsiri

Təsir göstərmir.

İstifadə qaydası və dozası

Adolor 65 yaşa qədər 6 saatdan bir 15-30 mq, maksimum doza 120 mq, 65 yaşdan yuxarı və ya çəkisi 50 kq-dan az olan böyüklərə 6 saatdan bir 15 mq dozada təyin olunur, sutkalıq doza 60 mq-dır.

Ə/d iri əzələlərə daha dərin və yavaş yeritmək  lazımdır. V/d 15 dəq. ərzində tədricən yeridilir.

Əlavə təsirləri

Yadda saxlamaq lazımdır ki, dərmanın əlavə təsiri dərmanın dozasından və fərdi həssaslıqdan asılıdır. Laxtalanma vaxtını uzadır, ödem və allergik reaksiya, başagrısı,başgicəllənmə, ürəkbulanma, qusma, mədə bagırsaq qanaxmasına səbəb ola bilər.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı müalicə həkiminə müraciət edilməli və zəhərlənməyə qarşı müvafiq tədbirlər görülməlidir.

Buraxılış forması

2 ml məhlul, ampulda. 3 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30ºС-dən  yüksək  olmayan temperaturda, qaranlıqda  və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitkidən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı/Ünvan

Pharco B International.

New Borg El Arab City -3 rd .Industrial Zone , Alexandria –Egypt.

 

 

Share
0
Repharma